İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
7 Dekabr, 2025 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi Heydər Əliyev İli

Azərbaycan gəncliyi Xalqımızın Ümummilli Liderinin görmək istədiyi kimi yetişib və bu bəşəri missiya davam edəcək

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

İndiki müstəqil Azərbaycanın varlığı bilavasitə Ulu Öndər Heydər Əliyevin əməyinin  bəhrəsidir. Ulu Öndər uzaqgörən siyasətçi və vətəninə hədsiz dərəcədə bağlı olan böyük azərbaycanlı kimi ölkənin gələcəyini sığortalamışdır. Bunu bir neçə amillə izah edə bilərik. Uzunmüddətli prespektivi olan işlər, bütün sahələrin diqqətdə saxlanılması və bir sıra digər amillərlə yanaşı gənclərlə işin səmərəli qurulması da bu sırada yer alır. Ümumilli Liderin yeniyetmə və gənclərə verdiyi xüsusi önəm onun ölkənin gələcəyinə verdiyi töhfələrdən biri olmaqla bu gün öz nəticəsini göstərməkdədir.

Ulu Öndər müstəqillik tariximizdə Ali Sovetin sədri kimi gənclərlə keçirilən ilk görüşlərin birində “Azərbaycanın genofondu gənclərdir. Biz onları hərtərəfli qorumalıyıq” – deyə qeyd etmişdi. O, bu tarixi sözü əməlləri ilə nümayiş etdirdi. O zaman gənclərin vətənpərvər ruhda yetişdirilməsi, milli kimliyinə, xalqına sadiqliyin aşılanması zaman keçdikcə özünü doğrultdu. Gənc nəsil ölkənin gələcəyi üçün çoxşaxəli fəaliyyət göstərməklə vətəndaşlıq borcunu yerinə yetirdi.

Ulu Öndər Heydər Əliyev 1999-cu ildə Azərbaycan Respublikası Gənclərinin II Forumunda çıxışında gənclərlə bağlı fikirlərini söyləyərək onlara növbəti tapşırığını belə qeyd etmişdi: “Əziz gənclər! Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür. Bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanı XXI əsrdə yaşadanlarsınız, quranlarsınız, inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”. Azərbaycan gəncliyi Ulu Öndərin bu tarixi sözlərini bir amal kimi öz üzərinə götürməklə vəzifəsini layiqincə yerinə yetirməyə çalışmış və bunu bacarmışdır. Ötən dövrə nəzər salsaq ölkəmizdə vətənpərvər, savadlı gəncliyin yetişdiyinin şahidi olarıq. Biz bunu kadr bazasının zənginləşməsi, sosial sahənin inkişafı və ən əsası 44 günlük Vətən müharibəsində göstərilən şücaətlə xarakterizə edə bilərik.

Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə gənclərlə bağlı əməli işlərin görüldüyü hər kəsə bəllidir. Bu işlər saysız-hesabsızdır və ölkənin inkişafına yönəlmiş dahiyanə siyasətin tərkibidir. Nümunə olaraq müstəqilliyimizin ilk illərində Gənclər və İdman Nazirliyinin yaradılması ilə gənclərlə işin dövlət səviyyəsində peşəkarlıqla aparılması, ölkə Prezidentinin gənclərlə görüşlərinin keçirilməsi, Gənclər forumunun və Gənclər gününün təsis edilməsi, gənclərin dövlət qurumlarında önə çəkilməsi, istedadlı və yaradıcı gənclərə hər cür şəraitin yaradılması və bir çox digər işləri qeyd edə bilirək. Gənclər sahəsində səmərəli işin qurulması Heydər Əliyev siyasi kursununun layiqli davamçısı, canab Prezident İlham Əliyev tərəfindən də uğurla həyata keçirilmiş və bunun nəticəsində böyük uğurlar əldə edilmişdir.

Böyük siyasətçinin dediyi kimi, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Azərbaycan gəncliyi dahi Heydər Əliyev ideyalarını əsas prinsip olaraq qəbul edir və onun qurduğu strategiya ilə yaşayan müstəqilliyə görə ona olan ehtiramını hər zaman yaşadacaqdır. Azərbaycan gəncliyi Xalqımızın Ümummilli Liderinin görmək istədiyi kimi yetişib və bu bəşəri missiya davam edəcək.

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü

Şahin İsmayılov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov

Növbəti xəbər

26 Avqust – Laçınlıların qürurlu, sevincli geri dönüşü

Əlaqədar Xəbərlər

Qaradağda Heydər Əliyevə həsr olunmuş velosiped yarışı keçirildi
Heydər Əliyev İli

Qaradağda Heydər Əliyevə həsr olunmuş velosiped yarışı keçirildi

2 il əvvəl
Ulu Öndərin 100 illiyinə həsr olunmuş kitab qırğız dilinə tərcümə edilir
Heydər Əliyev İli

Ulu Öndərin 100 illiyinə həsr olunmuş kitab qırğız dilinə tərcümə edilir

2 il əvvəl
“Heydər Əliyev İli” çərçivəsində millət vəkilləri, gənc liderlər və media kapitanları mükafatlandırıldı
Heydər Əliyev İli

“Heydər Əliyev İli” çərçivəsində millət vəkilləri, gənc liderlər və media kapitanları mükafatlandırıldı

2 il əvvəl
ADPU-da Heydər Əliyevin 100 illiyi münasibətilə hazırlanan 6 kitab təqdim olunub
Heydər Əliyev İli

ADPU-da Heydər Əliyevin 100 illiyi münasibətilə hazırlanan 6 kitab təqdim olunub

2 il əvvəl
YAP Beyləqan rayon təşkilatı iməclik aksiyası keçirib
Heydər Əliyev İli

YAP Beyləqan rayon təşkilatı iməclik aksiyası keçirib

2 il əvvəl
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət edib
Heydər Əliyev İli

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət edib

2 il əvvəl
Növbəti xəbər
26 Avqust – Laçınlıların qürurlu, sevincli geri dönüşü

26 Avqust – Laçınlıların qürurlu, sevincli geri dönüşü

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır
Gündəm

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır

3 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

XƏYANƏT CƏZASIZ QALMAYACAQ

4 gün əvvəl
YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib
Gündəm

YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib

4 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

“Xəyanətkar kvartet!” – deputat yazır…

5 gün əvvəl
Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.