İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
8 Avqust, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Ceyhun Məmmədov: Azərbaycan ordusu böyük inkişaf yolu keçib

3 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, bu qısa müddət ərzində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində ciddi işlər görə bildi. 1918-ci il 26 iyun tarixində AXC hökumətinin qərarına əsasən ölkədə ilk nizami hərbi hissənin – Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində ilk önəmli addım atılmış oldu.
Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra 50 ilə yaxın müddət ərzində ölkədə ordu quruculuğu prosesi dayandı. Yalnız ümummilli lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra hərbi sahədə dirçəlmə başladı. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın qəhrəman sərkərdəsi Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı. Bu məktəbin fəaliyyətə başlaması ölkədə hərbi kadrların hazırlanması prosesini başlatdı, gənclər arasında hərb sahəsinə maraq daha da gücləndi, Azərbaycanda peşəkar zabitlərin hazırlanmasına imkan verdi.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasında hakimiyyətə gəldikdən sonra ölkədə ordu quruculuğu sürətli və davamlı olaraq inkişaf etməyə başladı. Dahi liderin rəhbərliyi ilə hərbi qulluqçuların döyüş peşəkarlığı, döyüş ruhu artırıldı, maddi-texniki təminat yaxşılaşdırıldı, Azərbayan Milli Ordusunun formalaşması prosesi daha da sürətləndi, hərbi təhsil sisteminin inkişafı məqsədilə 1990-cı ildə Hərbi Akademiya yaradıldı.
Müstəqillik illərində ordu quruculuğunun davamlı inkişaf etməsinin əsas səbəblərindən biri də ümummilli liderin siyasəti nəticəsində Azərbaycanın NATO ilə sıx əməkdaşlıq etməsi idi. Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, “Planlaşdırma və analiz prosesi” proqramına, “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na və digər beynəlxalq layihələrə qoşulmasını buna misal göstərmək olar.
Heydər Əliyevdən sonra onun layiqli davamçısı cənab Prezident İlham Əliyev hakimiyyətə gələrək Ulu Öndərin siyasətini uğurla davam etdirdi. Onun rəhbərliyi ilə müdafiə sənayesi inkişaf etdirildi, bu sahənin təkmilləşməsi üçün daha çox büdcə ayrıldı, Silahlı Qüvvələrimizin maddi-texniki təchizatı yaxşılaşdırıldı, hərbi qulluqçuların sosial təminatı diqqətdə saxlanıldı, xaricdən çoxsaylı hərbi texnikalar, avadanlıqlar, pilotsuz uçuş aparatları alındı, yerli hərbi zavodlar inkişaf etməyə başladı.
Yeni Komando Qüvvələrinin yaradılması daim Prezident İlham Əliyevin diqqətindədir. Cari ilin 23 iyun tarixində Prezident İlham Əliyev, Silahlı Qüvvələrin Ali Baş Komandanı Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Komando Qüvvələrinin yaradılması Ordunun döyüş qabiliyyətinin artırılması üçün önəmli amillərdən biridir. Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti – bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı İkinci Qarabağ Müharibəsindən sonra dəfələrlə artırılıb.
Görülən bütün bu işlərin sonundakı hədəf Azərbaycan Silahlı Qüvvələrinin müasirləşməsi, hərbi texnikalarımızın müasir standartlara cavab verə bilməsi idi. Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində biz bu hədəflərə nail olduq. İnkişaf etmiş ordumuzun gücü, Ali Baş Komandanın uğurlu siyasəti və Azərbaycan xalqının birliyi ilə 44 günlük Vətən müharibəsində Zəfər qazandıq.
Bu gün müasir Azərbaycan ordu quruculuğunun bütün sahələrində inkişaf edib. Hava hücumundan müdafiə qüvvələrinə görə Azərbaycan regionda aparıcı ölkələrdən biridir. II Qarabağ müharibəsində qazanılan qələbədən sonra artıq Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradılıb, yeni hərbi texnika və avadanlıqların alınması üçün xarici dövlətlərlə əməkdaşlıqlar edilib, Türkiyə ilə eyni standartlarda hərbi təhsilin tətbiq edilməsi üçün Milli Müdafiə Universiteti yaradılıb.
İsrail dövləti ilə hərbi əməkdaşlıq Azərbaycanın beynəlxalq hərbi strategiyasında mühüm yer tutur. Son illər bu ölkə ilə hərbi sahədə əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan İsrailin müdafiə sənayesi şirkətlərindən müasir pilotsuz uçuş aparatları, radarlar, raket sistemləri və sahil mühafizə vasitələri alır. 2005-ci ildən başlayaraq Azərbaycan və İsrail arasında hərbi sahədə fəal əməkdaşlıq aparılır.
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününün təsis edilməsi də birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi elan edildi və hər il bu əlamətdar tarix dövlət bayramı kimi qeyd edilir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Güclü dövlət, güclü ordu

Növbəti xəbər

Polis əməkdaşları arasında yarış keçirilib

Əlaqədar Xəbərlər

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

2 həftə əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

2 həftə əvvəl
Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır
Siyasət

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Slovakiya–Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

3 həftə əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Siyasət

“IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan bu gün regionun əsas söz sahibi olan dövlətlərindən biridir” – Elşən Musayev

4 həftə əvvəl
Növbəti xəbər
Polis əməkdaşları arasında yarış keçirilib

Polis əməkdaşları arasında yarış keçirilib

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

2 saat əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

3 saat əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

5 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

5 gün əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.