İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
3 Noyabr, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Yox olmaqdan xilasa, xilasdan qələbələrə gedən yol

5 ay əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Azərbaycan xalqının və dövlətinin taleyində elə böyük əhəmiyyət daşıyan günlər var ki, həmin günlərdə onun gələcəyini həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi isə tariximizə qızıl hərflərlə yazılan 15 İyun-Milli Qurtuluş Günüdür.
15 iyunun müasir Azərbaycan tarixindəki önəmi və əhəmiyyəti ondan ibarətdir ki,  bu, xalqımızın və müstəqilliyinin yenidən bərpa edən Azərbaycan  üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında birmənalı rol oynayan Ulu öndər Heydər Əliyevdir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

Komitə sədri bildirib ki, bugünkü Azərbaycanın əldə etdiyi uğurlar və qələblərin əsası məhz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: “15 iyun 1993-cü ildə müstəqilliyimizin,  dövlətçiliyimizin yoxolma anında məsuliyyəti üzəirnə götürərək hakimiyyətə gəlişi ilə bütün təhlükələrdən xilas olduq. Bu səbəbdən də Ulu öndər Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar və müasir Azərbaycanın memamrı kimi düşüb. Bunun üçün Ulu öndərin  hakimiyyətə gəlişi dövrə xronoloji olaraq nəzər yetirmək kifayət edər.
1993-cü ilin əvvəlində ölkədə başlayan ictimai-siyasi böhran dərinləşərək xaosa çevrilməklə XX əsrin sonunda müstəqlliyini bərpa edən Azərbaycan siyasi xəritədən silinmə təhlükəsi ilə üzləşdi. Ölkədə qarşıdurma, vətəndaş müharibəsi, separatizm meylləri hər ötən gün kəskin xarakter alırdı. Sözün əsl mənasında xaos hökm sürürdü. Azərbaycan dövlətçiliyinin varlığı sual altında idi.  Ulu öndər hakimiyyətə gəlməklə ilk növbədə Azərbaycanın müstəqilliyinə ciddi təhdid yaradan vətəndaş qarşıdurmasının, separatzim meyllərinin qarşısını alıb, ölkədəki hərbi-siyasi  müxalifəti tərk silah etməklə siyasi sabitliyə, həmrəyliyə  nail olmaq istiqamətində ciddi addımlar atdı. Bununla paralel olaraq ölkədə sosial-iqtisadi vəziyyətin inkişafı istiqamətində genişmiqyaslı islahatlara başlanıldı.  Azərbaycanın müstəqilliyinin dönməz xarakter alması və təhlükəsizliyinin təmin olunması məqsədi ilə uğurlu enerji strategiyasını müəyyən etdi. Çox ciddi təhdidlərin olmasına baxmayaraq Ulu öndərin müdrik və qətiyyətli addımları nəticəsində 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. Belə bir sənədin imzalanması bugünkü Azərbaycanın inkişafında əsas təkanverici amilə çevrildi. Uğurlu enerji strategiyası Azərbaycanın   təhlükəsizliyinin və müdafiə qabliyyətinin gücləndirilməsində xüsusi rol oynadı. Bununla da Azərbaycan sürətli inkişaf mərəhləsinə qədəm qoydu.
Azərbaycan ordusunun tamamilə yenidən qurulmasına  start verildi.  Bu, eyni zamanda Azərbaycanın ən ciddi problemlərindən olan məcburi köçkün və qaçqınların sosial humanitar problemlərinin həll edilməsində müstəsna rol oynadı. Qısa zamanda  Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz ata yurdlarından didərgin düşən məcburi köçkünlərin ağı şəraitdə məskunlaşdığı çadır şəhərcikləri müasir şəhərciklərlə əvəz edildi. Azərbaycan belə bir ciddi problem təkbaşına həll etdi.
Növbəti mərhələ isə Ermənistanın işğalçılıq siyasətinə son vermək üçün  tamamilə yeni nizamı, peşəkar ordu formalaşdırmaqla yanaşı,  diplomatiya sahəsində də ciddi addımlar atılmağa başlanıldı.

Ulu öndər Heydər Əliyevin yürütdüyü  qətiyyətli və müdrik siyasət nəticəsində yoxolma   mərhələsini aşan Azərbaycan dünyanın söz sahibi olan ölkəsinə çevrilməyə başladı.  Beynəlxalq aləm tədricən Azərbaycanla hesablaşamağa başldı. Lakin ömür ona nəzərdə tutuğu planları, Ermənistanın işğalına son verilməsi günü və Azərbaycanın möhtəşəm qələbələrə imza atması gününü görməyə vəfa etmədi. Ancaq Ulu öndər Heydər Əliyev arzulaırnın reallaşacağıan nikbin idi və o bunu çıxışlaırnda dəfələrlə bəyan edib.  Ulu öndər hələ zamanında bəyan edirdi ki, Azərbaycan Ermənistanın işğalına son qoyacaq və  ərazi bütövlüyünü təmin edəcək. Məhz Ulu öndər Azərbaycanın güclü, qüdrətli və qalib dövlətə çevrilməsi   üçün  cənab İlham Əliyevi öz siaysi irsinin davamçısı müəyyən etdi. Ulu öndər Heydər Əliyev siyasi varisinin hansı potensiala malik oldğunu bildiyindən 2003-cü ildə xalqa müraciətində əminliklə bəyan etdi ki, cənab İlham Əliyev ölkəmizin qarşısında duran bütün arzuları reallaşdıraraq  Azərbaycanı dünyanın ən  güclü, qüdrətli və qalib dövlətinə çevirəcək. Belə də oldu. Cənab İlham Əliyevin  liderliyi altında Azərbaycan sıçrayışlı inkişaf dövrünü qədəm qoymaqla davamlı uğurlara imza atdı. Güclü, qüdərtli dövlət modeli yaratmalqa  Ermənistanın işğal  siyasətinə son verib ərazi bütövlüyünü və suverenliyini təmin edərək  Azərbaycanı və xalqını qalib dövlətə, xalqa çevridi. Cənab İlham Əliyev Azərbaycan xalqının xəyallarını həyata keçirməyi bacardı.

Bu gün Azərbaycan artıq dünyanın söz sahibi olan ölkəsi olaraq regional və qlobal proseslərdə aktib oyunçu rolunda çıxış etməklə sülhə, sabitliyə, təhlükəsizliyə və sıx əməkdaşlıq formatlarının yaranmasına, ədalətin bərpa olunmasına töhfə verməkdədir.

Prezident İlham Əliyevin yürütdüyü  uzaqgörən,  çevik çoxvektorlu diplomatiya nəticəsində yeni dünya düzəninin formalaşması istiqamətində gedən sox mürəkkəb geosiyasi proselsəri Azərbaycan üçün  fürsətlərə çevriməkdədir. Bu da Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki  rolunu hər ötən gün daha da artırır və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilməsinə yeni-yeni imkanlar yaradır.  Əminəm ki,Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin liderliyi altında  bu təlatümlü dünyamızda Azərbaycanı “sabitlik adasına” çevirməklə yeni uğrulara imza atacaq”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Şuşa Bəyannaməsi” Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq.

Növbəti xəbər

Şuşa bəyannaməsinə aparan yol

Əlaqədar Xəbərlər

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir.

1 həftə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbə şəhərində baş tutmuş MDB Dövlət Başçıları Şurasının iclasında cənab Prezident İlham Əliyevin çıxışı Azərbaycanın uzaqgörən diplomatiyasını, ölkəmizin beynəlxalq nüfuzunu və regionda liderliyini bir daha nümayiş etdirdi

3 həftə əvvəl
Gəncədə “Rəqəmsal Təhlükəsizlik və Sərhədlər” Forumu keçirilib
Xüsusi

Gəncədə “Rəqəmsal Təhlükəsizlik və Sərhədlər” Forumu keçirilib

1 ay əvvəl
“Staj”lı riyakarlar haqda bir neçə kəlmə…” – Deputatdan hadisə kimi yazı!!!
Xüsusi

“Staj”lı riyakarlar haqda bir neçə kəlmə…” – Deputatdan hadisə kimi yazı!!!

1 ay əvvəl
Elbrus Bayramov adına Beyləqan şəhər Təbiət və Humanitar Təmayüllü Liseyin şagirdləri Şəhidlər xiyabanında olub
Xüsusi

Elbrus Bayramov adına Beyləqan şəhər Təbiət və Humanitar Təmayüllü Liseyin şagirdləri Şəhidlər xiyabanında olub

1 ay əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Xüsusi

Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur

1 ay əvvəl
Növbəti xəbər
Şuşa bəyannaməsinə aparan yol

Şuşa bəyannaməsinə aparan yol

Elman Nəsirovla bağlı yayılan videolar kimlərin sifarişidir? – Qızının həqiqət etirafları
Gündəm

Elman Nəsirovla bağlı yayılan videolar kimlərin sifarişidir? – Qızının həqiqət etirafları

7 gün əvvəl
2-ci Şuşa Qlobal Media Forumunun qlobal əhəməyyəti
Gündəm

Azadlıqdan sonra dirçəliş

7 gün əvvəl
Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə
Gündəm

Qubadlı – Azərbaycan xalqının qürur mənbəyi

7 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır

1 həftə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.