İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
23 İyun, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Yeni kommunikasiya layihələri üçün zəmin yaratmış müqavilə

7 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı və 44 gün ərzində Vətən müharibəsində Böyük Qələbə qazandı. Qəhrəman əsgər və zabitlərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davamlı şəkildə irəliləyərək doğma torpaqlarını 30 illik düşmən işğalından azad etdilər. Azərbaycan Ordusunun zəfər yürüşü, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, dəmir iradəsi və diplomatik məharəti sayəsində 2020-ci il noyabrın 10-da ordusu məhv edilmiş Ermənistan rüsvayçı kapitulyasiya aktını imzalamağa məcbur oldu. Ermənistanın təslim olduğunu rəsmən təsdiqləyən bu sənədin imzalanmasından sonra mövqeləri güclənən Azərbaycan təkcə işğalçı ölkəyə deyil, onu himayə edənlərə də sərt üzünü göstərdi. İkinci Qarabağ müharibəsinin başa çatmasını rəsmən təsdiqləyən 10 noyabr üçtərəfli Bəyanatın imzalanmasından 4 il ötür. Bu bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsini, Ermənistanın isə kapitulyasiyasını təsdiqlədi. Şuşanın alınması Ermənistanı tamamilə tərksilah etdi, işğalçı ölkənin bütün manevr imkanlarını iflasa uğratdı, İrəvanın dünya ictimaiyyətini aldatmaq taktikası öz mənasını itirdi, düşmən müqavimət göstərməyin mənasız olduğunu anladı və təslim oldu.

Əlbəttə, bu sənədin imzalanması Azərbaycanın gələcək nəaliyyətlərinin əsasını qoydu. Sənəd, eyni zamanda, postmünaqişə dövründə hərbi gücün yaratdığı diktənin diplomatiyaya keçidinə zəmin yaradan strategiyanın başlanğıcı idi. Azərbaycanın ərazi bütövlüyünün bərpasını rəsmən təsdiqləyən bu bəyanat istər döyüş meydanında, istərsə də danışıqlar masası arxasında rəsmi Bakının mövqelərini daha da gücləndirdi. Ən əsası, sənədin imzalanması nəticəsində böyük ərazilərimiz qansız və itki olmadan azad edildi.

Bəyanatda digər mühüm məqam ondan ibarət idi ki, “Dağlıq Qarabağ”a hər hansı statusun verilməsindən söhbət getmirdi və Azərbaycanın ərazi bütövlüyü tam təmin edilirdi. Bu, şübhəsiz, Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutu oldu. Noyabrın 10-da imzalanmış Bəyanat Prezident İlham Əliyevin qeyd etdiyi kimi  sadəcə, atəşkəs barədə razılaşma deyil, bu, atəşkəsdən daha böyük sənəddir, çünki burada gələcəkdə hadisələrin necə inkişaf edəcəyi, necə davam edəcəyi açıq-aydın göstərilir. Bəyanatın kommunikasiyaların açılmasını təmin etdiyini vurğulayan dövlət başçımız əlavə etmişdi ki, sənəd regionda gələcək əməkdaşlığa dair Bəyanat olmaqla yanaşı, Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün bünövrədir.

Üçtərəfli Bəyanat, Cənubi Qafqazda yeni geosiyasi reallıqların əsasını qoydu. Azərbaycan, azad etdiyi ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başladı. Minalardan təmizləmə, infrastrukturun bərpası, yeni yollar və hava limanlarının inşası bu prosesin bir hissəsi idi. Xüsusilə, bölgədə bir neçə  hava limanının tikilməsi regionda iqtisadi və turizm potensialını artırmaq məqsədi güdürdü  Bəyanat, Cənubi Qafqazda uzun müddətli sabitlik və sülhə nail olmaq üçün vacib addım olaraq qiymətləndirilir. Bəyanatın şərtlərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və Ermənistanın hərbi mövcudluğu aradan qaldırıldı.

10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanat İkinci Qarabağ Müharibəsindən sonra regionda sülh və əməkdaşlıq üçün yeni bir dövrün başlanğıcını qoydu. Bu bəyanat yalnız Ermənistanın kapitulyasiyası və Azərbaycanın ərazi bütövlüyünün bərpası baxımından deyil, həm də regional əməkdaşlıq imkanlarının genişlənməsi üçün bir platforma yaratması ilə əhəmiyyətlidir. Məhz bu kontekstdə Ali Baş Komandan İlham Əliyev tərəfindən “3+3” formatı, yəni Cənubi Qafqazın üç dövləti (Azərbaycan, Ermənistan, Gürcüstan) və regionun üç böyük ölkəsi (Türkiyə, Rusiya, İran) arasındakı əməkdaşlıq formatı təklif edildi. “3+3” formatı bölgədə uzunmüddətli sabitlik və qarşılıqlı faydalı iqtisadi əlaqələr qurmaq məqsədini daşıyır. Bu təşəbbüs, Qafqaz regionunda müxtəlif tərəflər arasında iqtisadi, nəqliyyat, təhlükəsizlik və mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlib. Bu formatda xüsusilə iqtisadi və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi prioritetdir; belə ki, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan və Türkiyə arasında quru əlaqələrinin bərpası, digər region ölkələrinə də mühüm ticari faydalar gətirə bilər.  Üçtərəfli bəyanatın siyasi və təhlükəsizlik elementləri “3+3” formatının əsasını təşkil edir. Bu format həm də beynəlxalq güclərin regiona müdaxiləsini azaltmaq və yerli ölkələrin öz maraqlarına uyğun şəkildə sabitliyi təmin etməsinə imkan yaratmaq məqsədi güdür. Beləliklə, üçtərəfli bəyanatla başlayan diplomatik proses “3+3” formatı vasitəsilə bölgədə inteqrasiya və əməkdaşlıq perspektivlərini artırır və Cənubi Qafqazda yeni tarazlıq mühiti yaradır.

 

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

GP Cotton Holdings “Davamlı Heyvandarlıq Təcrübələri” adlı konfrans keçirib

Növbəti xəbər

Tarixi missiya

Əlaqədar Xəbərlər

Azərbaycanın arxalandığı güc
Gündəm

“Güclü ordu – güclü dövlət” prinsipi

4 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir

2 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi – Şuşa Bəyannaməsi

6 gün əvvəl
Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə
Gündəm

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti

6 gün əvvəl
Şuşa bəyannaməsinə aparan yol
Gündəm

Şuşa bəyannaməsinə aparan yol

6 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycan xalqının tarixi nailiyyəti

1 həftə əvvəl
Növbəti xəbər
Tarixi missiya

Tarixi missiya

Cəbrayıldakı isti ocaqlar…
Sosial

Güclü Azərbaycan Ordusunun təntənəsi

4 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

“Güclü ordu – güclü dövlət” prinsipi

4 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir

2 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi – Şuşa Bəyannaməsi

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.