İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
26 Oktyabr, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

YAP Sədrinin müavini ÇKP-nin Uhan şəhər komitəsinin katibi ilə görüşüb

3 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Çin Xalq Respublikasında (ÇXR) səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti mayın 31-də Çin Kommunist Partiyası (ÇKP) Uhan şəhər komitəsinin katibi Quo Yuançian ilə görüşüb.

YAP nümayəndə heyətini salamlayan Quo Yuançian Azərbaycan ilə Çin arasında əməkdaşlığın önəmini vurğulayaraq fəal siyasi dialoq şəraitində iqtisadi-ticari, mədəni-humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən bəhs edib. Azərbaycanın Şərq ilə Qərbi qovuşduran müasir ölkə kimi öz inkişaf modeli ilə fərqləndiyini söyləyən katib Çinin ölkəmizlə münasibətlərin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb.

Quo Yuançian Uhanın Azərbaycan şəhərləri ilə əməkdaşlığının təmin olunmasının, xüsusilə də mədəniyyət və turizm sahələrində səmərəli işbirliyinin formalaşdırılmasının önəmli olduğunu deyib. O, ÇKP ilə YAP arasında təmasların sıxlaşdırılmasının qarşılıqlı maraqlara əsaslandığını bildirib.

Qonaqpərvərliyə görə nümayəndə heyəti adından minnətdarlığını bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan ilə Çinin bir-birinin maraqlarına hörmət edən dost ölkələr olduğunu söyləyib. YAP Sədrinin müavini bildirib ki, iki ölkə arasında bir çox sahədə səmərəli əməkdaşlıq əlaqələri formalaşdırılıb. Tahir Budaqov Azərbaycan və Çinin iqtisadi əlaqələrində istifadə olunmamış böyük potensialin olduğunu bildirib. O, xüsusilə nəqliyyat-logistika sahəsində işbirliyinin dərinləşdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb. Azərbaycanın Çinlə “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edən YAP Mərkəzi Aparatının rəhbəri Prezident İlham Əliyevin təşəbbüsü olan Zəngəzur dəhlizi layihəsinin gerçəkləşməsi nəticəsində bir çox dövlətlərin mənafəyinə xidmət edən yeni qlobal işbirliyi platformasının formalaşacağını bildirib.

Azərbaycanın regionlarının dinamik inkişafa və geniş potensiala malik olduğunu qeyd edən YAP Sədrinin müavini ölkəmizin qardaşlaşmış şəhərlər təcrübəsinə malik olduğunu, mədəniyyət, turizm, ticarət sahələrində faydalı ve perspektivli layihələrin reallaşdırıldığını bildirib.

Bu gün yüksələn xətt üzrə inkişaf edən Azərbaycan-Çin münasibətlərində partiyalararası əlaqələrin mühüm rol oynadığını diqqətə çatdıran Tahir Budaqov qarşılıqlı səfərlərin həm təcrübə mübadiləsi, həm də sistemli əməkdaşlıq üçün önəmli olduğunu vurğulayıb.

Daha sonra partiyalar arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı olaraq hədiyyələr təqdim edilib.

Həmin gün nümayəndə heyətinin Uhan şəhəri ilə tanışlığı olub. Məlumat verilib ki, Hubey vilayətinin və Mərkəzi Çinin ən böyük şəhəri olan Uhan önəmli nəqliyyat-ticarət, iqtisadi, texnoloji, maliyyə, mədəni, elm və təhsil mərkəzlərindəndir. Bundan başqa, Donhu Milli Parkı ilə tanışlıq zamanı ziyarətçilərə ətraf mühitin qorunması istiqamətində yeni texnologiyalar tətbiq etməklə görülən işlər, həyata keçirilən layihələr barədə geniş məlumat verilib.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Çində səfərdə olan YAP nümayəndə heyəti təqdimat mərasimində iştirak edib

Növbəti xəbər

Rusiya ilə Azərbaycan arasında münasibətlərin normal inkişaf məcrasına yönəldilməsinə mane olan bütün problemlərin həlli üçün Azərbaycan tərəfdən ardıcıl addımlar atılmağa başlandı

Əlaqədar Xəbərlər

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Siyasət

“Ermənistanın başbilənləri bir şeyi nəzərlərində saxlasınlar ki…” – DEPUTAT

23 saat əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Siyasət

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

1 həftə əvvəl
Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”
Siyasət

“Ulu Öndər müstəqilliyin qorunmasını dövlət siyasətinin başlıca vəzifəsi kimi müəyyənləşdirmişdi”

1 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Siyasət

Regional sabitliyin möhkəmləndirilməsində Azərbaycanın çoxşaxəli əməkdaşlığı

1 həftə əvvəl
“Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı”
Siyasət

“Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır”

1 həftə əvvəl
Azərbaycanın beynəlxalq münasibətlərdə artan rolu
Siyasət

Azərbaycanın beynəlxalq münasibətlərdə artan rolu

1 həftə əvvəl
Növbəti xəbər
Rusiya ilə Azərbaycan arasında münasibətlərin normal inkişaf məcrasına yönəldilməsinə mane olan bütün problemlərin həlli üçün Azərbaycan tərəfdən ardıcıl addımlar atılmağa başlandı

Rusiya ilə Azərbaycan arasında münasibətlərin normal inkişaf məcrasına yönəldilməsinə mane olan bütün problemlərin həlli üçün Azərbaycan tərəfdən ardıcıl addımlar atılmağa başlandı

Cəbrayıldakı isti ocaqlar…
Sosial

Azad Qubadlıda quruculuq və tərəqqi dövrü

2 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

2 saat əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Gündəm

Deputat: ”U-15 -ə ev sahibliyi etmək idman ölkəsi kimi Azərbaycanın nüfuzunu daha da möhkəmləndirir”

21 saat əvvəl
Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti – Açıqlama
Gündəm

Şahin İsmayılov: Qubadlı müasir infrastruktur və geniş iqtisadi imkanlara malik rayon kimi yenidən qurulur

21 saat əvvəl
Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Siyasət

“Ermənistanın başbilənləri bir şeyi nəzərlərində saxlasınlar ki…” – DEPUTAT

23 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.