İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
9 İyul, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib

7 ay əvvəl
Oxunma müddəti: 8 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Asiya Mədəniyyət Şurasının sədri Şahin İsmayılov, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin həmtəsisçisi və onun nəzdindəki “InnoHub” Beyin Mərkəzinin ideya müəllifi, Milli Məclisin deputatı Müşfiq Cəfərov və YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Məhəmməd Şirinovdan ibarət nümayəndə heyəti 2025-ci il 27-29 noyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçirilən Asiya-Avropa Siyasi Forumunun (AEPF) 6-cı iclasında iştirak ediblər.Noyabrın 27-də YAP nümayəndə heyəti Əlaqəliliyin Dostları Fondu tərəfindən təşkil olunan və Macarıstanın Avropa İttifaqı işləri üzrə naziri Yanos Bokanın fəxri qonaq qismində iştirak etdiyi rəsmi ziyafətə qatılıblar.

Nümayəndə heyəti noyabrın 28-də “Avrasiyada sülh və demokratiya” mövzusunda AEPF-nin 6-cı iclasında iştirak edib. İclasın açılış sessiyasında ICAPP Daimi Komitəsinin (DK) üzvü, AEPF-nin həmsədri, Nepal Kommunist Partiyası (UML) Mərkəzi Daimi Komitəsinin üzvü Racan Bhattaray, AEPF-nin həmsədri, CEVRO Universitetinin Asiya-Sakit Okean Araşdırmaları Mərkəzinin sədri Yan Zahradil, Macar Vətəndaş İttifaqının (Fides) vitse-prezidenti Kinqa Qal və ICAPP DK-nın sədri Çunq Eu-yonq çıxış ediblər. ICAPP-ın baş katibi Oh Sonqun təqdimatında AEPF-in fəaliyyət qaydalarına dəyişikliklərin edilməsindən və AEPF Bürosunun yeni tərkibinin seçilməsindən sonra iclas plenar sessiyalarla davam edib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədri, ICAPP Asiya Mədəniyyət Şurasının sədri Şahin İsmayılov ikinci plenar sessiyada çıxış edərək Azərbaycanın Cənubi Qafqazda sülhün təşviqi və dayanıqlı inkişafın təmin olunmasında mühüm rol oynadığını vurğulayıb: “Ərazi bütövlüyünün bərpasından sonra Azərbaycan yenidənqurma, reinteqrasiya və regional əməkdaşlığa əsaslanan yeni bir mərhələyə qədəm qoyub. Regionda yaranmış yeni sülh mühiti uzun illər davam edən münaqişələrdən sonra əməkdaşlıq və tərəqqi üçün real imkanlar açmışdır. Ölkəmiz Avrasiyada təkcə enerji və nəqliyyat qovşağı kimi deyil, eyni zamanda siyasi dialoqun təşviqedicisi kimi strateji mövqe tutur. Bu mövqe bizə yalnız regional deyil, həm də qlobal proseslərdə məsuliyyətlə iştirak etməyə imkan verir”.

Onun sözlərinə görə, Azərbaycanın təklif etdiyi baxış dinc, bağlantılı və demokratik Avrasiyadır: “Biz bu gələcəyi həm Şərq, həm də Qərbdəki tərəfdaşlarımızla birlikdə qurmağa hazırıq. Azərbaycan sübut etmişdir ki, ən mürəkkəb münaqişələr belə siyasi iradə, liderlik və sülhə inam sayəsində həll oluna bilər. Bu kontekstdə Zəngəzur dəhlizinin reallaşması xüsusi əhəmiyyət kəsb edir. Bu dəhliz təkcə Azərbaycan üçün deyil, bütün Avrasiya regionu üçün yeni nəqliyyat əlaqələri, iqtisadi əməkdaşlıq imkanları və siyasi sabitlik çərçivəsi yaradır. O, sadəcə logistika layihəsi deyil, mahiyyət etibarilə bir sülh layihəsidir. Azərbaycan və Ermənistan arasında Vaşinqtonda, Prezident Donald Trampın iştirakı ilə sülh sazişinin paraflanması bu prosesə göstərilən güclü beynəlxalq dəstəyi əks etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi nüfuzu və diplomatik çevikliyi bu proseslərin irəliləməsində həlledici rol oynamışdır”.

Şahin İsmayılov çıxışının sonunda Azərbaycanın demokratik prinsiplərə əsaslanan çoxpartiyalı sistemində yer alan siyasi partiyaların da sülhə və demokratik inkişafa əhəmiyyətli töhfə verdiyini, müxtəlif siyasi qüvvələrin sabitlik və sülh naminə birgə dəstəyinin ölkəmizdə demokratik institutları və vətəndaş cəmiyyətini daha da möhkəmləndirdiyini qeyd edərək, ölkəmizin sülh yanaşmasının yalnız regionla məhdudlaşmadığını, Qoşulmama Hərəkatına sədrliyi dövründə, eləcə də BMT və digər beynəlxalq platformalarda fəal iştirakı vasitəsilə sülhü, ədaləti və beynəlxalq hüquqa hörməti daim təşviq etdiyini diqqətə çatdırıb.

Bağlanış sessiyasında müzakirələrin əsas nəticələrini özündə əks etdirən Budapeşt Bəyanatı qəbul edilib.

AEPF-nin 6-cı iclasına paralel olaraq Macarıstandakı Xristian Demokrat İnstitutu Fondunun təşkilatçılığı ilə “Dialoq və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beyin mərkəzlərinin görüşü də keçirilib. “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin həmtəsisçisi və onun nəzdindəki “InnoHub” Beyin Mərkəzinin ideya müəllifi, Milli Məclisin deputatı Müşfiq Cəfərov iclasda təqdimatla çıxış edərək Azərbaycanın Gəncə şəhəri və ətraf regionlarında gənclər üçün təhsil və peşəkar inkişaf imkanlarını genişləndirməyə yönələn müasir innovasiya mərkəzi və analitik düşüncə platforması olan “InnoHub” Beyin Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, beyin mərkəzinin təşkil etdiyi “InnoTalks” seminarları, ideya sessiyaları və müxtəlif icma təşəbbüsləri iştirakçılara əməkdaşlıq mühiti yaradır, onların yeni fikir mübadiləsinə, praktiki bacarıqlar qazanmasına və uzunmüddətli uğur üçün zəruri keyfiyyətlərini inkişaf etdirməsinə şərait yaradır.

Günün sonunda iştirakçılar Macarıstan Milli Assambleyasının Sədri Laszlo Köver adından verilən rəsmi ziyafətə də qatılıblar.

Noyabrın 29-da mədəni proqram çərçivəsində iştirakçıların Macarıstan Musiqi Evinə ziyarəti təşkil olunub.

Səfər noyabrın 29-da başa çatıb.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Xəyanətkar kvartet!” – deputat yazır…

Növbəti xəbər

XƏYANƏT CƏZASIZ QALMAYACAQ

Əlaqədar Xəbərlər

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir
Gündəm

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir

1 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

Rəqəmsal Azərbaycan: Güclü dövlətin yeni inkişaf mərhələsi

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik

2 gün əvvəl
“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb
Gündəm

“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb

3 gün əvvəl
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu
Gündəm

Azərbaycanın sülh diplomatiyası

3 gün əvvəl
Növbəti xəbər
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi

XƏYANƏT CƏZASIZ QALMAYACAQ

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir
Gündəm

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir

1 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

Rəqəmsal Azərbaycan: Güclü dövlətin yeni inkişaf mərhələsi

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik

2 gün əvvəl
“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb
Gündəm

“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.