İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
2 May, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

XƏYANƏT CƏZASIZ QALMAYACAQ

5 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bu gün Azərbaycan tarixdə heç zaman olmadığı qədər güclüdür. 90-cı illərin əvvəllərində Azərbaycan ciddi təhlükələrlə üz-üzə qalmışdı. Separatizm, səriştəsiz idarəçilik, vətəndaş müharibəsi ölkəmizi uçuruma sürükləyirdi. O dövrdə Azərbaycanın ağır vəziyyətə düşməsində ciddi rol oynayan Əli Kərimli və onun kimi ünsürlərin bu gün dövlətçilik ənənələrindən, inkişaf və tərəqqidən danışmağa ən azından mənəvi haqları yoxdur.

Sonrakı dövrdə Ulu Öndər hakimiyyətə gələrək Azərbaycanı bütün bu bəlalardan xilas etdi. Azərbaycan tərəqqi və inkişaf yoluna qədəm qoydu. Qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik təmin olundu.

Sonrakı dövrdə bu siyasəti Prezident İlham Əliyev böyük uzaqgörənlik və müdrikliklə davam etdi. Ancaq bu siyasəti həyata keçirmək o qədər də asan olmadı. 2003-cü ildən başlayaraq bütün prezident seçkilərində hər dəfə bu radikal qruplar ölkəmizdə iğtişaş yaratmağa, hakimiyyəti güc yolu ilə dəyişməyə çalışdılar.

Hər dəfə müxtəlif zaman kəsiklərində Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli bir sıra xarici dövlətlərin maraqlarına xidmət edərək ölkədə həyata keçirilən uğurlu siyasətə kölgə salmağa çalışdılar. Bu özünü ölkəmiz əleyhinə verilən bütün bəyanatlarda, atılan addımlarda  açıq göstərirdi.

Sonrakı dövrdə baş verən proseslər onu göstərdi ki, bu qrupların uzun müddət Prezident Administrasiyasının rəhbəri işləmiş Ramiz Mehdiyevlə birbaşa əlaqədə olmuş, ölkəmiz əleyhinə çirkli və məkrli addımları birgə planlaşdırmışlar.

Onlar arasında davamlı olaraq keçirilən görüşlərin, aparılan müzakirələrin əsas məqsədi isə ölkədə sabitliyi pozmaq, xalq iqtidar birliyini pozmaq idi. Ancaq onlar unutmuşdular ki, dövlətimiz bu cür məsələlərə barışmaz mövqe sərgiləyəcək. Hər biri qanun qarşısında cavab verəcəklər.

Ramiz Mehdiyev özünü nə qədər hakimiyyətə sadiq insan kimi göstərməyə çalışsa da əslində hər zaman bütün məsələlərdə öz məqsədlərini güdüb. Çirkin məqsədlərini həyata keçirmək üçün hər zaman müxalifətlə ciddi əlaqədə olub. Gələcək üçün məkrli planlar qurub.

Hər kəs bilməlidir ki, Azərbaycan hüquqi dövlətdir. Bu gün təhlükəsizlik orqanlarının atdığı addımlar ölkəmiz əleyhinə məkrli planlar cızanların aşkar edilməsinə və qarşısının alınmasına yönəlib.

Ölkənin milli maraqlarına zidd hərəkət edən hər bir şəxs anlamalıdır ki, Azərbaycan güclü dövlətdir, onun güclü lideri var. Ölkəmizin milli maraqlarına ziddi hərəkət etmək istəyən radikal qruplar qarşılarında xalqı görəcəklər. Azərbaycanda xalq – iqtidar birliyi sarsılmazdır.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib

Növbəti xəbər

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır

Əlaqədar Xəbərlər

Deputat Könül Nurullayeva vətəndaşlarla görüş keçirib 
Gündəm

Deputat Könül Nurullayeva vətəndaşlarla görüş keçirib 

1 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Sizə nə gəlib, cənablar?” – Yenilənib

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır

1 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Azərbaycan güləşinin növbəti zəfəri

1 gün əvvəl
Böyük idman uğurlarının təməlində ardıcıl dövlət siyasəti dayanır
Gündəm

Böyük idman uğurlarının təməlində ardıcıl dövlət siyasəti dayanır

2 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Azərbaycan-Çexiya dialoqu əməkdaşlığı gücləndirir

2 gün əvvəl
Növbəti xəbər
Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır

Deputat Könül Nurullayeva vətəndaşlarla görüş keçirib 
Gündəm

Deputat Könül Nurullayeva vətəndaşlarla görüş keçirib 

1 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Sizə nə gəlib, cənablar?” – Yenilənib

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır

1 gün əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Xüsusi

Azərbaycan güləşçilərinin Avropa çempionatlarında əldə etdiyi nailiyyətlər peşəkarlıq və güclü iradənin nəticəsidir

1 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Azərbaycan idmanının yüksəlişi və davamlı uğurlar

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.