İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
8 May, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

YAP Mərkəzi Aparatının rəhbəri ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini ilə görüşüb

3 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında (ÇXR) səfərdədir.

Səfər çərçivəsində mayın 28-də YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini, nazir müavini Çyan Xunşan arasında görüş keçirilib.

YAP nümayəndə heyətini salamlayan Çyan Xunşan 28 May – Müstəqillik Günü münasibətilə təbrikini çatdırıb, Azərbaycan xalqına və dövlətinə firavanlıq, əmin-amanlıq və yeni uğurlar arzu edib. Çyan Xunşan Azərbaycan-Çin münasibətlərinin dostluğa və tərəfdaşlığa əsaslandığını, çoxşaxəli əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. O, Çin ilə Azərbaycanın iqtisadi, siyasi, mədəni, humanitar və digər sahələrdə əlaqələri genişləndirməkdə maraqlı olduqlarını bildirib. Milli maraqları və beynəlxalq hüquq normalarını əsas götürən, bərabərhüquqlu tərəfdaşlığa malik iki dost ölkənin bir-birinin suverenliyinə hörmət və ərazi bütövlüyünə dəstək ifadə etdiklərini söyləyən Çyan Xunşan qeyd edib ki, istər Azərbaycan, istərsə də Çin öz siyasəti ilə beynəlxalq birliyin layiqli və məsuliyyətli üzvü olduğunu sübuta yetirib.

Şöbə müdirinin müavini bildirib ki, ÇKP ilə YAP arasındakı məhsuldar dialoq çərçivəsində əlaqələrin genişləndirilməsi Azərbaycan-Çin münasibətlərinin də inkişafına önəmli töhfədir. ÇKP-nin geniş beynəlxalq əlaqələrə malik olduğunu söyləyən Çyan Xunşan YAP ilə əməkdaşlığın dərinləşdirilməsinə böyük diqqət göstərildiyini bildirib. O, qarşılıqlı səfərlərin partiyalar arasında əlaqələrin mövcud vəziyyətinin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Dəvətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov vurğulayıb ki, bu gün Azərbaycan-Çin münasibətləri hər iki ölkənin liderlərinin siyasi iradəsi sayəsində dinamik inkişafa malikdir. İki ölkə arasında çoxşaxəli əlaqərin mövcud olduğunu diqqətə çatdıran Tahir Budaqov qeyd edib ki, müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərait və etibarlı zəmin mövcuddur. YAP Sədrinin müavini söyləyib ki, ərazilərinin bir hissəsi 30 ilə yaxın müddətdə işğal altında qalmış Azərbaycan beynəlxalq hüququn təməlində dayanan suverenlik və ərazi bütövlüyü prinsiplərinə hər zaman böyük önəm verib. Bu baxımdan, Azərbaycan beynəlxalq münasibətlər sisteminin subyekti olan ölkələrin, o cümlədən Çinin ərazi bütövlüyünə, eləcə də Vahid Çin prinsipinə dəstəyini daim ifadə edib və bu gün də eyni mövqedədir. Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq ərazi bütövlüyünü təmin, tarixi ədaləti isə bərpa etməsindən bəhs edən Tahir Budaqov yeni geosiyasi reallıqların regional təhlükəsizlik və işbirliyi üçün mühüm imkanlar yaratdığını bildirib. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işlərinin görüldüyünü diqqətə çatdıran YAP Mərkəzi Aparatının rəhbəri Çin şirkətlərinin bu prosesdə fəal iştirakına geniş imkanların olduğunu söyləyib.

Tahir Budaqov Azərbaycan-Çin münasibətlərinin inkişafında iki ölkənin hakim partiyalarının daimi təmaslarının və əməkdaşlıq əlaqələrinin mühüm rolu olduğunu diqqətə çatdırıb. O, qarşılıqlı səfərlərin partiyalararası əlaqələrin bütün istiqamətlərdə inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. YAP Sədrinin müavini bildirib ki, siyasi partiyalar olaraq dövlət başçılarının dostluq münasibətlərini, Azərbaycan ilə Çin arasında tərəfdaşlığı örnək götürərək əlaqələri daha da gücləndirməli, səmərəli, faydalı və məqsədyönlü birgə fəaliyyəti uğurla davam etdirməliyik.

Qeyd edək ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinə partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Məmmədov, YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Taleh Həsənzadə daxildir.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

YAP nümayəndə heyəti Çinə səfər edib

Növbəti xəbər

Mehriban Əliyevaya qara kəmər təqdim edilib

Əlaqədar Xəbərlər

Azərbaycanın arxalandığı güc
Siyasət

Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın yeni mərhələsi

2 gün əvvəl
Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır
Siyasət

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır

3 ay əvvəl
“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib
Siyasət

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib

8 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Azərbaycan və Türkmənistan: qardaşlıqla güclənən münasibətlər

8 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

12 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

1 il əvvəl
Növbəti xəbər
Mehriban Əliyevaya qara kəmər təqdim edilib

Mehriban Əliyevaya qara kəmər təqdim edilib

Beyləqanda yeniyetmələr arasında Şahmat idman növü üzrə rayon turniri keçirilib
Gündəm

Beyləqanda yeniyetmələr arasında Şahmat idman növü üzrə rayon turniri keçirilib

3 saat əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Millətin yolunu işıqlandıran dahi şəxsiyyət

6 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Sülhün əldə olunması faktı əsasında Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb

24 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir

1 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycan Avropa üçün etibarlı tərəfdaş olaraq mövqeyini daha da gücləndirir

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.