İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
4 Oktyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

YAP-ın Qurultayı və…. – İlham Əliyevdən ustad dərsi!

1 saat əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

İnanın, tam səmimi sözümdür: Mən bu yazının üzərində düz 2 gündür, sərasər işləyirəm və onu bitirə bilmirəm. Dəyişirəm, pozuram, növbəti dəfə qələmə alıram, sonra bir də pozuram, sıfırdan başlayıram. Fəqət, yenə alınmır. Heç cür alınmır…

Çün, İlham Əliyev YAP-ın son Qurultayında o qədər möhtəşəm, o qədər ürəklərə su səpən və insanı qürurlandıran bir çıxış etdi ki, onu leksikondakı sözlərlə qarşı tərəfə çatdırmaq, hansısa fikir və bənzətmə ilə vəsf, ifadə etmək gerçəkdən son dərəcə çətindir…

Tribunada xarüqələr yaradırdı, mənim Prezidentim!

Sözünü açıq, konkret, korrekt deyirdi, mənim Prezidentim!

Əsl sərkərdələr, cəngavərlər kimi möhkəm və qorxusuz idi, mənim Prezidentim!

Bütün riskləri gözə alaraq yenə də Azərbaycan naminə dünyaya meydan oxuyurdu, mənim Prezidentim!

Hər kəlməsi ilə oyunbazları, beşüzlüləri, saxtakarları yerində oturdurdu, mənim Prezidentim!

Ölkəmizə göz dikənlərə, “day – daylıq” eşqinə düşənlərə, minnətşünaslara, məsləhətsevərlərə, başından və boyundan yekə davrananlara, cızığından çıxanlara “ustad dərsi” verirdi, mənim Prezidentim!

Nəhayət;

Ad çəkmədən əslində ad çəkirdi, kamandan oxu – hədəf hər nə qədərdisə (birdisə, beşdirsə, ondursa) – hamısına eyni anda və çox yüksək sərrastlıqla atırdı, mənim Prezidentim!

Yox. Detallara varmayacam. Ona görə ki, Ali Baş Komandan müharibədə istifadə edilən bir güllənin belə bizə hədiyyə olunmadığından, hədiyyə olunmağı o yana qalsın, hətta dünya qiymətinə satılmağından tutmuş, burnunu həyat tərzimizə soxmaq istəyənlərin varlığına (kimliyinə!) qədər – hamının və hər şeyin mahiyyətini, tarixcəsini mikro – xırdalığına qədər açdı, yada saldı, xatırlatdı. Bəzi məqamlarda isə (artıq yamaq da tutmayan) maskaları cırdı, ifşa etdi və hər kəsə güzgü aydınlığı ilə göstərdi.

Mən, bəzi özündənmüştəbehlərin ilkin, fəqət çox lüzumsuz reaksiyaları, mövzudan yanlış nəticə çıxarmaları, dərhal sosial şəbəkələr üzərindən Azərbaycanın üzərinə hücum etmələri barədə də danışmayacam. (Mənası yoxdur, ona görə)

Mən həmin çıxışdan sonra azərbaycandilli nankorların – mehmanhüseynovaların, cəmiləhəsənlilərin, natiqadilovaların, fuadqəhrəmanovaların internet resurslarında sərgilədiyi tərbiyəsizliklərdən, yaramazlıqlardan, ləyaqətsizliklərdən, erməni yandaşlığından da bəhs etməyəcəm. Zatən Allah onları vurub və bəndəyə ehtiyac qalmayıb.

Mən… Sadəcə Prezidentimə – Azərbaycanı və azərbaycanlıları bu yerlərə gətirə bildiyinə, yaxındakı, uzaqdakı yüz cür və min növ namərdin, fürsətcilin təzyiqinə rəğmən öz sözünü yenə də bu qədər mətinliklə, əminliklə, cəsarətlə dediyinə, illər uzunu Qarabağdan nigaran qalan Heydər Əliyevin ruhunu elə həmin Heydər Əliyevin adını daşıyan Mərkəzin əsrarəngiz tribunasından növbəti dəfə şad etdiyinə görə öz minnətdarlığımı bildirmək istəyirəm…

Və indiki situasiyada tək anladığım, inandığım, əmin olduğum həqiqət budur;

Biz hər birimiz İlham Əliyevi dərk etdiyimiz qədər böyükük!

Biz…  Vətəndaş kimi də, şəxsiyyət kimi də, mühəndis, həkim, jurnalist, hüquqşünas, siyasətçi kimi də, İlham Əliyevin dəyərini və qiymətini bildiyimiz qədər yetkinik, doluyuq, bütövük!

Elşən Musayev

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Həmin gün bütün Azərbaycan xalqı, o cümlədən cəbrayıllılar, böyük sevinc içində idilər.

Əlaqədar Xəbərlər

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Həmin gün bütün Azərbaycan xalqı, o cümlədən cəbrayıllılar, böyük sevinc içində idilər.

10 saat əvvəl
Zəfərin müjdəçisi Cəbrayıl genişmiqyaslı quruculuğun ünvanıdı
Gündəm

Zəfərin müjdəçisi Cəbrayıl genişmiqyaslı quruculuğun ünvanıdı

23 saat əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Dəyişən geosiyasi şəraitdə milli maraqların qorunması xüsusi əhəmiyyət daşıyır

23 saat əvvəl
3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır
Gündəm

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır

23 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

3 oktyabr 1993-cü il – Qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

2 gün əvvəl
Gəncə şəhərinin gəncləri və yeniyetmələri arasında sağlam həyat tərzinin təbliği, qeyri-sağlam həyat tərzinin fəsadları haqqında onları maarifləndirmək olub
Gündəm

Gəncə şəhərinin gəncləri və yeniyetmələri arasında sağlam həyat tərzinin təbliği, qeyri-sağlam həyat tərzinin fəsadları haqqında onları maarifləndirmək olub

3 gün əvvəl
Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

YAP-ın Qurultayı və…. – İlham Əliyevdən ustad dərsi!

1 saat əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Həmin gün bütün Azərbaycan xalqı, o cümlədən cəbrayıllılar, böyük sevinc içində idilər.

10 saat əvvəl
Zəfərin müjdəçisi Cəbrayıl genişmiqyaslı quruculuğun ünvanıdı
Gündəm

Zəfərin müjdəçisi Cəbrayıl genişmiqyaslı quruculuğun ünvanıdı

23 saat əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Dəyişən geosiyasi şəraitdə milli maraqların qorunması xüsusi əhəmiyyət daşıyır

23 saat əvvəl
3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır
Gündəm

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır

23 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.