İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
31 İyul, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

YAP Beyləqan rayon təşkilatı konfrans keçirib

3 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bu gün Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Prezidentlik dövrünün 20 illik siyasi fəaliyyətinə baxış və Zəfərə gedən yol mövzusunda konfrans keçirdi.

İctimai.az xəbər verir ki, konfrans başlamazdan əvvəl tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etdilər. Konfrans rayon təşkilatının Ərazi Partiya Təşkilat sədrləri ilə birlikdə YAP Beyləqan rayon təşkilatının inzibati binasında davam etdirildi.

Konfransı giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov  konfransın gündəliyinə uyğun olaraq geniş məruzə ilə çıxış etdi.  O, bildirdi ki, Prezident İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanmaqla müstəqil Azərbaycan dövlətinin başçısı seçildiyi 2003-cü ilin 15 oktyabr tarixindən 20 il ötür. 2003-2023-cü illər Azərbaycan dövlətinin inkişafa başlayıb, zəfərlə bitən ən şərəfli dövrüdür.

Cənab İlham Əliyev 2003-cü ilin 15 oktyabr tarixində xalqın səsinin mütləq əksəriyyətini qazanaraq keçirilmiş seçkilərdə yüksək səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin tarixdən etibarən, Azərbaycan xalqı öz səsini Ümummilli Lider Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sülhün və sabitliyin qorunmasına vermişdir. Dövlət başçısı ölkəmizin beynəlxalq əlaqələrini genişləndirməklə, beynəlxalq arenadakı nüfuzunu artırmaqla onu həm də regionda və dünyada müstəqil xarici siyasət yürüdən ölkə, etibarlı tərəfdaş kimi tanıdıb. Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətinin məqsədi müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Bu istiqamətdə atılan hər bir addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Şübhəsiz ki, bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi: – işğal altında olan torpaqlarımız düşməndən azad edilsin və Azərbaycanın bütün sərhədləri boyunca üçrəngli bayrağımız dalğalansın! 27 sentyabr 2020-ci il tarixdə başlanan 44 günlük Vətən müharibəsi dövründə, eləcə də, 19-20 sentyabr 2023 – cü il tarixdə başlanan lokal antiterror əməliyyatı  bir daha sübut etdi ki,  Azərbaycanın bütün siyasi təzyiq və təhdidlərə sinə gəlməsi,  dövlət başçısının beynəlxaq arenada qətiyyətli siyasət yürütməsinin nəticəsidir. Qazanılan Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə, dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Beləliklə, dövlət başçısı tərəfindən yürüdülən praqmatik siyasət, rəşadətli Azərbaycan ordusunun gücü və xalqın dəstəyi vəhdət təşkil edərək tarixi ədaləti bərpa etdi.

Digər çıxış edənlər İcra Hakimiyyəti Ərazi Partiya Təşkilatının sədri Yeganə Məmmədova, Şəhər 1 saylı Ərazi Partiya Təşkilatının sədri Mehman Əliyev və Araz qəsəbə Ərazi Partiya Təşkilatının sədri Zaur Qədirov Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin Azərbaycan dövlətinin inkişafı üçün apardığı məqsədyönlü dövlət siyasaətinin regiondakı qüdrətindən və bu siyasətin nəticəsində ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artmasından söz açdılar.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Şuşa Bəyannaməsinin İƏT çərçivəsində əməkdaşlığın inkişafına töhfəsi

Növbəti xəbər

Prezident İlham Əliyev Azərbaycan gəncləri üçün idealdır

Əlaqədar Xəbərlər

“Söyüş müxalifəti”ni bitirəcək yazı: Deputat SENSASİON faktları açıqlayır!!!
Gündəm

“Sən guya anlamırsan ki…” – Deputatdan Cəmil Həsənliyə ağır sözlər!

12 saat əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir

19 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan dilinin dövlət dili olması müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biridir

19 saat əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Azərbaycan dili milli kimliyimizin əsas sütunudur

1 gün əvvəl
“Hələ də anlamıram ki, o necə gəlib nazir olub?”
Gündəm

“Sonradan bildim ki, onun yanındakı qız da erməni əsillidir” – Elşən Musayev

4 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Deputat: Azərbaycan-Almaniya münasibətləri uzunmüddətli strateji baxışa əsaslanan tərəfdaşlıq modeli üzərində qurulur

1 həftə əvvəl
Növbəti xəbər
Prezident İlham Əliyev Azərbaycan gəncləri üçün idealdır

Prezident İlham Əliyev Azərbaycan gəncləri üçün idealdır

“Söyüş müxalifəti”ni bitirəcək yazı: Deputat SENSASİON faktları açıqlayır!!!
Gündəm

“Sən guya anlamırsan ki…” – Deputatdan Cəmil Həsənliyə ağır sözlər!

12 saat əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir

19 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan dilinin dövlət dili olması müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biridir

19 saat əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Azərbaycan dili milli kimliyimizin əsas sütunudur

1 gün əvvəl
“Hələ də anlamıram ki, o necə gəlib nazir olub?”
Gündəm

“Sonradan bildim ki, onun yanındakı qız da erməni əsillidir” – Elşən Musayev

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.