İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
20 Sentyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Prezident İlham Əliyev Azərbaycan gəncləri üçün idealdır

3 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

İctimai.az Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılovun “Prezident İlham Əliyev Azərbaycan gəncləri üçün idealdır” sərlövhəli məqaləsini olduğu kimi təqdim edir:

“Əgər biz müasir dünyada ideal gənc obrazı formalaşdırsaq bu, savadlı, dünya görüşlü, müxtəlif dilləri bilən, müasir texnalogiyaları mənimsəyən və onu rahat tətbiq edən, daim inkişafa açıq olan, o cümlədən, müasirliklə yanaşı milli-mənəvi köklərinə bağlı, öz tarixinə yaxşı agah olan bir kimlikdir. Gənclər daim inkişaf edirlər. İnkişaf isə canlı bir prosesdir. İnkişaf dövründə təbii olaraq çətinliklər və problemlər olur. Məhz inkişaf dövründə gənclər özlərinə ideal axtarır, onun kimi olmağa və ona bənzəməyə çalışırlar. Prezident İlham Əliyev Azərbaycan gəncləri üçün idealdır.

O, mübarizdir – gənclik dövründə oxuduğu və işlədiyi təhsil müəssisəsindən heç bir əsas olmadan uzaqlaşdırılıqda əvvəlkindən daha çox əzmlə çalışdı və digər sahələrdə uğur qazandı. Mübarizlik Prezident İlham Əliyevin həyatının bütün dövrlərində önə çıxan vacib xüsusiyyətlərindən biridir.

O, prinsipialdır – Qarabağ münaqişəsi mövcud olan dövrdə Prezident İlham Əliyev bütün beynəlxalq təzyiqlərə və ikili standartlara, bəzən hətta hədə-qorxu cəhdlərinə belə baxmayaraq Azərbaycanın ərazi bütövlüyü məsələsini müzakirə etmədi. Mövqe prinsipial idi- Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz.

Prezident İlham Əliyev milli-mənəvi dəyərlərə bağlı, Azərbaycan mədəniyətinin böyük təbliğatçısıdır. Prezidentlik fəaliyəti dövründə Azərbaycanın mədəni nümunələrinin dünyada tanıdılıması və qəbul olunması istiqamətində nəhəng işlər görən Prezident həm də gənclərə açıq mesaj verir – milli-mədəni dəyərlərinizi daha yaxşı bilin, onu tanıdın və fəxr edin.

Prezident İlham Əliyev müasirdir. O, dünyada baş verən yenilikləri yaxşı bilir, lazım olanları öz fəaliyətində tətbiq edir, Azərbaycan sənayesində və iqtisadiyatında müasir çağırışlara uyğun alətlərdən istifadə edir. Eyni zamanda, texnoloji və xidmət sahələrində Azərbaycan brendini yaradır. Bir sözlə dünyadakı trendlərə yaxşı bələddir.

O, qalib sərkərdədir. Prezidentlik fəaliyəti dövründə mühüm siyasi qələbələr qazanan Prezident öz qələbələrini Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə taclandırdı. Müzəffər Ali Baş Komandan öz əsgər və zabitləri ilə Azərbaycanın dövlətçilik tarixinin qızıl səhifələrindən birini yazdı. 30 illik həsrətə son qoyan qalib komandan bütövlükdə regionun taleyinə təsir edəcək hadisənin müəllifi oldu. Eyni zamanda o, Azərbaycan xalqını qalib xalq etdi.

Prezident həmçinin yaxşı övlad, gözəl ailə başçısıdır. O, ata vəsiyətini yerinə yetirməklə və mehriban ailə başçısı olmaqla Azərbaycan ailə dəyərlərinin ən böyük təbliğatçısıdır. Ailə dəyərləri dövlətin özəyini təşkil edir. Məhz bu səbəbdən də Prezident hər zaman bu dəyərlərə önəm verir və onu təbliğ edir. Dünyada Kosmopolit dəyərlərin daha doğrusu, dəyərsizliyin geniş yayılıdığı bir dövrdə ailə dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi vacibdir.

Prezident həm də, gələcəyə yönümlüdür. Onun fəaliyətində gələcək nəsillərə xitab və onlar üçün indidən müxtəlif layihələrin icrası əsas istiqamətlərdən birini təşkil edir. Kadr potensialı formalaşdırılır, Azərbaycan gəncləri dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinə göndərilir, iqtisadiyat şaxələndirilir, yaşıl enerjiyə keçid edilir və Azərbaycan yaşıl iqtisadiyyat mərkəzinə çevrilir, çevik struktur dəyişiklikləri aparılır. Bütün bu məqamlar Azərbaycanın gələcək dövrlərdə də inkişaf edəcəyini və dünyada söz sahibi olacağını göstərir.

İlham Əliyev həm də gənclərin ən yaxın dostudur. Fəaliyyəti dövründə gənclər və idman siyasəti hər zaman Prezident tərəfindən diqqətdə saxlanılıb. Bu gün Azərbaycanda gənclər üçün geniş imkanlar yaradılıb. Gənclər sahəsini əhatə edən bir neçə dövlət proqramları icra edilib. Bu proqramların hər biri əhəmiyyətli işləri əhatə edib. Gənclər Fondu yaradılıb, Gənclər üçün Prezident Mükafatı təsis edilib, paytaxtda və regionlarda Gənclər Evləri yaradılıb, Gənclərin dünyanın nüfuzlu təhsil müəssisələrində təhsil almaları üçün müxtəlif proqramlar icra edilib. Ölkəmiz gənclər, idman və mədəniyyət sahəsi ilə bağlı kifayət qədər böyük beynəlxalq tədbirlərə ev sahibliyi edib. Prezident Administrasiyasında Gənclər Siyasəti və İdman Məsələləri şöbəsi, Milli Məclisdə Gənclər və İdman Komitəsi yaradılıb. Prezident şəxsən özü gəncləri, o cümlədən idmanda uğur qazanan gənclərimizi dəfələrlə qəbul edib. Bu sahədə görülən işlərin miqyası çox böyükdür.

Və sonda. İlham Əliyev ixtisasca memar deyil. Amma mənə görə o, 21-ci əsr Azərbaycanının qurucusu olmaqla elə müasir Azərbaycanın 21-ci əsrdə ən yaxşı memarıdır”

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

YAP Beyləqan rayon təşkilatı konfrans keçirib

Növbəti xəbər

Azərbaycan regionda yeni bir proses başladıb  

Əlaqədar Xəbərlər

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

İslam dünyasına qarşı çağırışlar və birlik mesajı

2 gün əvvəl
Sözü və əməli bir olan Lider
Sosial

Qarabağ reallığı və revanşizmin isterikası 

4 gün əvvəl
Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb
Sosial

Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb

1 həftə əvvəl
Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib
Sosial

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib

1 həftə əvvəl
QHT nümayəndələri Qadın Uzunömürlük Rezidensiyasında olublar
Sosial

QHT nümayəndələri Qadın Uzunömürlük Rezidensiyasında olublar

2 həftə əvvəl
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib 
Sosial

Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib 

4 həftə əvvəl
Növbəti xəbər
Ana dilimizin qorunması üçün milli vəzifəmiz

Azərbaycan regionda yeni bir proses başladıb  

23 saatlıq əməliyyat – 100 illik separatizmə son qoyan Zəfər
Gündəm

23 saatlıq əməliyyat – 100 illik separatizmə son qoyan Zəfər

6 saat əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

6 saat əvvəl
“Azərbaycan–Serbiya əlaqələri strateji mövqelərin möhkəmlənməsinə xidmət edir”
Gündəm

Könül Nurullayeva: “Bakıda TDT coğrafiyasında ortaq təhdidləra qarşı vacib müzakiərlər aparıldı”

11 saat əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Bu gün Azərbaycan Respublikası tam suveren dövlət kimi yaşayır

1 gün əvvəl
Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

“Əvvəldən tapşırılmamısansa, sənə imkan verməyəcəklər!” – Elşən Musayev

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.