İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
1 Oktyabr, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Xocavənddə “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirilib

1 il əvvəl
Oxunma müddəti: 8 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın
Xocavənd Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində  “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin-qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.
 16 iyul 2025-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin-qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Milli Məclisin deputatı Şahin İsmayılov, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, RİH-in məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, ziyalılar və rayon ərazisində məskunlaşan qərbi azərbaycanlı ailələrin təmsilçiləri iştirak ediblər. Tədbir iştirakçıları öncə 500 ailəlik Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər. Rayon Mədəniyyət evində davam etdirilən tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, eyni zamanda Ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyası başlıqlı videorolik nümayiş etdirilib. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli”nin elan olunması Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını gücləndirməklə yanaşı, müasir geosiyasi çağırışlara cavab verən milli mövqeyimizin möhkəmləndirilməsinin bəyan edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyvaz Hüseynov qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın hüquqlarını daim gündəmdə saxlayır, onların qayıdış hüququnu beynəlxalq hüquq normaları çərçivəsində müdafiə edirdi. Bu ideoloji xətt bu gün Prezident İlham Əliyev tərəfindən strateji səviyyədə davam etdirilir. Prezidentin rəhbərliyi ilə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın hazırlanması və hüquqi əsaslar üzərində qurulması, məsələnin təkcə emosional deyil, rasional və diplomatik çərçivədə təqdim olunmasını təmin edir. Milli Məclisin deputatı Şahin İsmayılov Qərbi Azərbaycandan azərbaycanlıların kütləvi şəkildə köç etməsinin, tarixi torpaqlarda demoqrafik dəyişikliyin aparılmasının və bunun nəticəsində etnik-mədəni irsin təhlükə altına düşməsinin əsas problemlərdən biri olduğunu qeyd edib. Əlavə edib ki, aparılan araşdırmalar və statistik məlumatlar göstərir ki, son əsrlərdə Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların sayı kəskin şəkildə azalmışdır. Bu prosesin əsas səbəbləri deportasiyalar, zorakı köçürülmələr və siyasi təzyiqlər olmuşdur. Eyni zamanda, tarixi abidələrin dağıdılması və mədəni irsin məhv edilməsi də müşahidə olunur. O, həmçinin qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycanla bağlı aparılan məqsədyönlü fəaliyyət, bu mövzuda hazırlanan elmi əsaslı nəşrlər və beynəlxalq platformalarda səsləndirilən haqlı mövqelər, soydaşlarımızın öz yurdlarına təhlükəsiz qayıdışını təmin etməyə yönələn mühüm addımlardır.
 Tədbirdə digər çıxış edənlər vurğulayıb ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geriyə qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi ölkəmizin prioritetlərindəndir. Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı beynəlxalq hüquqa zidd əməllərin cəzasız qalmasından istifadə edən Ermənistan 30 ildən çox müddətə Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Ermənilər tərəfindən azərbaycanlılara qarşı yalnız etnik təmizləmə siyasəti həyata keçirilməyib, eyni zamanda, soydaşlarımıza məxsus maddi-mədəni irsin yer üzündən tamamilə silinməsinə yönəlik vandalizm aktları törədilib. Həmçinin çıxış edənlər müasir elmi yanaşmalar və yeni fundamental araşdırmalar əsasında çap olunmuş “Qərbi Azərbaycan irsi” kitabının I cildinin nəşr olunmasının əhəmiyyətindən söhbət açaraq, kitabda qeyd olunan təkzibedilməz faktların tarixi əhəmiyyətli elmi tədqiqat materialı və hüquqi baxımdan ciddi bir sənəd olduğunu vurğulayıblar.
“Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin-qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

AHİK könüllüləri Milli Məclisdə olublar

Növbəti xəbər

Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir

Əlaqədar Xəbərlər

Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Bizim neftimiz var, amma biz gələcəyimizi yalnız neft üzərində qurmuruq

21 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Azərbaycançılıq, müstəqil Azərbaycan dövlətinin əsas ideyası və amalıdır

23 saat əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində kiçik bir ölkə dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir

23 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Ulu Öndər Heydər Əliyev milli dövlətçilik siyasətinin sarsılmaz təməllərini müəyyən etmişdir

23 saat əvvəl
Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır

2 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Azərbaycanın tranzit, enerji və rəqəmsal inkişaf potensialı

2 gün əvvəl
Növbəti xəbər
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü

Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir

Mühasibatlıq və Vergi Üzrə 5 Aylıq Peşə Hazırlığı Proqramı Uğurla Başa Çatdı
Xüsusi

16 saat əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Bizim neftimiz var, amma biz gələcəyimizi yalnız neft üzərində qurmuruq

21 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Azərbaycançılıq, müstəqil Azərbaycan dövlətinin əsas ideyası və amalıdır

23 saat əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində kiçik bir ölkə dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir

23 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Ulu Öndər Heydər Əliyev milli dövlətçilik siyasətinin sarsılmaz təməllərini müəyyən etmişdir

23 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi