İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
23 Mart, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev. Xocalı faciəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet 366-cı motoatıcı alayı Xocalıya hücum etmiş, misli görünməmiş qəddarlıqlarla və amansızcasına qətliam törətmişdir. Bu kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 dinc sakin qətlə yetirilmiş, 1275 nəfər isə əsir götürülmüşdü. Onlardan 150-nin taleyi hələ də məlum deyil. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən isə 76-sı uşaq idi. Müstəqil milli dövlət quruculuğu yoluna qədəm qoyan Azərbaycanın o vaxtkı rəhbərliyi tərəfindən göstərilən acizlik və susqunluq nəticəsində Xocalı faciəsinə anında siyasi qiymət verilməmiş, Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında əməli heç bir iş görülməmiş və buna ümumiyyətlə səy də göstərilməmişdir. Əksinə ermənilər xaricdəki imkanlarından istifadə edərək dünya birliyinə Xocalı soyqırımı haqqında təhrif olunmuş məlumatlar çatdırmağa çalışmış və buna müəyyən mənada müvəffəq olmuşlar.
Yalnız 1993-cü ildə xalqın təkidilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsinə dövlət tərəfindən ilk dəfə siyasi qiymət verilmiş, 1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı «Xocalı soyqırımı günü» kimi yad olunması rəsmiləşmişdir. 1995-ci il 24 fevral tarixində isə  Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti olmuşdur. Həmçinin Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 25-də imzaladığı “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Sərəncamla hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılması istiqamətində məqsədəmüvafiq işlər həyata keçirilib və bununla bağlı tədbirlər bu gün də ardıcıl olaraq davam etdirilir.  Son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xarici dillərdə kitablar nəşr olunub, filmlər çəkilib, Xocalı mövzusu müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilib, bununla bağlı internet saytları yaradılıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildə “Xocalıya ədalət” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyasının təsis edilməsi atılan mühüm addımlardandır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildən “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına start verilmişdir, bu kampaniya ermənilərin cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malikdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. Faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş olunur. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap edilir, televiziya və radiolarda verilişlər hazırlanır. Prezident İlham Əliyevin 2014-cü il 13 fevral tarixli “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, bu tədbirlərin beynəlxalq səviyyədə daha da genişləndirilməsi qərara alınıb.

Azərbaycan xalqı suverenliyin bütün əraziləri əhatə edən tam Qələbə sevincini Ali Baş Komandanın Xankəndidə ucaltdığı Dövlət Bayrağının dalğalanmasından sonra hiss etməyə başladı. Azərbaycan xalqı 30 illik beynəlxalq təşkilatlardan, dünya ölkələrindən “Xocalıya ədalət” istəyini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində ucaltdığı Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə təmin etdi. Bu tarixi ədalətin hərtərəfli təmin olunması ilə bağlı iki mühüm məqama diqqət etmək lazımdır: birincisi, Xocalı faciəsinə şahidlik etmiş “hərbi xunta” rejiminin başçılarının əlləri qandallanaraq Bakıya gətirilməsi və Azərbaycan qanunları ilə sorğulanması; ikincisi, 2024-cü ildə yeni inşa olunan Xocalı şəhərinə tarixi yurd yerindən qovulan insanların geri dönüşü ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Böyük Qayıdış” Dövlət Proqramında əksini tapan qərarların icra olunması ilə bağlıdır. Bütün bunlar onu göstərir ki, ədalətsizliyə qarşı illərlə mübarizə aparan Azərbaycan xalqı və onun lideri İlham Əliyev dünya gücləri qarşısında yenilmədi, milli davadan geri çəkilmədi, Xocalıda ədaləti özü bərpa etdi.

 

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

YAP Beyləqan rayon təşkilatının yaradılmasının 32-ci ildönümünə həsr olunmuş  tədbir keçirilib

Növbəti xəbər

İşğal nəticəsində Xocalı şəhəri xarabalığa çevrilmişdir

Əlaqədar Xəbərlər

Uğurlu inkişafın təməli
Xüsusi

Azərbaycan– Avropa İttifaqı Şurası əlaqələri yeni mərhələdə

1 həftə əvvəl
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu
Xüsusi

Xocalı şəhidlərinin xatirəsi ehtiramla yad edilir

4 həftə əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Xüsusi

Azərbaycanın xarici siyasət konsepsiyasında əməkdaşlıq və dostluq prinsipləri üstünlük təşkil edir

1 ay əvvəl
“Azərbaycan–Serbiya əlaqələri strateji mövqelərin möhkəmlənməsinə xidmət edir”
Xüsusi

“Azərbaycan–Serbiya əlaqələri strateji mövqelərin möhkəmlənməsinə xidmət edir”

1 ay əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Xüsusi

Uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür

2 ay əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir

2 ay əvvəl
Növbəti xəbər
İşğal nəticəsində Xocalı şəhəri xarabalığa çevrilmişdir

İşğal nəticəsində Xocalı şəhəri xarabalığa çevrilmişdir

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

4 gün əvvəl
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

5 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

1 həftə əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.