İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
22 Sentyabr, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

XİN: Brüssel görüşünü normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticə yönümlü hesab edirik

3 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Xarici İşlər Nazirliyi Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Respublikasının baş naziri arasında mayın 14-də Brüsseldə keçirilmiş növbəti görüşü şərh edib.

İnformasiya-ın məlumatına görə, bu barədə AZƏRTAC-a XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında bu formatda 14 may tarixli sayca beşinci görüşü iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticə yönümlü hesab edirik.

İlk növbədə, müxtəlif müdaxilə və şərtləndirmə cəhdlərinə görə 9 aya yaxın müddətdə fasilə verilən “Brüssel formatı”nda görüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb edir.

Görüş zamanı Azərbaycan ilə Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların bərpası istiqamətləri üzrə konkret nəticələrin əldə edilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb. Xüsusilə dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit olunması, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət daşıyır.

Görüş, həmçinin münaqişədən sonrakı normallaşma baxımından vacib olan humanitar məsələlərin müzakirəsi üçün bir fürsət təşkil edib. Bu kontekstdə, xüsusilə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və minasızlaşdırma sahələrində addımlar atılmasının sürətləndirilməsinin vacibliyi bir daha vurğulanıb.

“Azərbaycan ilə Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət olunması əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yol olduğunu bəyan edirik.

Bu istiqamətdə münasibətlərin normallaşması üçün tərəqqi əldə olunmasına dəstək verən səyləri alqışlayır, bu məqsədi güdən beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğumuzu bir daha təsdiqləyirik, – deyə açıqlamada bəyan edilib.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“İkinci Qarabağ müharibəsindəki Qələbə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir” – Müşfiq Səfərov

Növbəti xəbər

Azərbaycan Prezidenti İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib

Əlaqədar Xəbərlər

İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

TDT-nin artan rolu: Təhlükəsizlik, enerji və nəqliyyatda yeni əməkdaşlıq mərhələsi

22 saat əvvəl
“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Türk dünyasının güclənməsinə doğru

4 həftə əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

2 ay əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

2 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

2 ay əvvəl
Növbəti xəbər
Azərbaycan Prezidenti İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib

Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

TDT çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması vacibdir

17 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan xalqı ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı

17 saat əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Türk dünyasının təhlükəsizliyi və enerji əməkdaşlığı

22 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

TDT-nin artan rolu: Təhlükəsizlik, enerji və nəqliyyatda yeni əməkdaşlıq mərhələsi

22 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Tarixi Qələbənin ünvanları: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə

22 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.