İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
20 Oktyabr, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi Qarabağ

“Xarıbülbül” festivalında Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub

2 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 11-də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edib.

İnformasiya.az Trendə istinadən verir ki, konsert proqramı Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra iki gün əvvəl açılışı olan Mehmandarovların malikanə kompleksində təşkil olunub. Ən diqqətçəkən məqamlardan biri də konsertə Mehmandarovlar nəslinin nümayəndəsi, Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarovun dirijorluq etməsi olub.

Doğma ata-baba ocağında olmaqdan qürur hissi keçirdiyini deyən dirijor təəssüratlarını bizimlə bölüşüb: “Bildiyiniz kimi, bu günlərdə Şuşa möhtəşəm tədbirə ev sahibliyi etdi. Belə bir tədbirin iştirakçısı olduğum üçün çox xoşbəxtəm. Hazırkı konsert proqramı da “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olundu. Açığını deyim, ağlıma gəlməzdi ki, nə vaxtsa Şuşada konsert verə bilərəm. Çalışdığım Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin heyəti ilə reallaşan bu konsert şəxsən mənə də xüsusi zövq yaşatdı. Bu malikanənin yüksək səviyyədə təmir-bərpasına görə Prezidentimizə dərin təşəkkürümü bildirirəm. Malikanədə bütün işlər zövqlə, bütün incəliklə işlənilib. Ümid edirəm ki, bu məkan bundan sonra da adından göründüyü kimi, qonaqlar – mehmanlar üçün açıq olacaq, qonaqlı-qaralı olacaq, hər zaman bu məkanda möhtəşəm tədbirlər keçiriləcək. Eyni zamanda, bizim tarixin də gələcək nəsillərə ötürülməsində bu məkan böyük rol oynayacaq”.

Konsertdə Üzeyir Hacıbəylinin “Arazbarı”, Fikrət Əmirovun “Nizaminin xatirəsinə” simli simfoniyası, Niyazinin “Lirik rəqs”i, Tofiq Quliyevin “Laylay”, Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından fraqmentlər və xalq mahnısı “Sarı gəlin” səsləndirilib.

Konsert proqramı maraqla qarşılanıb.

Etiketlər: Xarıbülbül
PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Özbəkistan ilə əməkdaşlığın mahiyyəti və ruhu unikaldır – Müşfiq Səfərov

Növbəti xəbər

Deputat: Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi

Əlaqədar Xəbərlər

Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Qarabağ

Deputat: İnsanlar oraya köçürüldükdən sonra ölkəmizin iqtisadi imkanları daha da artacaq

12 ay əvvəl
Şanlı Zəfər əbədi yaşayacaqdır
Qarabağ

Şanlı Zəfər əbədi yaşayacaqdır

1 il əvvəl
Füzuli sakini: Doğma yurdumda hər şey daha gözəl olacaq
Qarabağ

Füzuli sakini: Doğma yurdumda hər şey daha gözəl olacaq

2 il əvvəl
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
Qarabağ

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

2 il əvvəl
Deputat: Bütün bunlar “Böyük Qaydış”ın uğurla icrasına xidmət edir
Qarabağ

Deputat: Bütün bunlar “Böyük Qaydış”ın uğurla icrasına xidmət edir

2 il əvvəl
Şuşa və Suqovuşana fərdi minik avtomobilləri ilə səfər etməyə icazə verilib
Qarabağ

Şuşa və Suqovuşana fərdi minik avtomobilləri ilə səfər etməyə icazə verilib

2 il əvvəl
Növbəti xəbər
Deputat: Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi

Deputat: Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngilan dirçəlir

7 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

7 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Füzulidə bərpa və quruculuq salnaməsi

7 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Zəfər yolu: Füzulinin azad edilməsi

7 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Beş illik azadlığın mübarək Zəngilan!

8 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.