İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
24 Oktyabr, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Vətən sadəcə coğrafi məkan deyil, insanın kimliyi, tarixi, şəhidlərinin qanı, gələcək nəsillərin taleyidir”

3 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Həyatda insanın edə biləcəyi ən ağır, ən bağışlanmaz əməllərdən biri Vətənə və dövlətə xəyanətdir. Çünki Vətən sadəcə coğrafi məkan deyil, insanın kimliyi, tarixi, şəhidlərinin qanı, gələcək nəsillərin taleyidir. Dövlət isə həmin Vətənin siyasi iradəsini, müstəqilliyini və suverenliyini təcəssüm etdirən ali dəyərdir. Bu dəyərlərə xəyanət edən insan, əslində, ilk növbədə öz vicdanına, öz keçmişinə və gələcəyinə xəyanət etmiş olur.

İnformasiya.az xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyası sədrinin müavini Ehtiram Mehtiyev sosial şəbəkə hesabında paylaşımında qeyd edib.

“Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin “Həyatda ən çətin və ən ağır şey Vətənə, dövlətə xəyanət etməkdir” fikri əslində təkcə bir cümlə deyil, hər bir vətəndaş üçün mənəvi dərs, dövlətçilik düşüncəsinin ifadəsi və milli məsuliyyət çağırışıdır. Bu sözlər dərsliklərə salınacaq qədər dəyərli, gənc nəslə aşılanacaq qədər əhəmiyyətlidir. Çünki dövlətinə bağlılığın, milli maraqların hər şeydən üstün tutulmasının mahiyyətini çox sadə, lakin təsirli şəkildə izah edir. Təəssüf ki, elə insanlar var ki, onlar bu cür fikirlərdən nəticə çıxarmaq iqtidarında deyillər. Onlar özlərini hansı ad altında təqdim etmələrindən asılı olmayaraq, milli maraqları şəxsi ambisiyalarına qurban verən, yad dairələrin maraqlarına xidmət etməyi fəaliyyət hesab edən bədbəxt insanlardır. Bəlkə də bu sözlər onları islah etməyəcək. Amma heç olmasa vicdanlarının dərinliyində narahatlıq yaradacaqsa, bu belə kifayət qədər ciddi mesajdır.

Prezident İlham Əliyevin xarici ölkələrə, xüsusilə Avropa dövlətlərinə rəsmi səfərləri zamanı müəyyən xəyanətkar qruplar yenidən fəallaşır, süni etiraz aksiyaları təşkil etməyə çalışırlar. Onlar düşünürlər ki, bu cür ucuz şoularla Azərbaycanın dövlət başçısının beynəlxalq nüfuzuna kölgə sala biləcəklər. Halbuki reallıq tam əksini göstərir. Prezident İlham Əliyev Azərbaycan dövlətinin Konstitusiya ilə müəyyən edilmiş ali təmsilçisidir. O, sadəcə bir siyasi şəxsiyyət deyil, beynəlxalq münasibətlər sistemində Azərbaycan dövlətinin rəsmi simvoludur. Xarici ölkədə Prezidentə qarşı yönələn hər hansı təhqir, qarayaxma və ya hörmətsizlik cəhdi əslində Azərbaycan dövlətinə, onun suverenliyinə və xalqının iradəsinə qarşı yönəlmiş davranışdır. Dövlət başçısını xaricdə hədəfə almaq heç bir halda siyasi mübarizə deyil, dövlətçilik prinsiplərinə zidd münasibətin təzahürüdür.

Bu gün Prezident İlham Əliyev dünyanın müxtəlif beynəlxalq platformalarında Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir, ölkəmizin mövqeyini inamla çatdırır, dövlətimizin nüfuzunu daha da gücləndirir. Onun keçirdiyi görüşlər, əldə etdiyi siyasi nəticələr və Azərbaycanın artan beynəlxalq çəkisi göz önündədir. Belə olan halda, kənardan səslənən bir neçə sifarişli şüar nə ölkə rəhbərinin nüfuzuna, nə də Azərbaycanın beynəlxalq mövqeyinə zərrə qədər təsir göstərə bilər.

Əksinə, bu cür davranış nümayiş etdirənlər hər dəfə özlərini daha da ifşa edir, cəmiyyət qarşısında nə qədər nüfuzdan düşdüklərini, milli maraqlardan uzaq olduqlarını nümayiş etdirirlər. Onlar nə Azərbaycan xalqını təmsil edirlər, nə də xalqın iradəsini ifadə etmək hüququna malikdirlər. Tarix dəfələrlə sübut edib ki, dövlətinə arxa çevirənlər heç vaxt hörmət qazana bilməyiblər.

Əsl vətəndaş harada yaşamasından, hansı ölkədə olmasından asılı olmayaraq, öz dövlətinin maraqlarını qoruyur, onun nüfuzunu yüksəltməyə çalışır. Xaricdə yaşayan hər bir azərbaycanlı bilməlidir ki, o, təkcə özünü deyil, həm də Azərbaycanı təmsil edir. Dövlətin adını ucaltmaq və milli maraqları müdafiə etmək hər birimizin mənəvi borcudur”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Azərbaycan mediası informasiya siyasətinin lokomatividir”

Növbəti xəbər

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

Əlaqədar Xəbərlər

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Gündəm

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

19 dəqiqə əvvəl
YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib

19 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

2020-ci il oktyabrın 25-i Qubadlıda erməni təcavüzünə son qoyulan gün kimi tariximizə yazılıb

20 saat əvvəl
Beyləqanın daha 3 kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Gündəm

Beyləqanın daha 3 kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib

23 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Xalqımız, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir

23 saat əvvəl
“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”
Gündəm

“Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir”

2 gün əvvəl
Növbəti xəbər
Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Gündəm

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

19 dəqiqə əvvəl
YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib

19 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

2020-ci il oktyabrın 25-i Qubadlıda erməni təcavüzünə son qoyulan gün kimi tariximizə yazılıb

20 saat əvvəl
Beyləqanın daha 3 kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Gündəm

Beyləqanın daha 3 kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib

23 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Xalqımız, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir

23 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.