İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
16 Sentyabr, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

“Ümummilli liderimiz Heydər Əliyev incəsənət xadimlərinin yaxın dostu idi” – Ceyhun Məmmədov

3 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Müstəqil Azərbaycanın memarı olan Heydər Əliyev bu gün hər bir Azərbaycan vətəndaşının həyatında onun müstəqil bir dövlətdə yaşaması baxımından müstəsna rol oynayıb.

Ümummilli lider Heydər Əliyevin mədəniyyət sahəsinin dirçəlişi yolunda atdığı addımlar mədəniyyət nümayəndələrinin, incəsənət xadimlərinin həyatından təsirsiz ötüşməyib.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin qorunub saxlanması, inkişafı və dünyada təbliğində əvəzolunmaz rolu, həmçinin bu sahədə çalışan mədəniyyət və incəsənət xadimlərinə hər zaman göstərdiyi böyük diqqət danılmazdı.

Ümummilli liderimiz Heydər Əliyev incəsənət xadimlərinin yaxın dostu idi. O hər zaman incəsənət xadimləri ilə söhbət edər, onlara məsləhətlər verər və Azərbaycan incəsənətinin ölkəmizdən kənarda da yüksək səviyyədə təbliği üçün əlindən gələni əsirgəməzdi. Onun sayəsində Azərbaycan incəsənətin dünyanın bir çox ölkələrində yüksək səviyyədə təmsil olunub.

Heydər Əliyev Azərbaycanın mədəniyyət və incəsənətini hər bir azərbaycanlı üçün iftixar mənbəyi hesab edirdi. Ona görə də bu sahədə qazanılmış uğurları dünya ictimai fikrinə çatdırmaq üçün böyük səy göstərirdi. Onun ədəbiyyat və incəsənət xadimlərinə, o cümlədən Azərbaycan bəstəkarlarından Qara Qarayevə, Fikrət Əmirova, Niyaziyə, Rəşid Behbudova, rəssamlarımızdan Tahir Salahova, Mikayıl Abdullayevə, Ömər Eldarova, Lətif Kərimova, şair və ədiblərimizdən Süleyman Rüstəmə, Rəsul Rzaya, İlyas Əfəndiyevə, Mirzə İbrahimova, Süleyman Rəhimova və başqa sənətkarlara göstərdiyi qayğı ulu öndərimizin gündəlik fəaliyyətinin ayrılmaz hissəsi idi.

Xüsusilə vurğulamaq istəyirəm ki, Heydər Əliyev mədəniyyət və incəsənətin bütün sahələrinə dərindən bələd olan nadir bir şəxsiyyət idi. Söhbət rəssamlıqdan gedirsə, ümummilli liderimiz sənətşünas, musiqi sahəsində musiqişünas, teatr aləmində teatrşünas, ədəbiyyatdan söhbət gedirsə, bir filoloq kimi mühakimə yürüdür, maraqlı fikirlər söyləyirdi.

Ulu öndərin görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitqindən – “Müslüm Maqomayev özünün gözəl mahnıları və incəsənət, mədəniyyət sahəsində görkəmli fəaliyyəti ilə Azərbaycanın tarixinə daxil olmuşdur. O, bizim mədəniyyətimizi, mahnı sənətimizi zənginləşdirmişdir, böyük məhəbbət, çox yüksək nüfuz qazanmışdır. O, Azərbaycan xalqının oğlu olaraq burada dünyaya gəlmiş və ilk addımlarını Azərbaycanda atmışdır, amma sonra, sadəcə, Azərbaycanın çərçivəsinə sığmamışdır. Bu da təbiidir. Çünki onun yaradıcılığı, onun sənəti, onun mahnıları daha geniş auditoriya, xalqla daha geniş ünsiyyət tələb edirdi.

Heydər Əliyev Azərbaycan televiziyasına kütləvi informasiya vasitəsi olmaqla bərabər, həm də mədəniyyət və incəsənətimizin ayrılmaz bir hissəsi kimi diqqət yetirir, bu sahənin inkişafı üçün müxtəlif qərarlar qəbul edir, sərəncamlar imzalayırdı. Ulu öndərimiz radionun, xüsusən televiziyanın inkişafına böyük əhəmiyyət verirdi.

Məlumdur ki, ulu öndərimiz tez-tez teatr tamaşalarına baxar, əsər bitdikdən sonra səhnə arxasına keçib rejissor və aktyorlarla görüşər, sənət söhbətləri edərdi. Ümumiyyətlə, Heydər Əliyevin hakimiyyəti dövründə teatr, kino, musiqi, təsviri və tətbiqi sənət sahələrində böyük inkişaf müşahidə olunurdu.

Bütün sənətçilər hamılıqla belə bir fikir söyləyirdilər ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib seçilməsi bütün xalqımız, xüsusilə mədəniyyət işçiləri, eləcə də teatr və kino sənətkarları üçün böyük sevinc oldu. Bu sahədə də intibah baş verdi”. Bəli, Heydər Əliyevin mədəniyyət və incəsənətimizə sahib çıxmağı bu sahənin əsl intibah mərhələsi oldu.

Heydər Əliyev dahi bəstəkarımız Üzeyir Hacıbəylidən başlamış müasir musiqi xadimlərinə qədər bütün sənətkarlara yüksək dəyər vermiş, bu sahənin daha geniş miqyasda tanınması üçün böyük əmək sərf etmişdir. Bununla bağlı ümummilli liderimizin aşağıdakı sözlərini xatırlamaq yerinə düşər: “XX əsrdə mədəniyyətimiz yeni bir inkişaf mərhələsi keçirir. Xüsusən incəsənətimizin böyük sahəsi olan musiqidə professionallıq yaranıbdır. Bu sahədə də dünya miqyasında yüksək zirvələrə çatmış professional musiqi nümunələrindən istifadə edən, eyni zamanda, fitri istedada malik olan şəxsiyyətlərimiz tərəfindən böyük bir məktəb yaradılmışdır”.

Dünya şöhrətli dirijor və görkəmli bəstəkar Niyazinin 90 illiyinə həsr olunmuş yubiley gecəsində nitqindən – “Niyazi olmasaydı, Qara Qarayevin əsərləri o cür yüksək səviyyədə təqdim edilə bilməzdi. Eləcə də Fikrət Əmirovun əsərləri. Onların hamısı bu simfonik orkestrdən və Niyazinin əlindən keçəndən sonra biz gördüyümüz səviyyəyə gəlib çatırdı.” –

Heydər Əliyevin Azərbaycanın mədəniyyət və incəsənət sahəsində fədakar əməyi və bu əməyin nəticəsində əldə edilən nailiyyətlər haqqında cild-cild kitablar yazmaq mümkündür.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Fransanın Jardin şəhərində Azərbaycanı təmsil edən idmançı qalib olub

Növbəti xəbər

Heydər Əliyev ədəbiyyatımızın, mədəniyyətimizin və incəsənətimizin böyük hamisi kimi…

Əlaqədar Xəbərlər

Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb
Sosial

Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb

4 gün əvvəl
Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib
Sosial

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib

5 gün əvvəl
QHT nümayəndələri Qadın Uzunömürlük Rezidensiyasında olublar
Sosial

QHT nümayəndələri Qadın Uzunömürlük Rezidensiyasında olublar

1 həftə əvvəl
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib 
Sosial

Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib 

3 həftə əvvəl
Uğurlu inkişafın təməli
Sosial

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

3 həftə əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüşüb
Sosial

Könül Nurullayeva vətəndaşlarla görüşüb

4 həftə əvvəl
Növbəti xəbər
Heydər Əliyev ədəbiyyatımızın, mədəniyyətimizin və incəsənətimizin böyük hamisi kimi…

Heydər Əliyev ədəbiyyatımızın, mədəniyyətimizin və incəsənətimizin böyük hamisi kimi...

Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir
Gündəm

Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir

12 saat əvvəl
Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti – Açıqlama
Gündəm

Ermənistanın həqiqətə dözümsüz olduğunu nümayiş etdirir

12 saat əvvəl
Deputat: ”Diplomatların Qarabağa səfəri ətrafında manipulyasiya yaratmaq yolverilməzdir”
Gündəm

Deputat: ”Diplomatların Qarabağa səfəri ətrafında manipulyasiya yaratmaq yolverilməzdir”

23 saat əvvəl
Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!

3 gün əvvəl
Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb
Sosial

Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.