İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 Avqust, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Ümummilli Lider Heydər Əliyev ölkədə qadın siyasətinin əsasını qoymuşdur

6 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Müasir dünyamızda istənilən cəmiyyətin sürətli inkişafının təmin edilməsinin kökündə duran əsas məqamlardan biri tək güclü yox, həm də zərif cinsin nümayəndələrinin ictimai fəallıq dərəcəsindən və bunun üçün yaradılan şəraitdən bilavasitə asılıdır. Çünki, tərəqqisində qadınların da rol oynadıqları cəmiyyətin inkişaf dərəcəsi daha sivilizasiyalı, modern, sürətli xarakterə malikdir. Müstəqil Azərbaycanın yeni tarixində Ümummilli Lider Heydər Əliyev fəaliyyətində qadın hüquqlarının təminatı, onların üzləşdiyi problemlərin həllində daim prinsipial mövqe nümayiş etdirib, ictimaiyyətin də bu istiqamətdə səfərbər olunması məqsədilə əməli addımlar atıb. Hələ sovetlər dönəmində qadın məsələlərinin həlli və qadın inkişafı haqqında mövcud olan konsepsiyada diqqətdən kənarda qalan amillər, milli və ənənəvi xüsusiyyətlər Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi birinci dövrdə nəzərə alınır, real həyatda tətbiq olunurdu. Cəmiyyətdə qadınların roluna yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev bildirdi: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi, indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının ali hüquqi zəminini yaratdı. Azərbaycanın sosial, siyasi və mənəvi inkişafında rolu artan qadınlar dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmağa başladılar. Ölkədə uğurla həyata keçirilən gender bərabərliyi siyasətinin hüquqi bazasının formalaşmasının davamı olaraq Ulu Öndər Heydər Əliyevin 14 yanvar 1998-ci il tarixli “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncamı, daha sonra “Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında”, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanları qadınların ictimai-siyasi həyatda iştirak və imkanlarının genişləndirilməsi sahəsində dövlət strategiyasının əsaslarının yaradılmasında mühüm rol oynadı. 2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planının (2000-2005-ci illər) təsdiq edilməsi zərif cinsin təmsilçilərinə yüksək dövlət qayğısının daha bir təzahürü oldu.

Ulu öndər siyasətini daim rəhbər tutan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdədir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında yaradılan yeni qurum dövlət başçısının ailələrə, qadınlara və uşaqlara olan diqqət və qayğısının aydın təzahürüdür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır.

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban xanımın gördüyü işlərin mühüm göstəricisi Heydər Əliyev Fondunun timsalında əks olunub. Heydər Əliyev Fondu Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümumilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrın reallaşmasını və digər mühüm işlərin icrasını təmin edir. Fond Azərbaycan xalqının öz böyük siyasətçisi Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiramını ifadə etmək arzusu və istəyinin nəticəsidir, Ulu Öndər Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurətidir. Ümummilli Liderin zəngin irsinin daha dərindən və hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik və Azərbaycançılıq ideyaları və ölkə mədəniyyətinin geniş təbliği Ulu Öndər Heydər Əliyev siyasətinə verilən önəmin göstəricisidir.

 

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Regional sabitlik və təxribatlar: Azərbaycanın prinsipial mövqeyi

Növbəti xəbər

Beyləqanda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Əlaqədar Xəbərlər

“WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir”
Gündəm

“Naxçıvan regional və beynəlxalq nəqliyyat qovşağına çevrilir”

4 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Naxçıvanın inkişafında yeni səhifə açılır

3 gün əvvəl
Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır
Gündəm

”Sənaye parkları regionların iqtisadi potensialından daha səmərəli istifadə olunmasına xidmət edir”

4 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Prezident İlham Əliyevin bölgələrə səfərləri regionların inkişafı ilə bağlı tədbirlərin uğurlu icrasını təmin edir

5 gün əvvəl
BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN
Gündəm

BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN

5 gün əvvəl
Böyük yollarının kəsişdiyi məkana çevrilən məkan – Naxçıvan
Gündəm

Böyük yollarının kəsişdiyi məkana çevrilən məkan – Naxçıvan

5 gün əvvəl
Növbəti xəbər
Beyləqanda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Beyləqanda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

“WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir”
Gündəm

“Naxçıvan regional və beynəlxalq nəqliyyat qovşağına çevrilir”

4 saat əvvəl
Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb
Sosial

Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb

19 saat əvvəl
Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı
Sosial

Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı

1 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngəzur dəhlizi: nəqliyyat layihəsindən enerji və regional bağlantı platformasına

3 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Naxçıvanın inkişafında yeni səhifə açılır

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.