İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 İyun, 2025 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Ulu Öndər və Naxçıvan

10 ay əvvəl
Oxunma müddəti: 8 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Müstəqil, suveren, hüquqi və demokratik və dünyəvi Azərbaycan Respublikasının memarı və qurucusu, siyasət nəhəngi, dünyaya açılan qapımız milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Tarixşünaslıq ulu öndər Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini öyrənir. Amerikalı siyasi xadim və politoloq Zbiqnev Bjezinski demişdir: “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir”. Bir başqa siyasi persona Rusiya Federasiyasının prezidenti V. Putin isə Ulu Öndəri mübaliğəsiz siyasət nəhəngi adlandırırdı.

Yüksək siyasi mədəni davranış, əxlaqi keyfiyyətlərin üstünlüyü, xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət kimi, cəhət­lər ulu öndər Heydər Əliyevin fərdi key­fiyyətləri idi. O, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həl­lində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. İnsanların sosial problemlərinin duyumu və həllində Ulu Öndər təsisatlar üçün idarəetmə etalonu idi.

Ulu öndər Heydər Əliyev böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin vətəni olan Naxçıvanın yetişdirdiyi əvəzo­lunmaz şəxsiyyətdir. Həyatı boyunca ölkə­mizin, o cümlədən, doğulduğu Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyən. H.Əli­yev yüksək vəzifələrdə çalışdığı illərdə də heç vaxt Naxçıvanı unutmayıb, qədim di­yarı daim diqqət mərkəzində saxlayıb.

Azərbaycan SSR-yə ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu ilin iyul ayının 14-dən sonrakı dövrdə ölkəmizin, o cümlədən, Naxçıvanın inkişafı, gələcəyi ilə bağlı çox mühüm qərarlar qəbul edib. 1970-ci il­lərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə nisbətən xeyli geridə idi və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı yerlərdə qərar tuturdu.  Bu isə iqtisadi və sosial inkişafın yetərsizliyinə günbəgün yol açırdı.

Azərbaycan Respublikasının Prezi­denti cənab İlham Əliyev həmin dövrü dəyərləndirərək deyirdi: “Naxçıvanın inki­şafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə, ona görə ki, Naxçı­van Azərbaycan xalqına böyük şəxsiyyət ulu öndər Heydər Əliyevi bəxş etmişdir. Ulu öndər bütün dövrlərdə Naxçıvana bö­yük diqqət göstərmişdir. 1970–1980-ci illə­rin əvvəllərində respublikanın sosial-iqtisa­di inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində oldu­ğu kimi, Naxçıvanda da sürətli inkişaf döv­rü müşahidə edilirdi. Ulu öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən, Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı.

Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Ölkənin çətin bir dövründə Ulu öndər Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvan­dan başladı. Ulu öndərin 1990-cı ilin orta­larında, Naxçıvanın çətin vaxtlarında bura qayıtması bu qədim Azərbaycan torpağını təhlükələrdən sovuşdurdu. Ən əsası, bu qayıdışla Azərbaycanda müstəqillik uğ­runda mübarizə özünün yeni mərhələsinə qədəm qoydu. Xalqımızın dahi oğlunun alovlandırdığı istiqlal mücadiləsi milli dir­çəliş prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilməsinə, milli dövlət­çiliyin bərpası istiqamətində qəti addımla­rın atılmasına gətirib çıxardı. SSRİ hö­kumətinin hələ fəaliyyətdə olduğu dövrdə Naxçıvan MSSR-in adından “Sovet Sosi­alist” sözlərinin çıxarılması Heydər Əliye­vin sarsılmaz siyasi iradəsinin və böyük uzaqgörənliyinin nəticəsində mümkün oldu. Eyni zamanda, həmin sessiyada dahi rəhbərin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respub­likası Ali Məclisi adlandırılması da sadə­cə sözün redaktəsi deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemi­ni sovetlər üstündə quran möhtəşəm bir ölkənin siyasi strukturunda dəyişiklik edil­məsi demək idi. 1990-cı il noyabrın 17-də Ulu öndərimizin sədrliyi ilə keçirilən tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyə­tinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qə­bul olundu. Bütün bunlar yalnız və yalnız Naxçıvan Muxtar Respublika Ali Məclisi­nin sessiyasına sədrlik edən ulu öndərin həm böyük siyasi iradəsinin, yüksək azər­baycançılıq idealının, həm də qeyri-adi cəsarətinin sayəsində həyata keçirilmişdi.

Beləliklə, Ulu öndər Heydər Əliye­vin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələ­rindən birini təşkil edir. Siyasi fəaliyyə­tinin Naxçıvan dövründə Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtu­luşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. Blokada şəraitində olan Mux­tar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırıl­ması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Xüsusilə də Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaş­lığa əsaslanan rəsmi təmaslar sıxlaşdırıl­dı. 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolu­nun imzalanması bu baxımdan müstəsna əhəmiyyətə malikdir.

Ötən əsrin 90-cı illərinin əvvəlindən etibarən ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər bir daha təsdiqlə­di ki, müstəqilliyin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Ölkədə 1991–1993-cü illərdə hakimiyyət­də xalqın etimad göstərdiyi siyasi qüvvə­nin olmaması dövlət idarəçiliyi mexanizm­lərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxi­yanın yaranmasına rəvac vermişdi. Belə ağır şəraitdə respublikanın tərəqqipərvər qüvvələri, mütərəqqi ruhlu ziyalıları çıxış yolunu ulu öndər Heydər Əliyev kimi müd­rik şəxsiyyətin hakimiyyətə gəlməsində görür, hər cür riskə rəğmən, bu istəklərini açıq ifadə etməkdən çəkinmirdilər.

1993-cü il iyun ayının 9-da xalqın tə­kidi ilə Bakıya qayıdan ulu öndər təbiətin ona bəxş etdiyi fövqəlidarəçilik keyfiyyət­lərindən məharətlə bəhrələnərək ölkəni vətəndaş qarşıdurmasından, müstəqilliyi­mizi itirmək təhlükəsindən qurtardı, çağ­daş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. İyunun 15-də ulu öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədəki kütləvi inamsızlıq, hərc-mərclik mühitinin aradan qalxmasına, siyasi gərginliyin təd­ricən azalmasına, sözün həqiqi mənasın­da xalqın böyük fəlakətlərdən qurtulması­na real zəmin yaratdı.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə dövlət rəhbərliyinə qayıdandan sonra da Nax­çıvanla bağlı gerçəkləşdirdiyi kompleks layihələr blokada şəraitində də inkişaf et­məyin, tarixi nailiyyətlər qazanmağın ör­nəyini dünyaya sərgilədi. Bu siyasət Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilərək özünün ən yüksək mərhələsinə çatdı. Naxçıvan dövlət başçısının ötən müddət­də imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında daim əhatə olun­muş, bundan başqa, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ayrıca Prezident Sərəncamı imzalanmış, nəhayət, muxtar respublika sosial-iqtisadi həyatının ayrı-ayrı sahələ­rinin və onun müxtəlif rayonlarının inkişafı ilə bağlı sənədlər qəbul edilmişdir. Bütün bunlar da Naxçıvan Muxtar Respublika­nın hərtərəfli tərəqqisini təmin etmişdir. Prezident cənab İlham Əliyevin 2023-cü il iyun ayının 5-də “Naxçıvan Muxtar Res­publikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı­nın təsdiq edilməsi haqqında” Sərəncamı isə müasir Naxçıvanın yeni yüksəlişinin yol xəritəsini müəyyənləşdirdi.

Bəli, bu gün dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan kompleks islahat­lar, əldə olunan nəticələr xalqın gələcəyə olan inamını daha da artırmışdır. Ulu ön­dər Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla da­vam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirib və onun ətrafında daha sıx birləşib.

Tarixi şəxsiyyətlərə olan münasibət də, hadisələrə olan münasibət kimi, dəyişə bilir. Heydər Əliyev, şübhəsiz ki, böyük tarixi şəxsiyyətlərimizdəndir. Geridə qoyduğumuz tarixi yolu diqqətlə təhlil etdikdə, bir daha əmin oluruq ki, ölkəmizdə dahi lider Heydər Əli­yev siyasi kursunun alternativi yoxdur. Bu yol Heydər Əliyevlə başlanan əbədi Zəfər Yoludur.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Reallıqlardan irəli gələn hədəflər

Növbəti xəbər

Beyləqanda seçicilərlə görüşlər keçirilib

Əlaqədar Xəbərlər

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

14 saat əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Tarixi missiyanın başlanğıcı

14 saat əvvəl
Bəyannamənin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

Bəyannamənin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

15 saat əvvəl
Revanşist qüvvələrə vacib mesaj
Gündəm

Revanşist qüvvələrə vacib mesaj

15 saat əvvəl
“Rusiya – Ukrayna müharibəsi yaxın zamanlarda bitməyəcək!” – DEPUTATDAN SENSASİON YAZI…
Gündəm

“Rusiya – Ukrayna müharibəsi yaxın zamanlarda bitməyəcək!” – DEPUTATDAN SENSASİON YAZI…

1 gün əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi

2 gün əvvəl
Növbəti xəbər
Beyləqanda seçicilərlə görüşlər keçirilib

Beyləqanda seçicilərlə görüşlər keçirilib

Yekaterinburq şəhərində həmyerlimiz Mirzə Məmmədovun rəsm sərgisinin açılış mərasimi keçirilib
Sosial

Yekaterinburq şəhərində həmyerlimiz Mirzə Məmmədovun rəsm sərgisinin açılış mərasimi keçirilib

13 saat əvvəl
“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

14 saat əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

Qurtuluşdan Quruculuğa

14 saat əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Tarixi missiyanın başlanğıcı

14 saat əvvəl
Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Xüsusi

Şahin İsmayılov: Azərbaycan-Türkiyə müttəfiqliyi ortaq maraqlara əsaslan tərəfdaşlıq modelidir

14 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.