İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
3 Mart, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Ulu Öndərin rəhbərliyi ilə YAP-ın təsis olunması müstəqil Azərbaycan tarixində mühüm mərhələnin əsasını qoydu

3 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Siyasət meydanının lideri, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis olunması müstəqil Azərbaycan tarixində mühüm mərhələnin əsasını qoydu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Şahin İsmayılov söyləyib.

Ümummilli Liderin siyasi hakimiyyətə qayıdışının ölkəmizi ağır fəlakətlərdən, məhv olmaq təhlükəsindən xilas etdiyini deyən Şahin İsmayılov bildirib ki, 1990-cı illərin əvvəllərində ağır siyasi, iqtisadi böhran şəraitində olan Azərbaycanın ziyalıları xalqımızın taleyini düşünərək müdrik qərar verdilər. Xalqımızı yaranmış böhrandan çıxara biləcək Lider Heydər Əliyevə yeni partiya yaratmaq təşəbbüsü ilə müraciət etdilər. Tarixə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd Azərbaycan xalqının istəyinin ifadəsi idi. Görkəmli ziyalılarımızın, tanınmış və nüfuzlu insanların imzaladıqları müraciətdə Ulu Öndərdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.

“Ümummilli Lider müraciətə cavabında Yeni Azərbaycan Partiyasının yaradılmasının zəruriliyini vurğulayaraq, partiyanın ölkəmizin siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil dövlətimizin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya biləcəyini vurğuladı. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransında Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi”, – deyə komitə sədri vurğulayıb.

Dahi şəxsiyyət Heydər Əliyevin müdrik rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının müstəqil ölkəmizin tarixində mühüm missiyanı uğurla həyata keçirdiyini qeyd edən Şahin İsmayılov bildirib ki, ən çətin və məsuliyyətli dövründə Ulu Öndər böyük uzaqgörənliklə dövlətin möhkəm təməlinin qurulmasını, siyasi sabitliyin təmin edilməsini və milli inkişaf strategiyasının formalaşdırılmasını təmin etdi. Ölkəmizin gələcək inkişafının ideoloji-siyasi əsasları müəyyənləşdirildi, müstəqilliyimiz qorundu və möhkəmləndirildi.

Komitə sədri qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan son 22 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə böyük nailiyyətlərə imza atıb. Aparılan genişmiqyaslı islahatlar, həyata keçirilən dövlət proqramları ölkəmizin qüdrətlənməsini, beynəlxalq mövqelərinin daha da güclənməsini şərtləndirib. Ulu Öndər Heydər Əliyevin siyasi mirasının layiqli davamçısı Prezident İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası da son 20 il ərzində böyük inkişaf yolu qət edib. Dövlətimizin başçısının rəhbərliyi ilə YAP-da aparılan islahatlar partiyanın fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasını, institusional potensialının gücləndirilməsini və ölkənin siyasi sistemində aparıcı qüvvə kimi rolunun daha da möhkəmlənməsini təmin edib. Son prezident və parlament seçkilərinin nəticələri xalqımızın Yeni Azərbaycan Partiyasına və partiyanın Sədri İlham Əliyevə olan inam və etimadının ən parlaq göstəricisidir.

Ş.İsmayılov vurğulayıb ki, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlətin və azad vətəndaş cəmiyyətinin möhkəmlənməsi istiqamətində görülən işlərdə yaxından iştirak edən partiya Azərbaycan vətəndaşlarının ümumi siyasi ideya və məqsəd ətrafında birləşməsinə nail olub.

“Bu gün müdrik Liderinin rəhbərliyi ilə inkişafının yeni mərhələsində inamla addımlayan Azərbaycan sülhü və tərəfdaşlığı təşviq edərək, qlobal əməkdaşlığın gücləndirilməsinə töhfə verən nəhəng layihələrə imza atır. Yeni Azərbaycan Partiyası da hər zaman olduğu kimi, bundan sonra da dövlətimizin strateji hədəflərinə nail olunması istiqamətində görülən işlərə davamlı töhfə vermək əzmindədir”, – deyə parlamentari vurğuylayıb.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən edib

Növbəti xəbər

Şahin İsmayılov: Büdcə dövlətin, həm də güc doktrinasıdır

Əlaqədar Xəbərlər

Xalqının yaddaşının, iradəsinin və əyilməz ruhunun rəmzi
Gündəm

Xalqının yaddaşının, iradəsinin və əyilməz ruhunun rəmzi

4 gün əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Ermənistan, bizim beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan sülh sazişini imzalamaqla bağlı təklifimizə cavab vermək istəmir

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük

4 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir

4 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Xocalı Soyqırımı Memorialı tarixi ədalətin bərpasının parlaq təcəssümüdür ŞƏRH

4 gün əvvəl
“Dövlətçiliyimizin qorunması və inkişafında gənclərin rolu” mövzusunda silsilə maarifləndirici tədbirlər keçirilmişdir
Gündəm

“Dövlətçiliyimizin qorunması və inkişafında gənclərin rolu” mövzusunda silsilə maarifləndirici tədbirlər keçirilmişdir

4 gün əvvəl
Növbəti xəbər
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib

Şahin İsmayılov: Büdcə dövlətin, həm də güc doktrinasıdır

Xalqının yaddaşının, iradəsinin və əyilməz ruhunun rəmzi
Gündəm

Xalqının yaddaşının, iradəsinin və əyilməz ruhunun rəmzi

4 gün əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Ermənistan, bizim beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan sülh sazişini imzalamaqla bağlı təklifimizə cavab vermək istəmir

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük

4 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir

4 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Xocalı Soyqırımı Memorialı tarixi ədalətin bərpasının parlaq təcəssümüdür ŞƏRH

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.