İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 Avqust, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Ukrayna Prezident Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfədir

4 ay əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri hazırkı dövrdə xüsusi diqqət çəkən məsələlərdəndir. Bu səfər həm iqtisadi, həm siyasi, hərbi sənaye, həm də digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və yeni razılaşmaların əldə olunması baxımından mühüm əhəmiyyət daşıyır. Ukrayna–Azərbaycan əlaqələri siyasi, iqtisadi, enerji və humanitar sahələrdə çoxşaxəli əməkdaşlıq üzərində qurulub. Ümumilikdə Azərbaycan təkcə Ukrayna ilə deyil, bütün ölkələrlə əməkdaşlığa böyük önəm verir. Bu yanaşma göstərir ki, ölkəmiz yalnız qonşuluq münasibətlərinə deyil, eyni zamanda, regiondan kənar dövlətlərlə əlaqələrin inkişafına da xüsusi diqqət ayırır. Hələ sovet hakimiyyəti illərində Azərbaycanla Ukrayna arasında möhkəm iqtisadi və mədəni əlaqələr mövcud olub. Müstəqillik illərində diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, sıx ikitərəfli siyasi və iqtisadi münasibətlər Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana rəhbərlik etməsindən sonra yaranmağa başlayıb. 1995-ci ildən başlayaraq hər iki dövlətin Prezidentləri qarşılıqlı olaraq dəfələrlə rəsmi və işgüzar səfərlər ediblər. Bu səfərlərin hər biri əlaqələrin inkişafına impuls verib, münasibətlərin strateji səviyyəyə yüksəlməsini təmin edib, yeni əməkdaşlıq istiqamətlərinin əsasını qoyub.

Bu baxımdan Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 25-də respublikamıza səfəri iki dövlət arasındakı müntəzəm ali siyasi təmasların davamıdır. Azərbaycan və Ukrayna Prezidentlərinin Qəbələdə keçirdikləri görüş onların son 4 ildə sayca 7-ci görüşü oldu. Bu, iki dövlət arasındakı ali siyasi təmasların davamlı xarakter daşıdığını nümayiş etdirməklə yanaşı, əlaqələrin bütün sahələrdə inkişafına təkan verən başlıca faktordur. Prezident İlham Əliyevin mətbuata bəyanatla çıxışında qeyd etdiyi kimi, bu təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırıb. Dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşü zamanı əvvəlki görüşlər məmnunluqla xatırlandı, Ukrayna Prezidentinin ölkəmizə bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirildi.

Dövlət başçılarının siyasi təmasları ilə yanaşı, iki ölkənin münasibətlərinin inkişafına mühüm təsir edən amillərdən biri də strateji tərəfdaşlığa dair sənədlərin imzalanmasıdır. Mətbuata bəyanatla çıxışında Prezident İlham Əliyev bunların çox güclü siyasi sənədlər olduğunu bildirdi: “Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir”.

Prezidentlərin Qəbələ görüşündə Azərbaycanla Ukrayna arasında əlaqələrin bir çox istiqamətdə, o cümlədən enerji sahəsində genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı, kənd təsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olundu. O cümlədən, Prezidentlərin mətbuata bəyanatlarla çıxışlarında əlaqələrin inkişaf perspektivləri ilə bağlı mühüm fikirlər səsləndirildi. Məsələn, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki dövlət arasında hərbi-texniki əməkdaşlıqla bağlı çox böyük perspektivlər mövcuddur. Hazırda həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi sürətlə inkişaf edir və bu sahədə birgə əməkdaşlığın həyata keçirilməsi hər iki dövlətə böyük ölçüdə fayda gətirəcək. Ümimiyyətlə isə bu gün iki ölkə arasında ticarət dövriyyəsinin 500 milyon ABŞ dollarını keçməsi əməkdaşlığın ardıcıl və davamlı inkişafından xəbər verir. Qarşıdakı illərdə isə ticarət dövriyyəsinin daha da böyüməsi gözlənilir. Çünki həm Azərbaycanın, həm də Ukraynanın bununla bağlı potensialı yüksəkdir.

Azərbaycanla Ukrayna arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığın inkişafına təkan verir və münasibətlərin məzmunca zənginləşməsinə zəmin yaradır. Ali siyasi təmaslarla yanaşı, iki dövlətin müvafiq qurumları arasında da qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələr müntəzəmdir. Bunu ötən il Bakıda Azərbaycan və Ukrayna Xarici İşlər nazirliklərinin məsləhətləşmələrinin, habelə, Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi də təsdiq edir. Mətbuata bəyanatla çıxışında Prezident İlham Əliyev bu tədbirləri xüsusi qeyd edərək, onların növbəti dövrdə Ukraynada keçirilməsi haqqında fikir mübadiləsinin aparıldığını dedi.

Azərbaycan müstəqil dövlət kimi öz milli maraqlarını qoruyur və həm ikitərəfli, həm də çoxtərəfli beynəlxalq münasibətlərdə fəal iştirak edir. Ölkə beynəlxalq səviyyədə tanınmış bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir, beynəlxalq hüququn əsas prinsiplərinə sadiqliyini daim nümayiş etdirir.

 

 

Niyaməddin Əsgərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bir çox istiqamətlər üzrə aparılan uğurlu əməkdaşlıq nəticəsində Ukrayna-Azərbaycan əlaqələri daha yüksək səviyyəyə qaldırılmışdır

Növbəti xəbər

Qəbələ mesajı: Bakı artıq vasitəçi deyil-oyunun qaydalarını yazır

Əlaqədar Xəbərlər

“WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir”
Gündəm

“Naxçıvan regional və beynəlxalq nəqliyyat qovşağına çevrilir”

3 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Naxçıvanın inkişafında yeni səhifə açılır

3 gün əvvəl
Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır
Gündəm

”Sənaye parkları regionların iqtisadi potensialından daha səmərəli istifadə olunmasına xidmət edir”

4 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Prezident İlham Əliyevin bölgələrə səfərləri regionların inkişafı ilə bağlı tədbirlərin uğurlu icrasını təmin edir

5 gün əvvəl
BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN
Gündəm

BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN

5 gün əvvəl
Böyük yollarının kəsişdiyi məkana çevrilən məkan – Naxçıvan
Gündəm

Böyük yollarının kəsişdiyi məkana çevrilən məkan – Naxçıvan

5 gün əvvəl
Növbəti xəbər
Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib

Qəbələ mesajı: Bakı artıq vasitəçi deyil-oyunun qaydalarını yazır

“WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir”
Gündəm

“Naxçıvan regional və beynəlxalq nəqliyyat qovşağına çevrilir”

3 saat əvvəl
Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb
Sosial

Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb

18 saat əvvəl
Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı
Sosial

Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı

1 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngəzur dəhlizi: nəqliyyat layihəsindən enerji və regional bağlantı platformasına

3 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Naxçıvanın inkişafında yeni səhifə açılır

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.