İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
27 Sentyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alınaraq bu uçuşlar dayandırılıb

2 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Məlum olduğu kimi, 25 dekabr 2024-cü ildə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumatına görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Təyyarənin sərnişinləri Qazaxıstan, Azərbaycan, Rusiya, Tacikistan və Qırğızıstan vətəndaşları olub. Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi “Zirvə” görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən ölkə Prezidenti, cənab İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib. Təyyarə “Heydər Əliyev” Beynəlxalq Aeroportuna endikdən dərhal sonra ölkə Prezidenti, cənab İlham Əliyev hadisə ilə bağlı müşavirə keçirib. Baş vermiş hadisəni araşdırmaq üçün ölkə Prezidenti, cənab İlham Əliyevin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti, habelə, digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər. Sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar, 26 dekabr 2024-cü ildə Azərbaycanda matəm elan edilib. Bununla bağlı, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Baş verən bu hadisədən sonra, “Azərbaycan Hava Yolları” aviaşirkəti 25 dekabr 2024-cü ildə Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar vermişdir. Daha sonra isə, uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Saratov, Nijni Novqoroq, Vladiqafqaz və digər hava limanlarına uçuşlar 28 dekabr 2024-cü il tarixindən Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırılmışdır. Bununla yanaşı, aviaşirkət bütün uçuş təhlükəsizliyi tələbləri, qaydaları rəhbər tutaraq Moskva, Sankt-Peterburq, Yekaterinburq, Həştərxan, Kazan və Novosibirsk şəhərlərinə uçuşları davam etdirəcəkdir…

Sabit Mehdiyev,

YAP Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bu, həm də Azərbaycanın beynəlxalq hüququn və mülki aviasiya təhlükəsizliyinin ciddi təmin olunmasına dair mövqeyini nümayiş etdirir

Növbəti xəbər

Deputat: Azərbaycan hər zaman prinsipial mövqeyini qoruyub

Əlaqədar Xəbərlər

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Qarabağ

Vətəni hər şeydən uca tutdular

10 saat əvvəl
Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək
Xüsusi

Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək

5 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Xüsusi

Türk dünyasının inteqrasiyasında mühüm addım

2 ay əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Xüsusi

AZƏRBAYCAN–FƏLƏSTİN ƏLAQƏLƏRİ: SİYASİ HƏMRƏYLİKDƏN STRATEJİ ƏMƏKDAŞLIĞA DOĞRU

2 ay əvvəl
Deputatın növbəti vətəndaş qəbulu baş tutub
Xüsusi

Deputatın növbəti vətəndaş qəbulu baş tutub

3 ay əvvəl
Gənclər Şurasının 2026-cı ilin ilk yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib
Qərbi Azərbaycan

Gənclər Şurasının 2026-cı ilin ilk yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib

3 ay əvvəl
Növbəti xəbər
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov

Deputat: Azərbaycan hər zaman prinsipial mövqeyini qoruyub

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Şahin İsmayılov: Anım Günü milli yaddaşımızın, qürurumuzun və həmrəyliyimizin rəmzidir

46 dəqiqə əvvəl
Şuşa bəyannaməsi sülh, sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır
Gündəm

Deputat: “Bakı forumu yeni tərəfdaşlıqlar üçün əlverişli imkanlar açır”

8 saat əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Qarabağ

Vətəni hər şeydən uca tutdular

10 saat əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Gündəm

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

1 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.