İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 Sentyabr, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Türk dünyasının gücü ortaq dəyərlər və həmrəylikdən qaynaqlanır

1 saat əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Müasir dünyanın mürəkkəb geosiyasi proseslərin, münaqişələrin, dini və etnik zəmində qarşıdurmaların yaratdığı çağırışlarla üzləşdiyi bir dövrdə Türk dövlətləri arasında birliyin möhkəmləndirilməsi, xalqlarımızı əsrlər boyu bir-birinə bağlayan ortaq milli-mənəvi və dini dəyərlərin qorunması, həmrəyliyin daha da gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Ortaq tarix, dil, mədəniyyət, din və mənəvi dəyərlər Türk dünyasının yalnız keçmişini birləşdirmir, eyni zamanda, onun gələcək inkişafına mühüm töhfə verir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın siyasi və iqtisadi istiqamətlərlə yanaşı, dini-mənəvi müstəvidə də dərinləşdirilməsi Türk dünyasının həmrəyliyinin daha möhkəm əsaslar üzərində formalaşmasına xidmət edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov səsləndirib.

Azərbaycanın bütün istiqamətlərdə türk dövlətləri arasında həmrəyliyin təmin olunmasına böyük töhfələr verdiyini söyləyən Şahin İsmayılov qeyd edib ki, Bakıda Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının toplantısının, Yəhya Bakuvi Beynəlxalq Konfransının keçirilməsi də Türk dünyasının getdikcə genişlənən inteqrasiya gündəliyinin mühüm istiqamətlərindən biri olan dini-mənəvi həmrəyliyin güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısı İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşündə qeyd etdiyi kimi, məhz belə birgə tədbirlər bizi daha da birləşdirir, aramızdakı dostluq, qardaşlıq əlaqələrini gücləndirir və dünyaya çox gözəl mesajlar verir.

“Türk dövlətlərinin yaxınlaşması yalnız dövlətlərarası münasibətlər və institusional mexanizmlərlə məhdudlaşmamalıdır. Dayanıqlı birlik üçün xalqlar arasında mənəvi bağların da möhkəmləndirilməsi vacibdir. Dövlətlər arasında iqtisadi maraqlar müəyyən dövrlərdə dəyişə, beynəlxalq konyunktura yeni çağırışlar yarada bilər. Ortaq tarixi yaddaş, milli-mənəvi dəyərlər, din, mədəniyyət və qardaşlıq hissi isə Türk xalqlarını birləşdirən daha dərin və uzunmüddətli təməldir. Türk dünyasının dini rəhbərlərinin mütəmadi dialoqu bu baxımdan yalnız dini əməkdaşlıq platforması deyil, həm də cəmiyyətlər arasında etimadın, mənəvi yaxınlığın gücləndirilməsinə töhfə verir”,- deyə komitə sədri vurğulayıb.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

İslam dünyasına qarşı çağırışlar və birlik mesajı

Növbəti xəbər

İşğaldan azad edilən ərazilər uğurla məskunlaşdırılır

Əlaqədar Xəbərlər

Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Bu gün, biz azad edilmiş torpaqlarda yaşayırıq

1 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

İşğaldan azad edilən ərazilər uğurla məskunlaşdırılır

1 saat əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Gündəm

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu 

5 saat əvvəl
Bu cür yanaşma Ermənistan ictimai-siyasi məkanında hələ də kök salmış köhnə stereotiplərin və revanşist təfəkkürün tam aradan qalxmadığını göstərir.
Gündəm

Bu cür yanaşma Ermənistan ictimai-siyasi məkanında hələ də kök salmış köhnə stereotiplərin və revanşist təfəkkürün tam aradan qalxmadığını göstərir.

24 saat əvvəl
Anar İrzaquluyev: Ermənistanın bu səfərə münasibəti qəbuledilməzdir
Gündəm

Anar İrzaquluyev: Ermənistanın bu səfərə münasibəti qəbuledilməzdir

1 gün əvvəl
Deputat: ”Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur”
Gündəm

Deputat: ”Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur”

1 gün əvvəl
Növbəti xəbər
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü

İşğaldan azad edilən ərazilər uğurla məskunlaşdırılır

Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
Dünya

Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib

1 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Bu gün, biz azad edilmiş torpaqlarda yaşayırıq

1 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

İşğaldan azad edilən ərazilər uğurla məskunlaşdırılır

1 saat əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Türk dünyasının gücü ortaq dəyərlər və həmrəylikdən qaynaqlanır

1 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

İslam dünyasına qarşı çağırışlar və birlik mesajı

4 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.