İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
29 İyul, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Sirr deyil ki, Türk Dövlətləri Təşkilatı, Azərbaycanın yaxından iştirakı ilə müasir beynəlxalq münasibətlər sistemində  getdikcə daha dinamik şəkildə özünün təsirli yerini və rolunu təyin edən bir instituta çevrilir.  Bu, həm bütövlükdə Azərbaycan dövlətinin və Prezidentinin Türk Dövlətləri Təşkilatının gələcəyinə nə dərəcədə səmimi yanaşmanın göstəricisidir. Türk dövlətlərinin səylərini vahid istiqamətdə ilk dəfə, məhz ölkə Prezidenti, cənab İlham Əliyev birləşdirib. Bu proses, yeni geosiyasi konfiqurasiyada türk dünyasının rolunun daha da artırılması istiqamətində mühüm mərhələ, eyni zamanda Azərbaycanın türk dünyasında aparıcı mövqeyinin daha da güclənməsinin ifadəsi kimi qiymətləndirilməlidir. Faktiki olaraq, bu birlik formulu çox səmərəli mexanizmə çevrilmişdir. Təşkilat yaranarkən qarşıya qoyulan, habelə, yeni geosiyasi reallıq fonunda transformasiya olunan hədəflər aydın və kifayət qədər sağlamdır. İlk növbədə ona görə ki, bizim əməkdaşlığımız, yalnız mənəvi əsaslara söykənmir. Belə ki, ortada cənab İlham Əliyev tərəfindən formalaşdırılan və dövlətlərin suveren milli maraqlarının təmin olduğu bir reallıq var. Bu gün, Azərbaycanın sürətlə reallaşdırmaq üzrə olduğu Zəngəzur dəhlizi isə türk dünyası üçün ikinci nəfəs olacaqdır. Türk Dövlətləri Təşkilatının hər bir üzvü, o cümlədən müşahidəçi üzvlər bunu çox gözəl anlayır və layihənin tam realizəsi üçün maraqlı tərəf kimi çıxış etməyə başlayıblar. Biz, faktiki olaraq, Azərbaycan üçün prinsipial milli maraqların digər dövlətlər üçün də milli maraq səviyyəsinə yüksəldilməsinə şahidlik edirik və bu da öz növbəsində ölkə Prezidenti, cənab İlham Əliyevin uğurlu siyasi kombinasiyası hesab edilməlidir. Türk dövlətlərini bir-birinə əsrlər boyu mövcud olan tarixi, etnik və dini bağlar bağlayır. Türk və İslam dünyası, türkdilli dövlətlərlə əlaqələr özünün ən yüksək mərhələsini yaşayır. Ölkə Prezidenti, cənab İlham Əliyev türk dövlətləri arasında sosial-iqtisadi, mədəni sahədə əməkdaşlığın, münasibətlərin inkişafı və bundan əldə ediləcək faydalarla bağlı strateji baxışlarını ortaya qoyub. Hər zaman Türkdilli dövlətlərin birlik və həmrəyliyinin möhkəmləndirilməsini dəyərləndirən cənab İlham Əliyevin də qeyd etdiyi kimi, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Əgər türk dövlətləri birlikdə olsalar, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsələr və bu birlik mütəmadi işlərlə möhkəmləndirilsə, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Hazırda Türk Dövlətləri Təşkilatının üzvləri ilə strateji tərəfdaşlıq daha da möhkəmlənməkdədir. Bütün bunlar Azərbaycan üçün ikiqat əhəmiyyətlidir, çünki güclənən, məhz türk birliyidir. Bu birliyin yüksək əlaqələrində isə, Azərbaycan mərkəzi rol alıb və proseslərdə təşəbbüskar şəxsən ölkə Prezidenti, cənab İlham Əliyevdir. Türk Dövlətləri Təşkilatının üzvləri bir-birinin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı, habelə, daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində əməkdaşlığa üstünlük verməsi də, qlobal miqyasda yaranan vəziyyətin şərtlərindən sayıla bilər. Məhz, Türk Dövlətləri Təşkilatının başlıca vəzifələrindən biri də, bir-birinin təəssübünün çəkilməsi və xarici siyasət məsələsində ortaq mövqedən çıxış etməsidir. Hesab edirəm ki, bu, təşkilatın beynəlxalq arenada çəkisinin artmasına müsbət təsir göstərən amillərdəndir.

Bu gün, qürurla deyə bilərik ki, artıq Türk Dövlətləri Təşkilatı regional güc mərkəzinə çevrilib və beynəlxalq siyasi proseslərə təsir imkanları yüksəlməkdədir. Azərbaycanın, öz torpaqlarını işğaldan azad etməsi ilə təşkilatda əməkdaşlığın mahiyyətcə yeni bir mərhələyə keçidi başlayıb. Cənubi Qafqazda yeni reallıqların yaranması, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Şübhəsiz ki, Zəngəzur dəhlizinin açılması Türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcəkdir. Azərbaycan Respublikasının çoxqütblü xarici siyasətində ortaq tarixi, milli və etnik keçmişi paylaşdığımız Türk dövlətləri ilə əməkdaşlığımız prioritetini təşkil etməkdədir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin bütün platformalarda təşəbbüsləri, Azərbaycanın beynəlxalq səviyyədə milli maraqlarının davamlı şəkildə qorunmasına xidmət edir…

Sabit Mehdiyev,

YAP Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Əlamətdar statistika

Növbəti xəbər

Azərbaycan Avropanın enerji xəritəsini dəyişdirir

Əlaqədar Xəbərlər

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

6 gün əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

6 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

6 gün əvvəl
Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır
Siyasət

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

1 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Slovakiya–Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

2 həftə əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Siyasət

“IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan bu gün regionun əsas söz sahibi olan dövlətlərindən biridir” – Elşən Musayev

2 həftə əvvəl
Növbəti xəbər
Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl enerji sahələrinə diqqətinin göstəricisi

Azərbaycan Avropanın enerji xəritəsini dəyişdirir

Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Azərbaycan dili milli kimliyimizin əsas sütunudur

4 saat əvvəl
“Hələ də anlamıram ki, o necə gəlib nazir olub?”
Gündəm

“Sonradan bildim ki, onun yanındakı qız da erməni əsillidir” – Elşən Musayev

2 gün əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

6 gün əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

6 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Deputat: Azərbaycan-Almaniya münasibətləri uzunmüddətli strateji baxışa əsaslanan tərəfdaşlıq modeli üzərində qurulur

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.