Sirr deyil ki, Türk Dövlətləri Təşkilatı, Azərbaycanın yaxından iştirakı ilə müasir beynəlxalq münasibətlər sistemində getdikcə daha dinamik şəkildə özünün təsirli yerini və rolunu təyin edən bir instituta çevrilir. Bu, həm bütövlükdə Azərbaycan dövlətinin və Prezidentinin Türk Dövlətləri Təşkilatının gələcəyinə nə dərəcədə səmimi yanaşmanın göstəricisidir. Türk dövlətlərinin səylərini vahid istiqamətdə ilk dəfə, məhz ölkə Prezidenti, cənab İlham Əliyev birləşdirib. Bu proses, yeni geosiyasi konfiqurasiyada türk dünyasının rolunun daha da artırılması istiqamətində mühüm mərhələ, eyni zamanda Azərbaycanın türk dünyasında aparıcı mövqeyinin daha da güclənməsinin ifadəsi kimi qiymətləndirilməlidir. Faktiki olaraq, bu birlik formulu çox səmərəli mexanizmə çevrilmişdir. Təşkilat yaranarkən qarşıya qoyulan, habelə, yeni geosiyasi reallıq fonunda transformasiya olunan hədəflər aydın və kifayət qədər sağlamdır. İlk növbədə ona görə ki, bizim əməkdaşlığımız, yalnız mənəvi əsaslara söykənmir. Belə ki, ortada cənab İlham Əliyev tərəfindən formalaşdırılan və dövlətlərin suveren milli maraqlarının təmin olduğu bir reallıq var. Bu gün, Azərbaycanın sürətlə reallaşdırmaq üzrə olduğu Zəngəzur dəhlizi isə türk dünyası üçün ikinci nəfəs olacaqdır. Türk Dövlətləri Təşkilatının hər bir üzvü, o cümlədən müşahidəçi üzvlər bunu çox gözəl anlayır və layihənin tam realizəsi üçün maraqlı tərəf kimi çıxış etməyə başlayıblar. Biz, faktiki olaraq, Azərbaycan üçün prinsipial milli maraqların digər dövlətlər üçün də milli maraq səviyyəsinə yüksəldilməsinə şahidlik edirik və bu da öz növbəsində ölkə Prezidenti, cənab İlham Əliyevin uğurlu siyasi kombinasiyası hesab edilməlidir. Türk dövlətlərini bir-birinə əsrlər boyu mövcud olan tarixi, etnik və dini bağlar bağlayır. Türk və İslam dünyası, türkdilli dövlətlərlə əlaqələr özünün ən yüksək mərhələsini yaşayır. Ölkə Prezidenti, cənab İlham Əliyev türk dövlətləri arasında sosial-iqtisadi, mədəni sahədə əməkdaşlığın, münasibətlərin inkişafı və bundan əldə ediləcək faydalarla bağlı strateji baxışlarını ortaya qoyub. Hər zaman Türkdilli dövlətlərin birlik və həmrəyliyinin möhkəmləndirilməsini dəyərləndirən cənab İlham Əliyevin də qeyd etdiyi kimi, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Əgər türk dövlətləri birlikdə olsalar, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsələr və bu birlik mütəmadi işlərlə möhkəmləndirilsə, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Hazırda Türk Dövlətləri Təşkilatının üzvləri ilə strateji tərəfdaşlıq daha da möhkəmlənməkdədir. Bütün bunlar Azərbaycan üçün ikiqat əhəmiyyətlidir, çünki güclənən, məhz türk birliyidir. Bu birliyin yüksək əlaqələrində isə, Azərbaycan mərkəzi rol alıb və proseslərdə təşəbbüskar şəxsən ölkə Prezidenti, cənab İlham Əliyevdir. Türk Dövlətləri Təşkilatının üzvləri bir-birinin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı, habelə, daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində əməkdaşlığa üstünlük verməsi də, qlobal miqyasda yaranan vəziyyətin şərtlərindən sayıla bilər. Məhz, Türk Dövlətləri Təşkilatının başlıca vəzifələrindən biri də, bir-birinin təəssübünün çəkilməsi və xarici siyasət məsələsində ortaq mövqedən çıxış etməsidir. Hesab edirəm ki, bu, təşkilatın beynəlxalq arenada çəkisinin artmasına müsbət təsir göstərən amillərdəndir.
Bu gün, qürurla deyə bilərik ki, artıq Türk Dövlətləri Təşkilatı regional güc mərkəzinə çevrilib və beynəlxalq siyasi proseslərə təsir imkanları yüksəlməkdədir. Azərbaycanın, öz torpaqlarını işğaldan azad etməsi ilə təşkilatda əməkdaşlığın mahiyyətcə yeni bir mərhələyə keçidi başlayıb. Cənubi Qafqazda yeni reallıqların yaranması, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Şübhəsiz ki, Zəngəzur dəhlizinin açılması Türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcəkdir. Azərbaycan Respublikasının çoxqütblü xarici siyasətində ortaq tarixi, milli və etnik keçmişi paylaşdığımız Türk dövlətləri ilə əməkdaşlığımız prioritetini təşkil etməkdədir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin bütün platformalarda təşəbbüsləri, Azərbaycanın beynəlxalq səviyyədə milli maraqlarının davamlı şəkildə qorunmasına xidmət edir…
Sabit Mehdiyev,
YAP Beyləqan rayon təşkilatının məsləhətçisi