İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
19 Sentyabr, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

TDT-nin gücləndirilməsində Azərbaycanın rolu

1 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Zəngin və qədim tarix, mədəni irs, eyni etnik köklərə malik xalqlarımızın ümumi ənənəvi dəyərlərə sadiqliyi türkdilli ölkələri sıx birləşdirir. “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”, – deyən Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan daim Türk Dövlətləri Təşkilatının gücləndirilməsi istiqamətində önəmli addımlar atır.

 

Modern.az xəbər verir ki, bu fikirlər Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılovun açıqlamasında yer alıb.

 

Komitə sədri qeyd edib ki, son illər bütün dünya Türk dövlətləri arasında möhkəmlənən birliyin şahidi olur. Vətən müharibəsində və antiterror tədbirlərində tarixi zəfərlərə imza atan, ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin edən qüdrətli Azərbaycan Türk dünyasının birliyinin güclənməsində mühüm rola malikdir. Ötən il ölkəmizin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü eyni zamanda qardaş xalqlarımızın birliyinin və həmrəyliyinin, onların sülhə və ədalətə sadiqliyinin təzahürü idi. Azərbaycanın təşəbbüsünün davamı olaraq, Macarıstanda keçirilən ikinci qeyri-rəsmi Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələyə vurğulayaraq dedi: “Can Azərbaycanın Ermənistan ilə sülh müqaviləsi üzrə razılıq əldə etməsindən məmnunuq. İki ölkə arasında davamlı sülh əldə olunacağı təqdirdə, bu vəziyyət heç şübhəsiz ki, Türk dünyamız üçün bir çox fürsətlər yaradacaq. Bu baxımdan Müzəffər Prezident, əziz Qardaşım İlham Əliyevin bölgəyə sülhü gətirəcək Lider olaraq adını tarixə yazdıracağına əminəm”.

Şahin İsmayılov qeyd edib ki, Azərbaycan bu gün yüksək beynəlxalq nüfuzu, güclü iqtisadiyyatı, irəli sürdüyü təşəbbüslərlə Türk Dövlətləri Təşkilatının fəaliyyətində önəmli rol oynayır. Prezident İlham Əliyev qeyri-rəsmi Zirvə görüşündəki çıxışında bu məsələlərdən bəhs edərkən bildirdi ki, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Həmçinin Türkiyәnin vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil edib. Bu, təbii ki, ötən illər ərzində Azərbaycanda müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində görülən işlərin, həyata keçirilən layihələrin nəticəsində mümkün olur. Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilən Azərbaycanın Orta Dəhliz təşəbbüsü Türk dünyası üçün olduqca mühüm imkanlar yaradır.

 

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Bəyannamədə bir çox önəmli məsələlərin yer aldığını bildirən Şahin İsmayılov qeyd edib ki, sənəddə Azərbaycanın 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyasına uğurlu ev sahibliyi, Bakı İqlim Birliyi Paktı, eləcə də COP29 Sədrliyi çərçivəsində ölkəmizin təşəbbüsləri yüksək qiymətləndirilib. “Ötən il Azərbaycan dünyanın ən mötəbər tədbirlərindən birinə uğurla ev sahibliyi etdi. Konfransda 70 dövlət və hökumət başçısının, ümumilikdə isə 197 ölkədən 77 min iştirakçının iştirakı tədbirin əhəmiyyətinin göstəricisidir”, – deyə Şahin İsmayılov vurğulayıb.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Prezidentin Macarıstan səfəri: Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının yeni mərhələsi

Növbəti xəbər

Minifutbol üzrə ikinci Qərbi Azərbaycan Kubokunun püşkatma mərasimi olub

Əlaqədar Xəbərlər

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

“Əvvəldən tapşırılmamısansa, sənə imkan verməyəcəklər!” – Elşən Musayev

20 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Bu gün, biz azad edilmiş torpaqlarda yaşayırıq

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

İşğaldan azad edilən ərazilər uğurla məskunlaşdırılır

1 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Türk dünyasının gücü ortaq dəyərlər və həmrəylikdən qaynaqlanır

1 gün əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Gündəm

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu 

1 gün əvvəl
Bu cür yanaşma Ermənistan ictimai-siyasi məkanında hələ də kök salmış köhnə stereotiplərin və revanşist təfəkkürün tam aradan qalxmadığını göstərir.
Gündəm

Bu cür yanaşma Ermənistan ictimai-siyasi məkanında hələ də kök salmış köhnə stereotiplərin və revanşist təfəkkürün tam aradan qalxmadığını göstərir.

2 gün əvvəl
Növbəti xəbər
Minifutbol üzrə ikinci Qərbi Azərbaycan Kubokunun püşkatma mərasimi olub

Minifutbol üzrə ikinci Qərbi Azərbaycan Kubokunun püşkatma mərasimi olub

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

“Əvvəldən tapşırılmamısansa, sənə imkan verməyəcəklər!” – Elşən Musayev

20 saat əvvəl
Beynəlxalq və yerli layihələrdə qazanılmış 10 illik targetinq təcrübəsi «Shukurov Academy»-nin tədris proqramında!
Texnologiya

Beynəlxalq və yerli layihələrdə qazanılmış 10 illik targetinq təcrübəsi «Shukurov Academy»-nin tədris proqramında!

23 saat əvvəl
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
Dünya

Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib

1 gün əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Bu gün, biz azad edilmiş torpaqlarda yaşayırıq

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

İşğaldan azad edilən ərazilər uğurla məskunlaşdırılır

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.