İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 İyun, 2025 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Tarixi missiyanın başlanğıcı

1 gün əvvəl
Oxunma müddəti: 6 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Hazırda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə məhz Ulu Öndərin siyasi kursunu davam etdirərək regionun lider ölkəsinə çevrilmişdir

Azərbaycan xalqının tarixində elə günlər var ki, bu günlər təkcə təqvimdə qeyd olunan tarix deyil, millətin taleyini dəyişən, gələcəyini müəyyən edən dönüş nöqtələri kimi əbədi yaddaşlara həkk olunur. Məhz belə günlərdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. Bu gün Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdığı gün kimi, dövlətçiliyimizin, müstəqilliyimizin və sabitliyimizin əsasını qoymuş tarixi bir gündür.

Tarixdən məlumdur ki, Ulu Öndər Heydər Əliyevin 1987-ci ildə Sovet rəhbərliyindəki yüksək vəzifəsindən – SSRİ Nazirlər Soveti sədrinin birinci müavini postundan istefa verməsi və siyasi hakimiyyətdən getməsi Azərbaycan üçün ağır nəticələrə səbəb oldu. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. İstefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər

1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları açıq münaqişəyə çevrildi. Dağlıq Qarabağda ermənilərin separatçı fəaliyyətləri genişləndi, Azərbaycanlılar öz dədə-baba torpaqlarından qovulmağa başlandı. Bu dövrdə Azərbaycanın siyasi rəhbərliyi zəif və iradəsiz idi, xalqın hüquqları layiqincə müdafiə olunmurdu. Ulu Öndərin yoxluğu təkcə rəhbərlik boşluğu deyil, həm də milli mübarizənin istiqamətini itirməsi demək idi.

1991-ci ildə müstəqillik bərpa edildikdən sonra vəziyyət daha da pisləşdi. Heydər Əliyevin siyasi təcrübəsi və liderlik qabiliyyəti olmadığı halda, ölkədə idarəetmə xaosa sürükləndi. Hakimiyyət uğrunda gedən mübarizələr, müxtəlif siyasi qüvvələr arasında çəkişmələr, vətəndaş qarşıdurması və iqtisadi iflic dövləti parçalanma həddinə gətirdi.

Xalq bu proseslər fonunda lider yoxluğunu daha dərindən hiss etməyə başladı. Heydər Əliyevin yoxluğu ilə ölkədə siyasi sabitlik, iqtisadi inkişaf və milli həmrəylik ciddi zərbə aldı.

1991-ci ildə müstəqilliyini yenidən qazanan Azərbaycan Respublikası ağır və çətin sınaqlarla qarşı-qarşıya qalmışdı. Siyasi idarəolunmazlıq, iqtisadi tənəzzül, sosial gərginlik və ən əsası, Qarabağda davam edən müharibədə ağır itkilər xalqı ümidsizliyə sürükləyirdi. 1993-cü ilin yayında isə vəziyyət daha da kəskinləşdi – ölkədə vətəndaş qarşıdurması təhlükəsi real həddə çatdı, dövlətin parçalanması təhlükəsi yarandı.

Bu kritik məqamda xalqın bütün təbəqələri bir ümumi çağırışla ölkənin xilası üçün yeganə ünvanı göstərdi: Heydər Əliyev! Artıq xalq anlayırdı ki, bu gərgin vəziyyətdən yalnız siyasi uzaqgörənliyə, təcrübəyə və liderlik qabiliyyətinə malik bir şəxs Azərbaycanı xilas edə bilər. Naxçıvanda yaşayan Ulu Öndər xalqın bu səsini eşitdi və 9 iyun 1993-cü ildə Bakıya dəvət edildi. Cəmi bir neçə gün sonra, 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçilərək faktiki olaraq ölkə rəhbərliyini öz üzərinə götürdü.

Heydər Əliyevin qayıdışı ilə Azərbaycan müstəqil dövlət kimi dağılmaqdan, xaosdan və anarxiyadan xilas oldu. İlk növbədə, ölkədə ictimai-siyasi sabitlik təmin edildi. Vətəndaş müharibəsinin qarşısı alındı, ordu quruculuğu sahəsində ciddi addımlar atıldı, dövlət institutları formalaşmağa başladı. Məhz bu dövrdən başlayaraq Azərbaycanın gələcək inkişaf konsepsiyası formalaşdı.

Ən önəmlisi isə Ulu Öndər xalqın dövlətə inamını bərpa etdi. Onun rəhbərliyi ilə qısa müddətdə mühüm beynəlxalq müqavilələr imzalandı, “Əsrin müqaviləsi” adlanan neft strategiyası ilə Azərbaycan dünya iqtisadi sisteminə inteqrasiya olundu. Nəticədə ölkəyə sərmayə axını başlandı və iqtisadiyyatın dirçəlməsi üçün zəmin yaradıldı.

Milli Qurtuluş Günü təkcə siyasi dəyişiklik deyil, bir xalqın varoluş mübarizəsinin simvoludur. Bu günün əhəmiyyəti bundadır ki, Azərbaycan dövləti və milləti Heydər Əliyev şəxsiyyətində öz xilaskar liderini tapdı və onun rəhbərliyi ilə yenidən ayağa qalxdı. Hər il 15 iyun tarixi bu səbəbdən yalnız bir bayram deyil, həm də xalqla lider arasında qurulan güclü bağın, milli həmrəyliyin və dövlətçilik iradəsinin təntənəsidir.

Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 15 İyun 1997-ci ildən etibarən rəsmi olaraq “Milli Qurtuluş Günü” kimi qeyd olunur. Bu, təkcə bir siyasi qərar deyil, həm də xalqın tarixi yaddaşında həkk olunmuş böyük bir qələbənin hüquqi ifadəsidir. Heydər Əliyev demişdir: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”. O, bu fikrini sonadək doğrultdu. 15 İyun – Milli Qurtuluş Günü də məhz bu xidmətin, bu tarixi qayıdışın və xalqın xilası uğrunda verilmiş mübarizənin təcəssümüdür.

Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə başlayan Qurtuluş tarixi, bu gün müstəqil Azərbaycanın qüdrətli addımlarında, paytaxt Bakının səmaya ucalan binalarında, kəndlərə çəkilən yollarında, gənclərin elmə, mədəniyyətə olan marağında, azad edilən Qarabağ torpaqlarında yenidən səslənir. Bu sədalar təkcə keçmişin əks-sədası deyil, gələcəyə yönəlmiş inamın və iradənin canlı ifadəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada, Xankəndidə Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

Hazırda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə məhz Ulu Öndərin siyasi kursunu davam etdirərək regionun lider ölkəsinə çevrilmişdir. 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə də birbaşa bu siyasi irsin, milli birliyin və strateji uzaqgörənliyin nəticəsidir.

Bu gün Azərbaycan xalqı sabit, müstəqil və qüdrətli bir dövlət kimi yaşayırsa, bunun təməlində məhz 1993-cü ilin 15 iyununda atılmış tarixi addım dayanır. Məhz buna görə 15 İyun hər bir azərbaycanlının qürurla andığı, milli birlik və vətənpərvərlik ruhunu yaşatdığı müqəddəs bir gündür.

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Şahin İsmayılov: Azərbaycan-Türkiyə müttəfiqliyi ortaq maraqlara əsaslan tərəfdaşlıq modelidir

Növbəti xəbər

Qurtuluşdan Quruculuğa

Əlaqədar Xəbərlər

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycan xalqının tarixi nailiyyəti

6 saat əvvəl
“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

1 gün əvvəl
Bəyannamənin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

Bəyannamənin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

1 gün əvvəl
Revanşist qüvvələrə vacib mesaj
Gündəm

Revanşist qüvvələrə vacib mesaj

1 gün əvvəl
“Rusiya – Ukrayna müharibəsi yaxın zamanlarda bitməyəcək!” – DEPUTATDAN SENSASİON YAZI…
Gündəm

“Rusiya – Ukrayna müharibəsi yaxın zamanlarda bitməyəcək!” – DEPUTATDAN SENSASİON YAZI…

2 gün əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi

2 gün əvvəl
Növbəti xəbər
Cəbrayıldakı isti ocaqlar…

Qurtuluşdan Quruculuğa

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycan xalqının tarixi nailiyyəti

6 saat əvvəl
Yekaterinburq şəhərində həmyerlimiz Mirzə Məmmədovun rəsm sərgisinin açılış mərasimi keçirilib
Sosial

Yekaterinburq şəhərində həmyerlimiz Mirzə Məmmədovun rəsm sərgisinin açılış mərasimi keçirilib

1 gün əvvəl
“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

1 gün əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

Qurtuluşdan Quruculuğa

1 gün əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Tarixi missiyanın başlanğıcı

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.