4–6 sentyabr 2026-cı il tarixlərində Özbəkistanın Səmərqənd şəhərində Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransı keçirilib.
Bu barədə Milli Məclisin Gənclər və idman komitəsinn sədri Şahin İsmayılovun sosial şəbəkə hesabında paylaşım edilib.
Konfrans çərçivəsində Şahin İsmayılovun sədrliyi ilə “Qeyri-müəyyən gələcək şəraitində gənclərin iqtisadi hüquqlarının və məşğulluğunun inkişaf etdirilməsi” mövzusunda panel müzakirələri təşkil olunub.
Qeyd edək ki, Parlamentlərarası İttifaqın Gənc Parlamentarilərin 12-ci Qlobal konfransında ölkəmizi Milli Məclisin deputatları Şahin İsmayılov və Səbinə Xasayeva Təmsil edib.
Bildirilib ki, konfrans çərçivəsində gənclərin hüquqlarının qorunması, onların iqtisadi hüquqlarının və məşğulluğunun təmin edilməsi kimi mövzular müzakirə olunub.












