İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
30 Avqust, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

ŞUŞA QLOBAL MEDİA FORUMU: HƏQİQƏTİN MÜDAFİƏSİ VƏ AZƏRBAYCANIN QLOBAL MESAJLARI

2 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil. Bu şəhər eyni zamanda beynəlxalq dialoqun, fikir mübadiləsinin və qlobal əməkdaşlığın mühüm ünvanlarından birinə çevrilib. IV Şuşa Qlobal Media Forumu bir daha təsdiq etdi ki, Azərbaycan beynəlxalq gündəmdə etibarlı tərəfdaş, sülhü və dialoqu təşviq edən, qlobal çağırışların müzakirəsi üçün platforma yaradan ölkə kimi öz mövqeyini daha da möhkəmləndirir.

 

Bu gün informasiya yalnız xəbər ötürən vasitə deyil. İnformasiya dövlətlərin təhlükəsizliyinə, beynəlxalq münasibətlərə, ictimai rəyə və qlobal proseslərə birbaşa təsir göstərən strateji amilə çevrilib. Təəssüf ki, müasir dövrdə dezinformasiya, saxta xəbərlər, informasiya manipulyasiyaları və ikili standartlar da beynəlxalq münasibətlərin ayrılmaz hissəsinə çevrilib. Belə bir şəraitdə həqiqətin qorunması, məsuliyyətli jurnalistikanın təşviqi və etibarlı informasiya mühitinin formalaşdırılması hər zamankından daha böyük əhəmiyyət kəsb edir.

 

Məhz buna görə IV Şuşa Qlobal Media Forumunun “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunması olduqca aktual və zamanın çağırışlarına cavab verən seçimdir. Sülh yalnız siyasi razılaşmalarla təmin olunmur. Sülh eyni zamanda doğru informasiyanın yayılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və media məsuliyyətinin artırılması ilə mümkündür.

 

Forum çərçivəsində Prezident İlham Əliyevin çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Prezident İlham Əliyevin Azərbaycanın xarici siyasəti, regional proseslər, beynəlxalq təhlükəsizlik və informasiya mühiti ilə bağlı səsləndirdiyi fikirlər dünyanın aparıcı media qurumları tərəfindən geniş işıqlandırıldı. Xüsusilə Prezident İlham Əliyevin səsləndirdiyi bu fikir müasir dövrün reallıqlarını aydın şəkildə ifadə edir: “Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir. Keçmişdə də belə olmuşdur. Keçmişdə bu, siyasi xarakter daşıyırdı. Biz bunun öhdəsindən uğurla gəldik. Bu gün isə bu avantüralar daha ciddi və təhdidedici xarakter daşıyır. Ona görə də özümüzü müdafiə etməyə, konsolidasiya edilmiş müəyyən dairələrlə mübarizə aparmağa öyrəşmişik.”

 

Bu fikirlər bir daha göstərir ki, milli təhlükəsizlik anlayışı artıq yalnız hərbi və siyasi müstəvi ilə məhdudlaşmır. İnformasiya müharibələri, kiber təhdidlər, ictimai rəyin manipulyasiyası və məqsədli dezinformasiya kampaniyaları dövlətlərin üzləşdiyi ən ciddi çağırışlar sırasındadır. Azərbaycan isə bu çağırışları düzgün qiymətləndirərək informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində ardıcıl siyasət həyata keçirir.

 

Təsadüfi deyil ki, builki forum xarici medianın da diqqət mərkəzində oldu. Dünyanın müxtəlif ölkələrindən nüfuzlu media qurumları Şuşa Qlobal Media Forumunu beynəlxalq media dialoqu üçün mühüm platforma kimi qiymətləndirdilər. Xarici mətbuatda forumun əsas mövzuları, dezinformasiyaya qarşı mübarizə, süni intellekt dövründə medianın rolu və Prezident İlham Əliyevin beynəlxalq gündəmə dair səsləndirdiyi fikirlər geniş şəkildə işıqlandırıldı. Bu, bir daha göstərir ki, Şuşa Qlobal Media Forumu artıq təkcə Azərbaycanın deyil, qlobal media gündəliyinin mühüm hadisələrindən birinə çevrilib.

 

Şuşada belə mötəbər tədbirlərin keçirilməsi xüsusi rəmzi məna daşıyır. Vaxtilə işğalın ağır nəticələrini yaşamış bu şəhər bu gün beynəlxalq konfransların, mədəni tədbirlərin və qlobal forumların keçirildiyi nüfuzlu mərkəzdir. Bu, Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işlərinin, eyni zamanda sülhə, əməkdaşlığa və açıq dialoqa sadiqliyinin bariz nümunəsidir.

 

Əminliklə demək olar ki, Şuşa Qlobal Media Forumu artıq beynəlxalq informasiya diplomatiyasının mühüm platformalarından birinə çevrilib. Bu forum Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, həqiqətin müdafiəsinə, dezinformasiyaya qarşı mübarizəyə və qlobal media əməkdaşlığının inkişafına mühüm töhfə verir. Şuşadan dünyaya verilən mesajlar Azərbaycanın prinsipial mövqeyini, sülhə sadiqliyini, beynəlxalq hüquqa hörmətini və informasiya məkanında həqiqətin müdafiəsinə verdiyi önəmi bir daha nümayiş etdirir. İnanıram ki, bu forumun nəticələri gələcəkdə dövlətlər arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, media sahəsində əməkdaşlığın genişlənməsinə və qlobal informasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcək.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Beyləqan rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub

Növbəti xəbər

“Bu mötəbər tədbirin məhz Şuşada keçirilməsi özlüyündə böyük siyasi və tarixi mesajdır”

Əlaqədar Xəbərlər

İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Türk dünyasının güclənməsinə doğru

6 gün əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

1 ay əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

1 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

1 ay əvvəl
Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır
Siyasət

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

1 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Slovakiya–Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

2 ay əvvəl
Növbəti xəbər
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi

"Bu mötəbər tədbirin məhz Şuşada keçirilməsi özlüyündə böyük siyasi və tarixi mesajdır"

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

26 AVQUST – LAÇINLILAR ÜÇÜN UNUDULMAZ GÜNDÜR.

4 gün əvvəl
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib 
Sosial

Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib 

4 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

İşğalın ağır izlərindən azad olan Laçın bu gün Azərbaycanın qüdrətini nümayiş etdirən müasir şəhərə çevrilir

4 gün əvvəl
Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı regional əməkdaşlıq üçün yeni perspektivlər açır
Gündəm

Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı regional əməkdaşlıq üçün yeni perspektivlər açır

4 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Özbəkistan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq uğurla davam edir

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.