İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 Avqust, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Sülhün əldə olunması faktı əsasında Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb

3 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

2026-cı il 4 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə etdiyi çıxışla postmünaqişə dövründə formalaşdırdığı yeni siyasi reallığı, sülh quruculuğu fəlsəfəsini və suverenlik prinsipinə əsaslanan diplomatik iradəsini aydın şəkildə nümayiş etdirir. Dövlət başçımız çıxışında postmünaqişə dövründə Cənubi Qafqazın transformasiyası, regional əməkdaşlıq modellərinin yenidən qurulması kimi məsələlərə toxundu.

Dövlət başçımız Ermənistanın 2028-ci ildə Avropa Siyasi Birliyinin növbəti Zirvə görüşünün Azərbaycanda keçirilməsinidəstəklədiyini bildirdi. Bu isə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm göstəricisidir. Bu Azərbaycanın 2026-cı ildə Ermənistanda keçirilən Zirvə görüşünə əvvəlcədən dəstək verməsi və qarşılıqlı olaraq 2028-ci il üçün Bakının namizədliyinin qəbul edilməsi diplomatik qarşılıqlılıq prinsipinin real tətbiqidir.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda qarşıdurmanı dərinləşdirən ritorikadan deyil, sabitlik, bağlantılar, qarşılıqlı etimad və iqtisadi əməkdaşlıq gündəliyindən çıxış edir. Bu yanaşma sadəcə diplomatik jestlər toplusu deyil, qalib dövlətin öz gücünü regional inkişaf modelinə çevirmək bacarığının göstəricisidir.

2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi yalnız hərbi qələbə ilə yekunlaşmadı, eyni zamanda regionun geosiyasi arxitekturasını köklü şəkildə dəyişdirdi. Azərbaycan döyüş meydanında beynəlxalq hüquqa əsaslanan haqqını təmin etməklə yeni reallıqlar formalaşdırdı və bu reallıqlar artıq təkcə Cənubi Qafqaz üçün deyil, daha geniş Avrasiya məkanı üçün də qəbul edilən faktora çevrildi. Məhz bu yeni vəziyyət fonunda Azərbaycan diplomatik müstəvidə də təşəbbüskar aktora çevrilərək sülh gündəliyini irəli aparır və regional əməkdaşlığın konturlarını müəyyənləşdirir.

Çıxışda səsləndirilən iqtisadi göstəricilər isə sülhün praktik nəticələrini açıq şəkildə nümayiş etdirdi. Azərbaycan ərazisindən Ermənistana 28 min ton yükün daşınması, eləcə də 12 min ton neft məhsulunun ixracı faktı regionda əməkdaşlıq üçün yeni imkanların açıldığını göstərir. Bu addımlar bir tərəfdən etimad quruculuğu tədbiri kimi çıxış edir, digər tərəfdən isə Azərbaycanın təşəbbüskar və konstruktiv aktor olduğunu nümayiş etdirir. Xüsusilə nəzərə alsaq ki, bu addımlar uzun illər davam etmiş qarşıdurmadan sonra atılıb, onların siyasi əhəmiyyəti daha da artır.

Prezident İlham Əliyev çıxışında beynəlxalq institutlara münasibətdə də açıq və qətiyyətli mövqe sərgilədi. Xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası-nın fəaliyyətində müşahidə olunan ikili standartlar kəskin tənqid edildi. Dövlət başçısı faktlarla göstərdi ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra bu qurumların qərəzli yanaşmaları daha da intensivləşib. Bu isə bir daha sübut edir ki, bəzi beynəlxalq təsisatlarda obyektivlikdən çox siyasi maraqlar üstün tutulur. Bununla yanaşı, Prezident Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini bir daha vurğuladı. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və uzun illər icra olunmayan qətnamələrin məhz Azərbaycan tərəfindən həyata keçirilməsi xüsusi qeyd edildi. Bu fakt Azərbaycanın yalnız güc yolu ilə deyil, həm də hüquqi əsaslarla hərəkət etdiyini göstərir və onun legitimliyini daha da möhkəmləndirir.

Çıxışın mühüm hissələrindən biri də regional nəqliyyat və kommunikasiya layihələrinə həsr olundu. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” kimi təşəbbüslərin qeyd edilməsi Azərbaycanın Orta Dəhlizdə oynadığı rolu bir daha ön plana çıxardı. Bu layihələr yalnız iqtisadi deyil, həm də siyasi sabitlik baxımından əhəmiyyətlidir və regionda qarşılıqlı asılılığı artıraraq sülhü daha dayanıqlı edir.

Ümumilikdə, Prezident İlham Əliyevin bu çıxışı Azərbaycanın həm hərbi, həm də diplomatik müstəvidə qazandığı uğurların məntiqi davamı kimi qiymətləndirilə bilər. Dövlət başçısı bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq hadisələrin axarını izləyən deyil, onları formalaşdıran aktordur. Ən əsası isə odur ki, Azərbaycan döyüş meydanında əldə etdiyi qələbəni siyasi və iqtisadi müstəvidə möhkəmləndirərək regionda uzunmüddətli sülhün əsasını qoyur. Bu isə Prezidentin qətiyyətli və prinsipial siyasətinin real nəticəsi kimi çıxış edir.

 

Niyaməddin Əsgərov

 

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədr müavini.

 

 

 

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir

Növbəti xəbər

Hökumət və parlament nümayəndələri futbol oynadılar

Əlaqədar Xəbərlər

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

4 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

4 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

1 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü 

1 həftə əvvəl
Növbəti xəbər
Hökumət və parlament nümayəndələri futbol oynadılar

Hökumət və parlament nümayəndələri futbol oynadılar

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

4 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

4 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 həftə əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.