İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
11 İyun, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Ştaynmayerin səhvi – Almaniya Prezidenti bunu başa düşdü

1 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Almaniya Azərbaycanın ərazi bütövlüyü və süverenliyini müstəqilliyimizin ilk illərindən tanıyan dövlətlərdən biridir. Bu, o deməkdir ki, Almaniya Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edib. Lakin Almaniyan Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində “Instagram” səhifəsində ləğv edilmiş qondarma rejimin “bayrağını” göstərməsi təbii ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir”.

Bu fikirləri TNS-ə açıqlamasında Milli Məclisin üzvü Elman Nəsirov deyib.

O qeyd edib ki, bu addımın dövlət başçısı səviyyəsində atılması ümumiyyətlə qəbuledilməzdir: “Almaniya Prezidentinin səhvi Almaniyanın dövlət siyasətinə tamamilə ziddiyyət təşkil edir. Elə bu səbəbdən də Azərbaycan Xarici İşlər Nazirliyi Almaniyanın ölkəmizdəki səfirini nazirliyə dəvət edib iradını, kəskin mövqeyini ifadə edib. Almaniya tərəfi öz səhvini başa düşdü və dərhal bağışlanmaz səhvi aradan qaldırdı. Eyni zamanda, Almaniya Prezidenti Azərbaycana səfəri çərçivəsində ölkə Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında açıq şəkildə Qarabağın Azərbaycan olduğunu, rəsmi Bakının bununla bağlı birbaşa və aydın mövqeyini paylaşdığını, Almaniyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını vurğuladı”.

Deputat keçirilən mətbuat konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin sülh müqaviləsi ilə bağlı səsləndirdiyi fikirlərə də toxunub: “Prezident İlham Əliyev bildirdi ki, bəzi anti-Azərbaycan dairələr bizi sülh müqaviləsinin imzalanmamasında ittiham edirlər. O, bunun həqiqətin təhrif edilməsi olduğunu dedi. Prezident qeyd etdi ki, Azərbaycan sülh müqaviləsinin baza prinsiplərini irəli sürən və onun mətnini hazırlayan dövlətdir. İndiyə qədər mətnlərlə bağlı 12 dəfə bu və ya digər düzəlişlər edilib. Artıq sülh müqaviləsinin bütün bəndləri üzrə razılaşma əldə olunub.

Ölkə başçısı İlham Əliyev indiki reallıqda Azərbaycanın iki mühüm şərti olduğunu açıqladı: “Birincisi, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bunun da məntiqi ondan ibarətdir ki, 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun mandatı Qarabağ münaqişəsinin həlli idi. Qarabağ münaqişəsini Azərbaycan özü həll edib – BMT Nizamnaməsi əsasında və beynəlxalq hüquq çərçivəsində. Münaqişə həll olunduğu üçün və Ermənistan rəsmən Qarabağı Azərbaycan torpağı kimi tanıdığı üçün ATƏT-in Minsk qrupunun de-yure fəaliyyətinə heç bir əsas qalmayıb. Onsuz da de-fakto bu qrup fəaliyyət göstərmirdi. Ermənistanın buna razı olmaması bizdə haqlı olaraq şübhələr doğurur. Görəsən, nə üçün? Bəlkə Ermənistan bizə qarşı yenə də ərazi iddiası ilə çıxış etmək istəyir? İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistanın müstəqillik aktına istinad var. O, konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin ediləndən sonra sülh müqaviləsini imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər doğrudan da Ermənistan sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir”.

Yəni, ölkə başçısı bu məsələlərin həllini tapacağı təqdirdə, sülh müqaviləsinin imzalanmasına heç bir maneə olmadığını vurğulayıb”.

elmannesirov

Elman Nəsirov Almaniya Prezidentinin öz bəyanatında Azərbaycanın bu mövqeyini müdafiə etdiyini xatırladıb.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Planlı şəkildə Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli faciə

Növbəti xəbər

Azərbaycan-Almaniya əlaqələrində yeni mərhələ

Əlaqədar Xəbərlər

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi
Gündəm

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi

2 gün əvvəl
Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib
Gündəm

Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib

3 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biridir

6 gün əvvəl
Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti – Açıqlama
Gündəm

Enerji layihələri Azərbaycanın mövqeyini gücləndirib

7 gün əvvəl
Məcburi köçkünlərlə bağlı sosial dəstək tədbirləri keçid dövründə davam etdiriləcək
Gündəm

Məcburi köçkünlərlə bağlı sosial dəstək tədbirləri keçid dövründə davam etdiriləcək

1 həftə əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

1 həftə əvvəl
Növbəti xəbər
Uğurlu inkişafın təməli

Azərbaycan-Almaniya əlaqələrində yeni mərhələ

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi
Gündəm

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi

2 gün əvvəl
Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib
Gündəm

Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib

3 gün əvvəl
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda
Texnologiya

AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda

3 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biridir

6 gün əvvəl
“Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində piylənmənin müasir müalicə imkanları təqdim olunub
Sosial

“Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində piylənmənin müasir müalicə imkanları təqdim olunub

7 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.