Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Sosial Məsələlərin Həllində İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Sosial Bağlar Platforması” layihəsi sonunvu təlimini Bakı Qızlar Universitetində həyata keçirdi.
Layihənin əsas məqsədi inkluziv cəmiyyətin formalaşdırılmasına dəstək göstərmək, cəmiyyətin sosial rifahının artırılması istiqamətində davamlı maarifləndirmə işlərini həyata keçirməkdir.
Layihə çərçivəsində müxtəlif ixtisas sahələrini əhatə edən, xüsusilə psixoloji dəstək və psixososial inkişaf mövzularında təlim və maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bu təlimlər vasitəsilə sosial həssas qrupların bilik və bacarıqlarının artırılması, onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi hədəflənir.
“Sosial Bağlar Platforması” layihəsinin növbəti mərhələlərdə fəaliyyət coğrafiyasının genişləndirilməsi planlaşdırılır.














