İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
9 İyun, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Siyasi acizliyin və məğlubiyyətin etirafı

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra gələcək inkişafı, yeni hədəflərin, uğurların əldə olunması, dövlətimizin beynəlxalq aləmdə iqtisadi və siyasi nüfuzunun daha da artırılması üçün növbədənkənar Prezident seçkilərinin keçirilməsini labüd etmişdir. Ölkə başçımızın 7 fevral 2024- cü ildə Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə Sərəncamı Azərbaycan xalqının arzu və istəklərinin ifadəsi idi.

Azərbaycanda dövlət reyestrindən keçmiş bütün siyasi partiyalara seçkilərdə iştirak etmək üçün demokratik və şəffaf mühit yaradılmışdır. Yaradılmış bu şəraitdən yararlanıb seçkilərdə öz namizədini irəli sürüb, sivil və qanuna müvafiq şəkildə sağlam rəqabət aparmaq əvəzinə, radikal müxalifət öz xislətlərinə uyğun hər seçkidə olduğu kimi bu dəfəki növbədənkənar Prezident seçkilərini də boykot etməyə çağırış edir. Seçkilərlə bağlı boykot çağırışı xarici qüvvələrə xidmət edən siyasi təxribatdır. Azərbaycanda fəaliyyət göstərən radikal müxalifət hər zaman dövlətə, xalqa qarşı müxalif mövqe nümayiş etdirib. Vətən müharibəsi dövründə belə siyasi həmrəylik nümayiş etdirmədi. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıq etmək əvəzinə qərəzli, çirkin bəyanatlar səsləndirməyə üstünlük verdilər. Seçkilərin boykot edilməsinə çağırış təxribata yol açan siyasi bir hiylədir və siyasi stabilliyin pozulmasına xidmət edir. Radikalların bu addımları xaricdəki Azərbaycana qarşı yönəlmiş qüvvələrin maraqlarına xidmət edir. Çünki adlarını müxalifət qoyub çirkin əməllərə əl atanlar xaricdəki ağalarından qrant almaq niyyəti güdür. Qərbdəki qüvvələrin məqsədi Azərbaycandakı siyasi stabilliyi pozmaq və ölkəmizin daxili məsələlərinə müdaxilə edərək seçki prosesində təxribatlar törətməkdir. Təəssüflər olsun ki, daxildə bu qüvvələrə yardım edən, qul kimi onlara itaət edən radikal müxalifət öz xalqına belə xəyanət edir. Ölkədəki radikallar ictimaiyyət arasında heç bir nüfuza malik deyil, rəqabət apara biləcək namizəd belə tapa bilmirlər. “Boykot” pərdəsi altında öz zəifliklərini ört-basdır etmək niyyəti güdür, hətta cüzi sayda olan tərəfdarlarına qarşı da xainlik edirlər. Radikalların “boykot” tamaşası arxasında bir sıra məkrli planlar durur, yəni cəmiyyətdə emosional gərginliyə nail olmaq, qərəzli təxribatlar üçün müxtəlif səviyyələrdə informasiya bəhanələri formalaşdırmaq, seçkilər zamanı və sonrakı dövrdə beynəlxalq informasiya ajiotajı yaratmaq və təxribatları davam etdirmək.

Hər bir siyasi partiyanın hansı gücə və elektorata malik olduğu yalnız seçkidən seçkiyə məlum olur. Seçkilərdə iştirak etməmək isə o anlamı yaradır ki, siyasi partiya aciz durumdadır və sosial bazası mövcud deyil. Onlar yalnız dil qəhrəmanlarından başqa bir şey deyillər. Danışdıqları, yazdıqları, sadəcə, sabun köpüyüdür. Uzun illərdir ki, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri sosial şəbəkələr vasitəsi ilə pafoslu bəyanatlarla çıxış edir, hədələyici açıqlamalar verirlər. İndi bir daha məlum olur ki, danışdıqları və yazdıqları, sadəcə, sabun köpüyüdür. Əgər özlərinə arxayın olsa idilər, söz yox ki, seçkilərdə iştirak edərdilər. Əmin deyillər və anlayırlar ki, onlar üçün seçki məğlubiyyəti qaçılmazdır. Bu baxımdan, öncədən üzləşəcəkləri real görünən seçki məğlubiyyətindən qaçmaq üçün boykot kimi absurd iddia ilə çıxış edirlər.

“Siyasi Partiyalar Haqqında” yeni qanuna uyğun olaraq cəmi beş min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma xəyalları puç olmuşdur. Ötən illər ərzində bütün etibar limitini itirmiş və artıq heç bir elektoratı olmayan radikallar öz acizliklərini etiraf etmək əvəzinə növbəti dəfə təxribat, cəmiyyətdə qeyri-sağlam ictimai rəy formalaşdırmaq və ixtilaf yaratmaq yolunu seçib. Bütün bunlar radikalların “boykot” tamaşasının əsl mahiyyətini əks etdirir. Yalnız manipulyasiya və siyasi alverlə məşğul olan təxribatçı qüvvələr seçkilərdə iştirakdan imtina etməklə az sayda olan tərəfdarlarına belə arxa çevirirlər.

Azərbaycan Respublikasının demokratik inkişaf istiqamətində əldə etdiyi nailiyyətlər beynəlxalq miqyasda da təqdir olunur. Cəmiyyət həyatının bütün sahələrində qanunun aliliyi və hüququn üstünlüyü təmin edilib. Ölkəmizdə reallaşdırılan çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Azərbaycan dövləti qarşıdan gələn 7 fevral növbədənkənar Prezident seçkilərində də bütün siyasi qüvvələrə bərabər imkanlar yaradıb ki, bu da çox təqdirəlayiq haldır. Dövlətimizin həyata keçirdiyi bütün tədbirlər ölkəmizin demokratik inkişaf prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir.

 

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Heydər Əliyev İli” çərçivəsində millət vəkilləri, gənc liderlər və media kapitanları mükafatlandırıldı

Növbəti xəbər

Seçkidə bərabər imkanlar yaradılmışdır

Əlaqədar Xəbərlər

Elşən Musayev Prezident Administrasiyasında qəbul edilmişdir
Siyasət

Elşən Musayev Prezident Administrasiyasında qəbul edilmişdir

3 həftə əvvəl
Azərbaycanın arxalandığı güc
Siyasət

Azərbaycanın dövlətçilik ənənələri davam edir

3 həftə əvvəl
Azərbaycanın arxalandığı güc
Siyasət

Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın yeni mərhələsi

1 ay əvvəl
Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır
Siyasət

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır

4 ay əvvəl
“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib
Siyasət

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib

9 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Azərbaycan və Türkmənistan: qardaşlıqla güclənən münasibətlər

10 ay əvvəl
Növbəti xəbər
Müstəqillik tarixinin qızıl səhifəsi

Seçkidə bərabər imkanlar yaradılmışdır

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi
Gündəm

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi

12 saat əvvəl
Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib
Gündəm

Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib

1 gün əvvəl
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda
Texnologiya

AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda

1 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biridir

4 gün əvvəl
“Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində piylənmənin müasir müalicə imkanları təqdim olunub
Sosial

“Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində piylənmənin müasir müalicə imkanları təqdim olunub

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.