İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
11 Oktyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

4 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Müasir Azərbaycan tarixində xüsusi yer tutan Milli Qurtuluş Günü xalqımızın milli iradəsinin, həmrəyliyinin və dövlətçilik uğrunda mübarizəsinin rəmzidir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

“1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə ciddi təhdidlərlə üzləşmişdi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın ardıcıl olaraq işğal edilməsi, ölkədə siyasi qarşıdurmaların dərinləşməsi, idarəetmədə yaranmış böhran, iqtisadi tənəzzül və sosial problemlər müstəqilliyimizin gələcək taleyini sual altına qoyurdu. Dövlət institutları zəifləyir, ölkədə xaos və anarxiya meyilləri güclənirdi. Belə bir mürəkkəb şəraitdə Azərbaycan xalqı nicat yolunu zəngin dövlətçilik təcrübəsinə malik, dahi siyasətçi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü”, – deyə Şahin İsmayılov qeyd edib.

Komitə sədri qeyd edib ki, 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndərin uzaqgörən siyasəti, zəngin idarəçilik təcrübəsi və milli maraqlara söykənən fəaliyyəti nəticəsində Azərbaycan parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. Ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, vətəndaş qarşıdurmasının qarşısı alındı, separatçılıq meyilləri neytrallaşdırıldı və dövlət quruculuğu prosesinə start verildi.

Şahin İsmayılov bildirib ki, Milli Qurtuluş Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Məhz həmin dövrdə Ulu Öndər tərəfindən qəbul edilən qərarlar, reallaşdırılan islahatlar Azərbaycanın dayanıqlı inkişafının əsasını təşkil etdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyinin əsasları yenidən quruldu, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsi, demokratik institutların formalaşdırılması, bazar iqtisadiyyatına keçidin təmin olunması və dövlət müstəqilliyinin beynəlxalq müstəvidə möhkəmləndirilməsi həmin illərin ən mühüm nailiyyətləri sırasında yer alır.

“Azərbaycanın iqtisadi yüksəlişinin əsasını təşkil edən enerji strategiyası da məhz Ümummilli Lider tərəfindən müəyyənləşdirilib. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkəmizin beynəlxalq enerji bazarına inteqrasiyasını təmin etməklə yanaşı, gələcək inkişaf üçün güclü maliyyə və iqtisadi baza formalaşdırdı. Sonrakı illərdə həyata keçirilən iri enerji və nəqliyyat layihələri Azərbaycanın regional və qlobal əhəmiyyətə malik strateji tərəfdaşa çevrilməsinə imkan yaratdı”, – deyə komitə sədri vurğulayıb.

Milli Qurtuluşdan başlanan inkişaf yolunun Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirildiyini söyləyən Şahin İsmayılov deyib ki, son illərdə Azərbaycanın əldə etdiyi möhtəşəm uğurlar, xüsusilə torpaqlarımızın işğaldan azad olunması, dövlət suverenliyinin tam bərpa edilməsi və Qarabağda, Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Ulu Öndərin siyasi kursunun uğurlu davamının nəticəsidir.

Bu gün qüdrətli Azərbaycanın qalib dövlət kimi dünya birliyində öz layiqli yerini tutduğunu söyləyən Şahin İsmayılov deyib: “Beləliklə, Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Şuşa bəyannaməsi sülh, sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır

Növbəti xəbər

İmzalanmasının beşinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsi bu gün öz praktiki nəticələrini verir

Əlaqədar Xəbərlər

Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir
Gündəm

Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir

2 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi 

2 gün əvvəl
Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı
Gündəm

Zəfərdən suverenliyə, suverenlikdən yeni inkişaf mərhələsinə

3 gün əvvəl
Beyləqanda YAP-ın VIII Qurultayı ilə əlaqədar müşavirə keçirilib
Gündəm

Beyləqanda YAP-ın VIII Qurultayı ilə əlaqədar müşavirə keçirilib

5 gün əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Qələbələrdən Böyük Qayıdışa: YAP-ın tarixi missiyası 

5 gün əvvəl
Kamran Bayramov: YAP qurultayı Azərbaycanın suveren siyasi kursunu möhkəmləndirdi
Gündəm

Kamran Bayramov: YAP qurultayı Azərbaycanın suveren siyasi kursunu möhkəmləndirdi

6 gün əvvəl
Növbəti xəbər
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib

İmzalanmasının beşinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsi bu gün öz praktiki nəticələrini verir

Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir
Gündəm

Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir

2 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Siyasət

Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq

2 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi 

2 gün əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Sosial

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

3 gün əvvəl
Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı
Gündəm

Zəfərdən suverenliyə, suverenlikdən yeni inkişaf mərhələsinə

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.