İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
30 Sentyabr, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Şahin İsmayılov: Bu, bütövlükdə regionda sülhün əldə olunmasının mühüm tərkib hissəsidir

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Məlum olduğu kimi Şotlandiya Milli Partiyasının üzvü Kennet Gibson “Ermənistan-Azərbaycan münaqişəsi” ilə bağlı təşəbbüs layihəsi irəli sürüb. Şotlandiya parlamentinin rəsmi internet səhifəsində yerləşdirilən bu layihədə Azərbaycana qarşı əlaqəsiz, əsassız və tutarsız ittihamlar irəli sürülüb.

Layihə mətni ilə tanış olan zaman burada birbaşa erməni lobbisinin izinin şahidi oluruq. Əvvəla onu qeyd etmək lazımdır ki, 30 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqları heç vaxt mübahisəli ərazi olmayıb və beynəlxalq hüququn bütün subyektləri, o cümlədən də Böyük Britaniya tərəfindən ölkəmizin ərazi bütövlüyü tanınıb. İkincisi Azərbaycan regionda ərazini ələ keçirməyib, əksinə beynəlxalq hüququ öz gücünə bərpa edərək ədalətin bərpa olunmasına nail olub. Mətndə yer alan daha bir ziddiyyətli məqam isə, guya Azərbaycanın etnik erməni əhalini zorla regiondan çıxarması ilə bağlıdır. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan etnik ermənilərə müraciət edərək vətəndaşlıq təklif etmişdir. Vətəndaşlığı qəbul edən şəxslər milli kimliklərindən asılı olmayaraq ölkəmizin digər sakinləri kimi ləyaqətli şəkildə bütün hüquqlardan yararlana bilirlər. nəzərə almaq lazımdır ki, monoetnik Ermənistandan fərqli olaraq Azərbaycanda bir çox millətin nümayəndələri yaşayır və onların milli kimliklərinə görə heç vaxt problemləri olmayıb. Azərbaycan bu gün dünyada tolerantlıq nümunəsi kimi qəbul olunur. Layihədə həmçinin Şotlandiya Parlamentinin regionda ədalətli və davamlı sülh arzu etdiyi ifadə olunur. Nəzərə almaq lazımdır ki, Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasının təşəbbüskarı məhz Azərbaycandır. Bu gün müzakirə olunan sülh müqaviləsi mətninin baza prinsipləri məhz Azərbaycan tərəfindən irəli sürülmüşdür. Bundan başqa, əgər söhbət həm də öz arzuları ilə Azərbaycanı tərk etmiş etnik ermənilərin geri qaytarılmasından gedirsə, eyni zamanda vaxtilə Ermənistandan zorla qovulan yüz minlərlə azərbaycanlının da geri qayıtması məsələsi xüsusi olaraq diqqətdə saxlanılmalıdır. Çünki bu, bütövlükdə regionda sülhün əldə olunmasının mühüm tərkib hissəsidir.

Erməni lobbisi hər zaman dünyada alət kimi istifadə olunub. Nəzərə alsaq ki, Şotlandiya Milli Partiyası 4 iyulda keçirilmiş parlament seçkilərində 47 yerdən 38-i itirib. Partiya üzvləri bu vasitə ilə siyasi müstəvidə çırpınışlar edirlər. Amma onlar nəzərə almalıdırlar ki, Azərbaycan və Böyük Britaniya arasında kifayət qədər yüksək səviyyəli əlaqələr var və onların bu cür bəyanatları mövcud əlaqələrə heç cür uyğun gəlmir.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri, YAP idarə Heyətinin üzvü Şahin İsmayılov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Şanlı zəfər tarixinin Anım Günü

Növbəti xəbər

İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir

Əlaqədar Xəbərlər

Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Siyasət

“Bu gün əsas məsələ kimin hakimiyyətdə, kimin müxalifətdə olmasından daha çox, ölkənin qarşıdakı mürəkkəb dövrə nə qədər hazırlıqlı olmasıdır”.

6 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

TDT-nin artan rolu: Təhlükəsizlik, enerji və nəqliyyatda yeni əməkdaşlıq mərhələsi

1 həftə əvvəl
“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

3 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Türk dünyasının güclənməsinə doğru

1 ay əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

2 ay əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

2 ay əvvəl
Növbəti xəbər
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir

İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir

Gündəm

Gənc Mühasiblər İctimai Birliyi və “Sən1Sən” Platformasının Əməkdaşlığı İlə “Özünü Kəşf Et” Təlimi Keçirildi

8 dəqiqə əvvəl
“Gənc Peşəkar Mühasiblər” Layihəsi Çərçivəsində Karyeraya Hazırlıq Təlimləri Davam Edir 
Sosial

“Gənc Peşəkar Mühasiblər” Layihəsi Çərçivəsində Karyeraya Hazırlıq Təlimləri Davam Edir 

16 dəqiqə əvvəl
Gündəm

23 dəqiqə əvvəl
Konsaltinq Şirkətləri və Mühasiblər Üçün Korporativ Şəbəkələşmə Görüşü Keçirildi
Gündəm

Konsaltinq Şirkətləri və Mühasiblər Üçün Korporativ Şəbəkələşmə Görüşü Keçirildi

28 dəqiqə əvvəl
Bakıda “Peşəkar Maliyyəçilər və Mühasiblər Forumu” Uğurla Baş Tutdu
Gündəm

Bakıda “Peşəkar Maliyyəçilər və Mühasiblər Forumu” Uğurla Baş Tutdu

35 dəqiqə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.