İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
21 Dekabr, 2025 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Şahin İsmayılov: Azərbaycan dövlət suverenliyini tam bərpa edərək yeni tarixi mərhələyə qədəm qoydu

3 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan xalqı otuz ildən artıq davam edən işğala, beynəlxalq müstəvidə ədalətsiz münasibətlərə rəğmən milli birliyini möhkəmləndirdi, müdrik Prezidentinin ətrafında sıx birləşərək güclü dövlətini formalaşdırdı, ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etdi.

 

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

 

“Azərbaycan Prezidentinin siyasi iradəsi və müdrik rəhbərliyi sayəsində ölkəmiz bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Beş il öncə Vətən müharibəsində və 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində qazanılan şanlı zəfərlər uzun illər ərzində nəticəyə hesablanmış müdrik siyasətin parlaq nəticəsidir”, – deyə komitə sədri vurğulayıb.

 

Şahin İsmayılov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi hərtərəfli inkişaf konsepsiyasının dövlətimizin başçısı tərəfindən dövrün çağırışlarına uyğunlaşdırılmaqla davam etdirilməsi Azərbaycanın dayanıqlı iqtisadi inkişafını, beynəlxalq nüfuzunun daha da güclənməsini, milli maraqlarımızın qorunmasını təmin etdi. Ötən illər ərzində qlobal təşəbbüslərdə fəal iştirak edən ölkəmiz müstəqil xarici siyasət yürüdərək ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirdi. Müxtəlif beynəlxalq platformaların imkanlarından istifadə edilərək, ölkəmizin ədalətli mövqeyi dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.

 

Komitə sədri bildirib ki, tam müstəqil daxili və xarici siyasət yürüdən, heç bir dövlətin iradəsindən asılı olmayan Azərbaycan 30 il ərzində Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkdi. Bütün dünyanın gözü önündə xalqımıza qarşı etnik təmizləmə həyata keçirildi, şəhər və kəndlərimiz viran qoyuldu, mədəni-tarixi abidələrimiz məhv edildi, Xocalı soyqırımı kimi dəhşətli cinayətlər törədildi. Beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, heç kim Ermənistana işğala son qoyması ilə bağlı təzyiq göstərmədi. Şahin İsmayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz gücü hesabına bu problemi kökündən həll etdiyini vurğulayıb: “Güclü iqtisadiyyat, müstəqil xarici siyasət, yüksək beynəlxalq nüfuz, qüdrətli ordu, qalib xalq… Bunlar dövlətimizin başçısının müdrik rəhbərliyi ilə formalaşdırılan müasir Azərbaycanı xarakterizə edən amillərdir”.

 

Onun sözlərinə görə, tarixi torpaqlarımızda separatizmin kökünün tam kəsilməsi, suverenliyimizin bərqərar olması uzun illər ərzində həyata keçirilən düşünülmüş siyasətin məntiqi nəticəsidir. “Bu dövr, eyni zamanda, ölkəmizin inkişafının yeni mərhələsinin başlanğıcıdır. Məhz qüdrətli Azərbaycan bu gün regionda sülhü bərqərar edir. Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Ağ Evdə keçirilən görüşü, əldə olunan tarixi razılaşmalar ölkəmizin güclü beynəlxalq mövqeyinin təcəssümüdür. Azərbaycan Prezidentinin təşəbbüsü ilə regionda mühüm beynəlxalq əməkdaşlıq qurulur. Bu, təbii ki, bütövlükdə bölgənin inkişafına təkan verəcək. Artıq region beynəlxalq miqyasda müharibə deyil, əməkdaşlıq məkanı kimi diqqət mərkəzində olacaq. Bu xüsusda, xalqımız, ölkəmiz üçün böyük məna və əhəmiyyət kəsb edən 20 Sentyabr – Dövlət Suverenliyi Günü hər birimizin qürur və iftixar mənbəyidir”, – deyə Şahin İsmayılov vurğulayıb.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bu gün Cavid Qurbanovun ad günüdür

Növbəti xəbər

Yenidən qurulan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şanlı qələbəmizin təzahürüdür

Əlaqədar Xəbərlər

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib

5 saat əvvəl
Azərbaycan Demokratik Maarifçilik Partiyası parlament seçkiləri ilə bağlı bəyanat yayıb
Gündəm

Milli Məclis Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul edib

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir

2 gün əvvəl
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir
Gündəm

Dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələri

2 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Hüquqi dövlət prinsipinin rəmzi

3 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

3 gün əvvəl
Növbəti xəbər
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir

Yenidən qurulan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şanlı qələbəmizin təzahürüdür

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib

5 saat əvvəl
Azərbaycan Demokratik Maarifçilik Partiyası parlament seçkiləri ilə bağlı bəyanat yayıb
Gündəm

Milli Məclis Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul edib

2 gün əvvəl
Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir
Xüsusi

Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir

2 gün əvvəl
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir
Gündəm

Dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələri

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.