İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
20 İyun, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Regional təhlükəsizlik

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Sirr deyil ki, müstəqillik əldə ediləndən sonra Azərbaycan müasir demokratik dövlətin qurulması və müasir tələblərə cavab verən xarici, daxili siyasətin həyata keçirməsi kimi fundamental problemlər ilə rastlaşdı. Azərbaycanın milli maraqlarının formalaşmasına, reallaşdırmasına imkan yaradan və praktiki, nəzəri əhəmiyyət kəsb edən amillərin üzə çıxardılması lazım idi. Milli amillərin düzgün təyin edilməsi həm xarici, həm də, daxili siyasətdə optimal kursunun qurulmasına imkan verir. Dünya təcrübəsi inandırıcı şəkildə onu göstəririr ki, dövlətin milli maraqlarının müdafiəsi üzrə təsirli sistemin yaradılması olmadan onun müstəqilliyini və azadlığı təmin etmək mümkün deyil. Milli maraqların reallaşdırması və onların təminatı, onların etibarlı müdafiəsi siyasi, hərbi, iqtisadi, elmi-texniki, mənəvi-psixoloji və s. əsaslarının formalaşmasını tələb edir. Azərbaycanın milli müstəqilliyi strategiyası Azərbaycan cəmiyyətinin daimi maraqlarının müdafiəsi məqsədi ilə bu sferada real və proqnozlaşdırılan tendensiyaları idarə edilməsi barədə ideyalardan ibarətdir. Təhlükəsizlik sistemi funksional olaraq cəmiyyət üzvlərinin maraqlarının müdafiəsi və təhdidlərin qarşısının alınması üzrə müəyyən məsələləri yerinə yetirir. Təhlükəsizlik sisteminin strukturuna daxil olan təşkilatlar müəyyən gücə malikdir, bununla da təhlükəli presedentlərin qarşısı alınır. Məlum olduğu kimi, təhlükəsizlik sisteminin əsas məqsədi şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarının müdafiəsidir.

Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasında əvəzsiz rolu, həm də, onun bu sahə üzrə layihələri inkişaf etdirmək bacarığı ilə bağlıdır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi layihələr regional əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təhlükəsizlik baxımından da mühüm rol oynayır. İnsan hüquq və azadlıqlarının qorunması, həmçinin, dövlətin daxilində, dövlətlərarası münasibətlərdə də bərabər hüquq, ədalətlilik prinsipinin rəhbər tutulması bütövlükdə bəşəriyyətin təhlükəsizliyinə, əmin-amanlığa şərait yaradır. Beynəlxalq təşkilatların müvafiq istiqamətlərdə dövlətləri birgə fəaliyyətə və qarşılıqlı əməkdaşlığa cəlb etməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, dövlətimizin NATO ilə əməkdaşlıq sahəsində qoşulduğu “Sülh naminə tərəfdaşlıq proqramı” və “Fərdi tərəfdaşlıq proqramı” da Azərbaycanın regional təhlükəsizlik məsələsinə ciddi yanaşmasının göstəricisidir. Sözügedən proqramlar çərçivəsində NATO mütəxəssislərinin müdafiə planlaşdırılması, maddi-texniki təchizat, şəxsi heyətin və xüsusi təyinatlı dəstələrin təlim keçməsi, mülki müdafiənin təşkili və s. məsələlərdə Azərbaycana yardım göstərilməsi nəzərdə tutulmuşdur. Proqramlarda müntəzəm olaraq siyasi və hərbi informasiya mübadiləsi, siyasi məsləhətləşmələr mexanizmi də yer almışdır. NATO ölkələri hava məkanı da daxil olmaqla sərhədlərin qorunması, sərhədçilərin öz peşə hazırlığını artırması və texniki təchizatın yaxşılaşdırılması işində Azərbaycana daim yaxından kömək göstərmişlər. 15 iyun 2021-ci ildə imzalanmış “Şuşa Bəyannaməsi” də regional təhlükəsizliyin təmin olunmasına, terrorçuluğa qarşı mübarizəyə və ərazi bütövlüyünün qorunmasına xidmət edir.

Regional təhlükəsizlik məsələsi Azərbaycanın daim diqqət mərkəzində olmuşdur. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün də ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən regional təhlükəsizlik strategiyası, qlobal təhlükəsizlik sisteminin mühüm tərkib hissəsi olmaqla yanaşı, onun davamlılığını şərtləndirən mühüm amillərdəndir…

 

Sabit Mehdiyev,

YAP Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Tarixi xarakter daşıyan səfər

Növbəti xəbər

Bu arzuların sürətlə həyata keçməsi hər bir azərbaycanlını sevindirir

Əlaqədar Xəbərlər

Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib
Gündəm

Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib

2 gün əvvəl
“Məktəbli Kimyaçılar” qrant layihəsi uğurla yekunlaşıb
Gündəm

“Məktəbli Kimyaçılar” qrant layihəsi uğurla yekunlaşıb

2 gün əvvəl
2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR
Gündəm

2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR

2 gün əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi

4 gün əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Şuşa Bəyannaməsinin strateji mesajı

4 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Sadiqliyimizi nümayiş etdirən Bəyənnamə

5 gün əvvəl
Növbəti xəbər
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi

Bu arzuların sürətlə həyata keçməsi hər bir azərbaycanlını sevindirir

Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib
Gündəm

Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib

2 gün əvvəl
“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 
Xüsusi

“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 

2 gün əvvəl
“Məktəbli Kimyaçılar” qrant layihəsi uğurla yekunlaşıb
Gündəm

“Məktəbli Kimyaçılar” qrant layihəsi uğurla yekunlaşıb

2 gün əvvəl
2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR
Gündəm

2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR

2 gün əvvəl
Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib
Sosial

Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.