İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
30 Yanvar, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

“Region gənclərinin şəxsi inkişaf və məşğulluq probleminin həllinə dəstək” layihəsi keçirilib

1 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində “Region gənclərinin şəxsi inkişaf və məşğulluq probleminin həllinə dəstək” layihəsi ilə qalib olan “Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı” ictimai birliyi, 15 dekabr 2024-cü il tarixində Lənkəran Gənclər Evində 3 seminar həyata keçirmişdir. Tədbiri təşkilatın sədri Orxan Əlixanlı giriş nitqi ilə açaraq, göstərilən dəstəyə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə, iştiraka görə gənclərə təşəkkürünü bildirdi və layihənin məqsədi barədə məlumat verdi. Layihənin məqsədi, region gənclərinin fərdi bilik və bacarıqlarının artırılmasına, şəxsi inkişaf, karyera quruculuğunda praktik təcrübələrin artırılmasına dəstək olmaqdan ibarətdir.

Həyata keçirilən 3 tədbir zamanı layihənin eksperti tərəfindən gənclərə şəxsi inkişafın praktiki metodları, iş axtarışı, məşğulluq, fərdi işin başlanması, müvafiq sahənin inkişafı ilə bağlı dövlət proqramları və onlardan istifadə və ya iştirak etmək qaydaları istər nəzəri, istərsə də praktiki qaydada öyrədildi. Layihə çərçivəsində çap olunmuş kitabçada karyera planlaması, mərhələləri, işaxtarma üsulları, CV yazılma qaydası, növləri, müsahibə mərhələsinə hazırlıq və s. məlumatlar öz əksini tapmışdır. Qeyd olunan bölmələr üzrə praktiki məşğələlər və komanda işinin qurulması həyata keçirildi. Gənclər bu sahədə üzləşdikləri problemlərdən danışaraq həm qazandıqları təcrübələrdən, həm də ekspert tərəfindən qeyd olunan problemlər ilə bağlı həll yolları barəsində məlumatlandırıldılar.

Sonda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Qəhrəmanov, nazirliyin son illərdə gənclər sahəsində gördüyü işlərdən və gələcək planlardan gəncləri məlumatlandırdı və iştiraka görə təşəkkürünü bildirdi. Layihə iştirakçılarına sonda sertifikatlar təqdim edilərək xatirə şəkli çəkdirildi.

 



PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bu müharibə, yalnız Suriya xalqının taleyini deyil, həmçinin regional və qlobal güc mübarizələrini də təsir altına almışdır

Növbəti xəbər

Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır

Əlaqədar Xəbərlər

Uğurlu inkişafın təməli
Sosial

Cənubi Qafqazda enerji liderliyi

1 həftə əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

3 həftə əvvəl
Uğurlu inkişafın təməli
Sosial

Milli birliyin və ideoloji vəhdətin təcəssümü

1 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Dünya azərbaycanlıları üçün mənəvi körpü

1 ay əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Yeni reallıqlar və milli inkişaf strategiyası

1 ay əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Cəmiyyətin sağlam inkişafına xidmət edən təşəbbüs

1 ay əvvəl
Növbəti xəbər
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi

Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır

Beyləqanda hesabat yığıncağı keçirildi – Fotolar
Gündəm

Beyləqanda hesabat yığıncağı keçirildi – Fotolar

21 saat əvvəl
Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək
Gündəm

Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək

2 gün əvvəl
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Gündəm

Bu xətti aşanlar cəmiyyətin gözündə heç vaxt qəhrəman ola bilməzlər

3 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Davosda aparılan müzakirələr ölkəmizin siyasi və iqtisadi gündəliyinin zəngin olduğunu göstərir – ŞƏRH

6 gün əvvəl
Dünya xaosa sürüklənərkən Bakı sülh reseptini ortaya qoyur – Şərh
Gündəm

Dünya xaosa sürüklənərkən Bakı sülh reseptini ortaya qoyur – Şərh

7 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.