İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
6 Avqust, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Rəsmi Bakı ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edir

3 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin varisi və onun uğurlu davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında məqsədyönlü və milli maraqlara cavab verən xarici siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş və ciddi uğurlara imza atmışdır. Müstəqil xarici siyasət, beynəlxalq arenada önəmli mövqe, qüdrətli ordu, güclü iqtisadiyyat və qalib ölkə – bu ifadələr tarixinin ən şanlı dövrlərindən birini yaşayan Azərbaycanın müasir reallıqlarını ən gözəl şəkildə təsvir edir. Azərbaycan hazırda BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlıq aparır. Son zamanlar Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yeni istiqamətlərini müəyyən edir və səmərəliliyin artırılmasında mühüm rol oynayır.
Lakin buna baxmayaraq ölkəmizə qarşı müxtəlif ermənipərəst beynəlxalq təkilatlar tərəfindən ikili standartlar bu gündə davam edir. Belə ki, Ermənistan rəhbərliyi tərəfindən avqustun 11-də Qarabağda yaşayan ermənilərin guya blokadada qalması və orada “humanitar fəlakət” yaranması barədə BMT Təhlükəsizlik Şurasına məktub ünvanlamışdır. Bu bəzi Qərb dövlətlərinin, xüsusən Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın vasitəsilə Azərbaycana qarşı təzyiq göstərmək cəhdidir. Ermənistan Fransa və Qərbdəki erməni lobbisinin əlində oyuncaq vasitəsinə çevrilib. Avqustun 16-da baş tutan BMT Təhlükəsizlik Şurasının iclasında da Ermənistan ağır məğlubiyyətə düçar oldu. Prezident cənab İlham Əliyev dünyanın ali orqanı olan BMT-də də Ermənistanla yanaşı ona havadarlıq edən ölkələr, xüsusən Fransa üzərində tarixi qələbə əldə etdi. İclasda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi qorunmaqla öz həllini tapmalı eləcə də Qa¬rabağa humanitar yüklərin Ağdam – Xankəndi yolu ilə daşınmasının mümkünlüyü vurğulanmışdır. TŞ-dəki müzakirələr “Dağlıq Qarabağ”dakı Ermənistan silahlı qüvvələrinin və oradakı qeyri-qanuni hərbi birləşmələrinin tərkisilah edilməsinin vacibliyini göstərdi. Azərbaycanın terror cəhdinin qarşısını almaq məqsədilə həyata keçirdiyi əməliyyatların legitimliyini təsdiqlədi. BMT Təhlükəsizlik Şurası Qarabağdakı separatçılara, Ermənistandaki revanşist qüvvələrə və xaricdə fəaliyyət göstərən erməni lobbisinə qəti şəkildə bildirdi ki, müstəqil Artsax dövləti olmayacaq. Ermənistanın Təhlükəsizlik Şurasının acı məğlubiyyəti onu göstərdi ki, Ermənistan hökuməti ilə xaricdəki erməni lobbisi arasında ciddi narazılıq var və bu hər gün dərinləşməkdədir. BMT Təhlükəsizlik Şurasındakı müzakirələrdə çıxış edən dövlətlərin əksəriyyətinin çıxışları Azərbaycanın mövqeyini daha da gücləndirdi və ərazi bütövlüyümüzün təmin edilməsinin Azərbaycanın atdığı addımların beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi.
Beynəlxalq Ədalət Məhkəməsindən sonra Təhlükəsizlik Şurasında da məğlub olan Ermənistanın bir çıxış yolu qaldı. Azərbaycanın irəli sürdüyü şərtlər əsasında beynəlxalq prinsiplərə söykənən sülh müqaviləsinə imza atmaq. Qarabağdakı separatçılar da törətdikləri cinayətlərə görə Azərbaycan qanunları ilə mühakimə olunacaq. Onların əfv olunub olunmayacağı barədə qərar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən veriləcək. Qarabağda yaşayan sadə erməniəsilli Azərbaycan vətəndaşları Azərbaycan qanunları ilə firavan və rahat həyat sürəcəklər.
BMT Təhlükəsizlik Şurasındakı Azərbaycan dövlətinin qələbəsi ölkəmizin qüdrətli bir dövlət olduğunu, Prezident cənab İlham Əliyevin güclü siyasətçi, mahir diplomat olmasını sübut etdi. Bütövlükdə Azərbaycanın xarici siyasət kursunun ən mühüm reallığı odur ki, Prezident İlham Əliyev beynəlxalq arenada ölkəmizin milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla müdafiə edir.

Müşfiq Səfərov

YAP Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi

Növbəti xəbər

Qarabağda türk birliyinin bariz nümunəsi

Əlaqədar Xəbərlər

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

2 həftə əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

2 həftə əvvəl
Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır
Siyasət

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Slovakiya–Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

3 həftə əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Siyasət

“IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan bu gün regionun əsas söz sahibi olan dövlətlərindən biridir” – Elşən Musayev

3 həftə əvvəl
Növbəti xəbər
Ana dilimizin qorunması üçün milli vəzifəmiz

Qarabağda türk birliyinin bariz nümunəsi

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

2 gün əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

3 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

3 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Xüsusi

Türk dünyasının inteqrasiyasında mühüm addım

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.