İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
24 Oktyabr, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Qarabağda təhlükəsizliyin qrantı

3 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən hər iki istiqamətdə gediş-gəlişinə şərait yaradılıb.

Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan ərazilərində bir sıra qanunsuz fəaliyyətlər göstərmişdir. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı məğlubiyyətə uğradaraq torpaqlarımzı işğaldan azad etdi. Əlbəttə ki, bununla bütün dünya azərbaycanlıları qürurlu anlar yaşadı. Artıq iğşaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işləri aparılır, Böyük Qayıdışa start verilib. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edərək sərəhdlərinin nəzarərtini yükəsk səviyyədə həyata keçirir. Bu baxımdan tarixi hadisə olaraq Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulmasını da qeyd etmək olar. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Qarabağda təhlükəsizliyin qrantıdır. Prezident İlham Əliyev iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı söyləyib ki, Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir. “Əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə dayanmışdır, güc dayanmışdır, məntiq dayanmışdır, beynəlxalq hüquq dayanmışdır və hər növbəti addım əvvəlki addımın məntiqi davamı idi”, – deyə dövlətimizin başçısı qeyd edib.

Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə bəyanatında qeyd olunur ki, Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan ilə Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib: “Məlum olduğu kimi, üçtərəfli Bəyanatın imzalanmasından keçən iki il yarım müddət ərzində Azərbaycan tərəfi davamlı şəkildə Laçın yolunun Ermənistan tərəfindən genişmiqyaslı sui-istifadə hallarına diqqəti cəlb edib. Bu cür sui-istifadə hallarına Azərbaycan ərazisində qalmaqda davam edən erməni silahlı qüvvələrinin şəxsi heyətinin rotasiyası, silah və sursatın daşınması, terrorçuların keçidi, habelə təbii sərvətlərin və mədəni mülkiyyətin qanunsuz daşınmasını misal göstərmək olar”.

Vətən müharibəsidən sonra Ermənistan tərəfinin Xankəndi yolundan minalar daşıyaraq sonradan Azərbaycan Respublikasının suveren ərazilərində basdırılması faktları qeyd edilmişdir. Həmçinin Üçtərəfli Bəyanata zidd olaraq Azərbaycan ərazisinə məhz Laçın yolu vasitəsilə Ermənistana məxsus yük avtomobilləri ilə hərbi surtastların daşınması müşahidə olunmuşdur. “Laçın” sərhəd-buraxılış məntəqəsi də məhz bu kimi təhdid və təxribatların qarşısının alnması məqsədi ilə qurulmuşudur. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. Azərbaycan Üçtərəfli Bəyanat üzrə öhdəliklərə uyğun olaraq Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə və təhlükəsizliyinə tam zəmanət verir. Bu gün Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə gediş-gəlişinə şərait yaradılıb. Hətta Azərbaycan tərəfi Ermənistanı birgə sərhəddə nəzarət-sərhəd rejiminin şəffaf və təhlükəsiz fəaliyyəti naminə əməkdaşlığ dəvət edib. Bunun əksinə olaraq Ermənistan hərbi təxribatlara əl atır. Məsələn, 15 iyun tarixində Ermənistan silahlı qüvvələrinin Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı hərbi təxribatını nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanmmışdır. Bu kimi hallar bir neçə dəfə təkrarlanıb. Azərbaycan dövləti rəsmən belə təxribatları qətiyyətlə pislədiyini bəyan etmişdir. Azərbaycan dövləti tərəfindən dəfələrlə Ermənistanı bu təxribatçı əməllərdən çəkinmək üçün çağırış edilib. Çünki bununla Ermənistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüz etmiş olur.

Azərbaycan Ermənistanın istənilən hərbi təxribatlarının qarşısını almaq gücünə malikdir. Azərbaycanın məqsədi erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiya olunmasıdır. Ermənistan tərəfi Azərbaycanın bu məqsədinə də mane olmaq istiqamətində uğursuz cəhdlər edir. Göründüyü kimi, Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərini davam etdirir. Beynəlxalq ictimaiyyət Ermənistan tərəfinin bu kimi təxribatlarını qətiyyətlə pisləməlidir.

İbrahimova Gülzar İsaxan qızı,

Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Separatçılığın qarşısının alınması üçün atılmış addım

Növbəti xəbər

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov

Əlaqədar Xəbərlər

Uğurlu inkişafın təməli
Sosial

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

7 gün əvvəl
İlin istənilən geyim çeşidləri STAR MALL-da
Sosial

İlin istənilən geyim çeşidləri STAR MALL-da

1 həftə əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Sosial

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Güclü Azərbaycan naminə yeni hədəflər və strateji baxış

2 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Vətənə sədaqətli xidmət nümunəsi

3 həftə əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Cəbrayıl rayonunun Zəfər yolu

3 həftə əvvəl
Növbəti xəbər
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov

"Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir" - Ceyhun Məmmədov

YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib

12 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

2020-ci il oktyabrın 25-i Qubadlıda erməni təcavüzünə son qoyulan gün kimi tariximizə yazılıb

13 saat əvvəl
Beyləqanın daha 3 kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Gündəm

Beyləqanın daha 3 kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib

16 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Xalqımız, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir

16 saat əvvəl
“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”
Gündəm

“Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir”

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.