İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 Oktyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri aqrar inkişaf strategiyasının mühüm hissəsidir”

5 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycanın aqrar siyasətində yeni mərhələnin konturları müəyyənləşdirildi. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, son 20 ildə regionların sosial-iqtisadi inkişafı proqramları kənd təsərrüfatının dirçəlməsində həlledici rol oynayıb. Ölkədə qazlaşdırmanın 96 faizə çatdırılması, yol və su infrastrukturlarının yenilənməsi, yeni su anbarlarının tikilməsi kənd təsərrüfatının inkişafı üçün mühüm baza yaradıb. Taxtakörpü, Şəmkirçay, Göytəpə kimi su anbarlarının istifadəyə verilməsi, yeni magistral kanalların inşası əkin sahələrinin su təminatını xeyli yaxşılaşdırıb.

Bununla belə, dövlət başçısı son illərdə aqrar sahədə müşahidə olunan durğunluğun narahatlıq doğurduğunu bildirdi. Bu səbəbdən 2026–2030-cu illəri əhatə edəcək yeni Dövlət Proqramının hazırlanması qərara alınıb. Proqramın əsas məqsədi məhsuldarlığın artırılması, idxaldan asılılığın azaldılması və ixrac potensialının gücləndirilməsidir.

Beləliklə, yeni Dövlət Proqramı kənd təsərrüfatının transformasiyasını müxtəlif istiqamətlər  üzrə həyata keçirəcək. İlk növbədə resurs səmərəliliyinə əsaslanan kənd təsərrüfatı, dəyər zəncirinin və bazar inteqrasiyasının gücləndirilməsi, eləcə də texnologiya və innovasiyaların tətbiqini əhatə edəcək.

Əsas prioritetlərdən biri intensiv əkinçiliyə keçidin sürətləndirilməsidir. Hazırda müasir suvarma sistemləri tətbiq olunan sahələr 130 min hektardır. Məqsəd bu göstəricini 300 min hektara çatdırmaqdır.

Müşavirədə xüsusi vurğulanan məsələlərdən biri aqrar emal sənayesinin inkişafı oldu. Təhlillər göstərir ki, Azərbaycan daha çox xammal ixrac edir, hazır məhsul idxal edir. Buna görə də yeni mərhələdə emal müəssisələrinin yaradılması prioritet istiqamətlərdən biri olacaq.

Prezident İlham Əliyev pambıqçılıqda mahlıc ixracından hazır tekstil məhsulları istehsalına keçidin vacibliyini qeyd etdi və investorları yeni fabriklər yaratmağa çağırdı. Eyni yanaşmanın digər sahələrdə də tətbiqi nəzərdə tutulur.

Müşavirədə su ehtiyatlarının idarə olunması məsələsinə də xüsusi diqqət yetirildi. İqlim dəyişiklikləri fonunda su resurslarından daha səmərəli istifadə həyati əhəmiyyət daşıyır. Şirvan və Qarabağ kanallarının yenidən qurulması, yeni su anbarlarının tikilməsi və müasir damcı suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılması ilə yanaşı, su itkilərinin azaldılmasına xidmət edəcək.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri də aqrar inkişaf strategiyasının mühüm hissəsidir. Yeni su infrastrukturu sayəsində yüz minlərlə hektar torpağın dövriyyəyə qaytarılması nəzərdə tutulur.

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi mühüm məqamlardan biri də Azərbaycanın artıq beynəlxalq miqyasda “orta gücə malik dövlət” kimi tanınması barədə fikirləri oldu. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın artan beynəlxalq nüfuzu xarici investorların ölkəyə marağını gücləndirir.

Yeni mərhələdə kənd təsərrüfatının inkişafı xarici investisiya və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə də sürətləndiriləcək. Cənab Prezidentin mesajı ondan ibarət idi ki, Azərbaycan artıq regional iqtisadi proseslərdə fəal rol oynayan, sabit və etibarlı tərəfdaş kimi qəbul edilir. Bu isə aqrar sektora texnologiya transferi, müasir idarəetmə təcrübələrinin gətirilməsi və yeni ixrac bazarlarının açılması üçün əlavə imkanlar yaradır.

 

Milli Məclisin deputatı Könül Nurullayeva

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır

Növbəti xəbər

Azərbaycanın iqtisadi inkişaf dinamikası təqdirəlayiqdir

Əlaqədar Xəbərlər

İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Füzuli yenidən qurulur: Böyük Qayıdışın və yeni inkişaf dövrünün ünvanı

13 saat əvvəl
Yeni dönəm, yeni strategiya
Gündəm

Azərbaycanın artan geosiyasi rolu

13 saat əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Tarixi Zəfərdən Böyük Qayıdışa

13 saat əvvəl
YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib

3 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası və Kamboca Krallığı arasında ikitərəfli münasibətlər

3 gün əvvəl
Növbəti xəbər
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır

Azərbaycanın iqtisadi inkişaf dinamikası təqdirəlayiqdir

Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Siyasət

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

2 saat əvvəl
Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”
Siyasət

“Ulu Öndər müstəqilliyin qorunmasını dövlət siyasətinin başlıca vəzifəsi kimi müəyyənləşdirmişdi”

10 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Füzuli yenidən qurulur: Böyük Qayıdışın və yeni inkişaf dövrünün ünvanı

13 saat əvvəl
Uğurlu inkişafın təməli
Sosial

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

13 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Siyasət

Regional sabitliyin möhkəmləndirilməsində Azərbaycanın çoxşaxəli əməkdaşlığı

13 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.