İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
22 Dekabr, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayon və bölgələrə etdiyi hər bir səfəri bir tarixi hadisədir

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı və 44 gün davam edən əks-hücum əməliyyatlarının 29-cu günü, oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib. Azərbaycan xalqı 25 oktyabr tarixində Qubadlı rayonunun işğaldan azad edilməsinin üçüncü ildönümünü qeyd edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman əsgərlərimizin şücaəti və xalqımızın birmənalı dəstəyi sayəsində xalqımız Qubadlının işğal tarixini deyil, artıq onun işğaldan azad edilməsi tarixini qeyd edir. Buna görə də şəhidlərimiz, yaralılarımız və qazilərimizə, ümumiyyətlə Qələbəmizdə əməyi keçən hər kəsə dərindən minnətdarıq. Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş, 4-ü general-mayor, 39-u polkovnik, 1 nəfəri isə 1-ci dərəcəli kapitan olmaqla 5867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaqdır. Ali Baş Komandan Qubadlıda rayon ictimaiyyəti ilə keçirdiyi görüşlərdə məhz hər bir yaşayış məntəqəsinin işğaldan azad edilməsinin tarixi hadisə olduğunu bildirdi. Şəhidlərimizi hörmətlə yad etdi. Azad edilmiş bütün şəhər və kəndlərimizdə bərpa işləri başa çatandan sonra onların adlarının məktəblərə və küçələrə veriləcəyini də nəzərə çatdırdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayon və bölgələrə etdiyi hər bir səfəri bir tarixi hadisədir və bu səfərlər zamanı həmin bölgələrin inkişafının, tərəqqisinin təməli qoyulur. Prezident İlham Əliyevin işğaldan azad edilmiş digər ərazilərə olduğu kimi, Qubadlıya səfərləri də bir çox önəmli təməlqoyma və açılış tədbirləri ilə əlamətdar olması bir daha həmin rayon və bölgələrdə bərpa və yenidənqurma işlərinin böyük vüsətlə həyata keçirildiyindən xəbər verir.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunub. Bu gün işğaldan azad edilən rayon və şəhərlərimiz kimi Qubadlı da yeni dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyat canlanır. Burada yeni müasir standartlara cavab verən yaşayış kompleksləri, infrastruktur qurulur. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Böyük Qayıdış konsepsiyasına uyğun olaraq proqram xarakterli işlər qısa zamanda qubadlıların da öz ata-baba yurdlarına geri dönərək burada əbədi-xoşbəxt yaşayacağına zəmin yaradır.

İşğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri ölkəmizin iqtisadi qüdrətini bir daha ortaya qoyur. Bu rayonlar arasında Qubadlı rayonunun abadlıq işlərini də qeyd edə bilərik. Ümumiyyətlə, Azərbaycanın işğaldan azad edilən ərazilərdə bərpa planları kifayət qədər genişdir. Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində geri qaytarılan ərazilərin tezliklə bərpa edilməsi üzrə işlərin həyata keçirilməsi, müvafiq infrastrukturların yaradılması, həmin regionun Azərbaycan iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi üçün dövlət büdcəsində 2,2 milyard manat vəsait nəzərdə tutulmuşdu. Bir sıra müşavirədə də bildirildiyi kimi, ordunun təchizatı, respublikamızın sərhədlərinin bərpa edilməsi üzrə işlərin maliyyələşdirilməsi də nəzərə alınmaqla, ümumilikdə bu tədbirlərə 4,6 milyard manat maliyyə təminatı ayrılıb. İşğaldan azad edilən ərazilərin bərpası işləri isə müəyyən ardıcıllıqla həyata keçirilir. Qubadlı kənd təsərrüfatı üçün əlverişli olmaqla yanaşı, zəngin faydalı qazıntıları ilə tanınır. Rayonunun Hacılı kəndində mişar daşı, Bərgüşad çayının sol sahilində yəşəm, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı, Mollabürhan kəndinin cənubunda tuf daş yataqları mövcuddur. Həmçinin rayonun Xanlıq kəndində qum-gil, Eyvazlı kəndində əqiq yatağı var. Sözsüz ki, Qubadlı üçün ən əlamətdar günlərdən biri də 2020-ci il 23 dekabrında Prezident İlham Əliyevin rayonda şanlı bayrağımızı ucaltmasıdır. Təbii ki, ölkə başçısının Qubadlıya hər səfəri mühüm hərbi və infrastruktur obyektlərinin açılışı, təməlqoyma mərasimləri ilə yadda qalır. Bu gün Qubadlı rayonunda böyük quruculuq-bərpa işləri həyata keçirilir. Qubadlının gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır.

 

Niyaməddin Əsgərov,

 

YAP Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi

Növbəti xəbər

Bu tarixi Qələbədən dərhal sonra, Qubadlı rayonunda da genişmiqyaslı quruculuq işlərinə start verilib

Əlaqədar Xəbərlər

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib

9 saat əvvəl
Azərbaycan Demokratik Maarifçilik Partiyası parlament seçkiləri ilə bağlı bəyanat yayıb
Gündəm

Milli Məclis Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul edib

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir

3 gün əvvəl
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir
Gündəm

Dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələri

3 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Hüquqi dövlət prinsipinin rəmzi

3 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

3 gün əvvəl
Növbəti xəbər
Müstəqillik tarixinin qızıl səhifəsi

Bu tarixi Qələbədən dərhal sonra, Qubadlı rayonunda da genişmiqyaslı quruculuq işlərinə start verilib

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib

9 saat əvvəl
Azərbaycan Demokratik Maarifçilik Partiyası parlament seçkiləri ilə bağlı bəyanat yayıb
Gündəm

Milli Məclis Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul edib

2 gün əvvəl
Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir
Xüsusi

Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir

3 gün əvvəl
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir
Gündəm

Dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələri

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.