İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 Oktyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan dövləti öz gücü hesabına ədaləti bərqərar etdi

8 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Milli Məclisin Gənclər və idman komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılovun “Azərbaycan” qəzetində “Azərbaycan dövləti öz gücü hesabına ədaləti bərqərar etdi” başlıqlı məqaləsi dərc olunub.

Məqaləni olduğu kimi təqdim edirik:

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində bəşər tarixinin ən qanlı faciələrindən biri yaşandı. Azərbaycan tarixinə qanlı hərflərlə yazılan həmin gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhərinə  hücum edərək  dinc sakinlərimizə qarşı dəhşətli qırğın törətdi.  Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü.  Bu soyqırımı zamanı 613 nəfər öldürüldü, onlardan 63-ü uşaq, 106-sı qadın, 70 nəfəri isə qoca idi. Bu amansız qırğında 8 ailə tamamilə məhv edildi.

Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məntəqəyə çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd göstərdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda düşməndən gizlənən zaman donvurma nəticəsində həlak oldu.

İyirminci əsrin sonlarında bütün bəşəriyyətin gözü önündə törədilən bu cinayət erməni millətçilərinin təcavüzkar siyasətinin əyani sübutudur. Azərbaycan dövləti ötən illər ərzində bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün bütün zəruri addımları atdı. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Bu cinayətlə bağlı həqiqətlərin dünya birliyinə çatdırılması üçün davamlı fəaliyyət həyata keçirildi.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılan “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində mühüm tədbirlər həyata keçirildi. Çoxsaylı sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar, aksiyalar və digər tədbirlər təşkil olundu, həmçinin sosial media üzərindən uğurlu təşviqat həyata keçirildi.

Ali Baş Komandanın müdrik sərkərdəliyi, ordumuzun gücü və xalqımızın sarsılmaz iradəsi, birliyi nəticəsində ədalət bərpa olundu. Tarixi torpaqlarımız işğalçılardan təmizləndi, ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam bərpa olundu.

Bu gün bütün şəhidlərimizin, Xocalı qurbanlarının ruhları şaddır. Bu gün Xocalıda üçrəngli bayrağımız qürurla dalğalanır. Xalqımıza qarşı cinayətlər törətmiş şəxslər Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab verdilər və layiqli cəzalarını aldılar. Azərbaycan xalqı və dövləti öz gücü hesabına ədaləti bərqərar etdi.

Bu gün isə digər azad olunmuş ərazilərimiz kimi Xocalıda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, xocalıların öz doğma torpaqlarına qayıdışı təmin olunur. Dövlətimizin gücü hesabına bölgəmizdə sülh, əmin-amanlıq təmin edilir.

Möhtərəm Prezidentimizin də dəfələrlə qeyd etdiyi kimi, xalqımız bu ağır faciələri heç zaman unutmayacaq. Soyqırımı qurbanlarının, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir

Növbəti xəbər

Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir

Əlaqədar Xəbərlər

İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Füzuli yenidən qurulur: Böyük Qayıdışın və yeni inkişaf dövrünün ünvanı

13 saat əvvəl
Yeni dönəm, yeni strategiya
Gündəm

Azərbaycanın artan geosiyasi rolu

14 saat əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Tarixi Zəfərdən Böyük Qayıdışa

14 saat əvvəl
YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib

3 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası və Kamboca Krallığı arasında ikitərəfli münasibətlər

3 gün əvvəl
Növbəti xəbər
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır

Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir

Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Siyasət

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

2 saat əvvəl
Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”
Siyasət

“Ulu Öndər müstəqilliyin qorunmasını dövlət siyasətinin başlıca vəzifəsi kimi müəyyənləşdirmişdi”

11 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Füzuli yenidən qurulur: Böyük Qayıdışın və yeni inkişaf dövrünün ünvanı

13 saat əvvəl
Uğurlu inkişafın təməli
Sosial

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

13 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Siyasət

Regional sabitliyin möhkəmləndirilməsində Azərbaycanın çoxşaxəli əməkdaşlığı

13 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.