İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 İyun, 2025 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Prezident İlham Əliyevin zəkası və özünü rüsvay edən Ermənistan

2 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və Ermənistanın üzv, Özbəkistan, Moldova və Kubanın müşahidəçi olduqları, 2015-ci il yanvarın 1-dən Avrasiya İqtisadi İttifaqı adlandırılan təşkilatın Ali Avrasiya İqtisadi Şurasının Moskvada keçirilən geniş tərkibdə iclasında qonaq qismində Prezident İlham Əliyevin iştirakı və çıxışı dövlətimizin çoxtərəfli, tarazlaşdırılmış xarici siyasət xəttinin, milli-dövlət maraqlarımızın mükəmməl təqdim edilməsidir. Prezidentin iclasdakı çıxışı bir sıra vacib məsələlərlə xarakterizə olunur. Çıxışda ölkəmizin geniş əməkdaşlıq imkanları təqdim olundu. Bildirildi ki, Azərbaycanın Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi İttifaqının üzvləri ilə ikitərəfli formatda əməkdaşlığı uğurludur. Bu ölkələrlə əmtəə dövriyyəsi ötən ildə 31 faiz artaraq 4,7 milyard dollar təşkil edib. Əməkdaşlığı genişləndirmək üçün böyük potensial vardır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının kəsişməsində yerləşən Azərbaycanın nəqliyyat-logistika infrastrukturu, Xəzər dənizində ən böyük ticarət donanmasına malik olması daşımaları həyata keçirməyə imkan verir. 8 beynəlxalq hava limanının işləməsi, Laçında isə birinin tikilməsi tranzit ölkə kimi Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artırır. Ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və beynəlxalq dəmiryolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürən Azərbaycan Avrasiyanın geosiyasi və geoiqtisadi baxımdan vacib ölkəsinə, birləşdirici gücünə çevrilib, dünya siyasətində rolu və nüfuzu artıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı söyləyib. Bildirib ki, Azərbaycanın tam iqtisadi müstəqilliyə nail olması yürüdülən müstəqil xarici siyasətin nəticəsidir. Onun sözlərinə görə, dövlət müstəqilliyinin bərpasından sonra qazanılan ən böyük uğurlardan biri Azərbaycan iqtisadiyyatının özü-özünü təmin etməsidir. Azərbaycan bu gün xarici yardımlara ehtiyacı olmayan ölkədir: “Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ümumdaxili məhsulun (ÜDM) 9 faizindən aşağıdır. Azərbaycanın valyuta ehtiyatları xarici borcdan 10 dəfə çoxdur. Azərbaycanın qarşısında dayanan başlıca vəzifələrindən biri ixracın şaxələndirilməsidir. Bu məsələ uğurla həll olunur. İqtisadiyyatın böyük hissəsi tədricən qeyri-xammal sektorunda formalaşsa da onu artırmaqdan ötrü hələ çox iş görülməlidir.

Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisat olan, 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi həm təşkilatın və həm də dövlətimizin nüfuzunu yüksəldib. Həmin ölkələrin problemlərinin həllinə dünya birliyinin diqqəti artıb.

Məlum olduğu kimi, dövlətin qüdrətini müəyyənləşdirən meyarlardan biri demoqrafik inkişafdır. Əhalinin sayının artmasına ölkənin sosial-iqtisadi inkişafı, vətəndaşların rifah halı təsir göstərir. Azərbaycanda son 30 ildə əhalinin sayının 7 milyondan 10 milyona nəfər artması təbii olaraq yeni iş yerlərinin açılmasına ehtiyac yaradır. Azərbaycan bu problemi Avrasiya İqtisadi İttifaqına üzv ölkələrlə fəal qarşılıqlı əməkdaşlıqla ikitərəfli formatda uğurla həll edir. Görünür, yaxın gələcəkdə Azərbaycan dövləti özünün dövlət-milli maraqlarını əsas götürərək bu təşkilatla əməkdaşlığını çoxtərəfli formatda möhkəmləndirəcək və ona üzv olacaqdır.

Prezident İlham Əliyevdən sonra söz alıb danışmaqla Ermənistanın Baş naziri Nikol Paşinyan özünü yenidən rüsvay etdi. Onun Azərbaycan Prezidentinin çıxışında guya son illər Ermənistana qarşı ərazi iddialar irəli sürməsinə əsas verən ifadələrdən istifadə etməsini deməsi gülünc idi. Çünki Prezident İlham Əliyev belə bir ifadə işlətməmişdi. Nikol Paşinyanın “Ermənistan Respublikasının regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların və Ermənistan Respublikasının ərazisindən keçən kommunikasiyaların blokadadan çıxarılmasına hazır olduğunu vurğulamaq istəyirəm” deməsi irəliyə doğru bir addımdır. “Biz regional kommunikasiyaların onların keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası çərçivəsində açılmasına hazırıq” fikrini söyləməsi isə Rusiyanın əleyhinə getmək idi. Bilindiyi kimi, üçtərəfli bəyanatda Naxçıvanla əlaqənin qurulması üçün Ermənistan ərazisindən keçən yola nəzarət Rusiya orqanlarına verilir”.

“Prezident İlham Əliyev “dəhliz” ifadəsinin mənasını izah etməklə və digər fikirləri ilə Nikol Paşinyana dərs verdi. Dedi ki, “dəhliz” ifadəsi hansısa ölkənin ərazisinə göz dikmək demək deyildir.

Nikol Paşinyanın “…təsdiq etmək istəyirəm ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı surətdə tanımaqla bağlı razılaşıblar. Demək olar ki, biz bu əsasda münasibətlərimizin nizama salınması istiqamətində kifayət qədər yaxşı irəliləyirik” deməsi müsbət olsa da, “ümidvaram ki, “Dağlıq Qarabağ” sakinlərinin hüquqları və təhlükəsizliyi məsələsinin beynəlxalq mexanizmlər çərçivəsində həlli üçün tezliklə Bakı və “Stepanakert” arasında normal, konstruktiv dialoq başlayacaq” ifadələrini işlətməsi hiyləgər manevr olub, məsuliyyəti öz üzərindən atmaq, Xankəndini qondarma qurum kimi qəbul etdirmək niyyətləri güdür. “Ermənilərin hüquq və təhlükəsizliyinin qorunmasına” dair söylənənlərin heç bir əsası yoxdur. Çünki Azərbaycan dövləti etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına bərabər münasibət bəsləyir, onlarla dialoqa hazırdır və artıq bu istiqamətdə addımlar atılıb. Yetər ki, Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarını Ermənistan özünün girovuna çevirməklə bədbəxt etməsin. Onların gələcəyi, xoşbəxt həyatı Bakı ilə bağlıdır. İndiyə qədər olduğu kimi, bundan sonra da Ermənistanın əsassız iddiaları heç bir nəticə verməyəcəkdir. Çünki Ermənistan haqsızdır, ədalətsizdir və gücsüzdür.

Azərbaycan dövlətinin öz ərazilərində suveren hüquqlarını həyata keçirərək Ermənistanla sərhəddə Laçında nəzarət-keçid məntəqəsi yaratmasını Prezident İlham Əliyevin söyləməsi də əhəmiyyətlidir. Qarabağ iqtisadi rayonunda yaşayan Azərbaycan vətəndaşı olan ermənilərin hərəkətinə qətiyyən mane olmur.

Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Prezident İlham Əliyevin çıxışı və Nikol Paşinyanla müzakirələr Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirdi. Azərbaycana sülh lazımdır. Regionun gələcəyi də sülh, əməkdaşlıq və birgəyaşayışdadır. Ermənistan sülhə hazırdırmı?”, – deyə Musa Qasımlı fikrini yekunlaşdırıb.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi

Növbəti xəbər

Slovakiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Əlaqədar Xəbərlər

Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

1 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

6 ay əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

6 ay əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Siyasət

Azərbaycana qarşı əsassız ittihamlar davam edir

8 ay əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Siyasət

Komitə sədri: Fransız və erməni “bacıları” kimdir ki…

8 ay əvvəl
Mircəlil Qasımlı: Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm təmasları ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafını təmin edir
Siyasət

Mircəlil Qasımlı: Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm təmasları ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafını təmin edir

8 ay əvvəl
Növbəti xəbər
Slovakiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Slovakiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yekaterinburq şəhərində həmyerlimiz Mirzə Məmmədovun rəsm sərgisinin açılış mərasimi keçirilib
Sosial

Yekaterinburq şəhərində həmyerlimiz Mirzə Məmmədovun rəsm sərgisinin açılış mərasimi keçirilib

13 saat əvvəl
“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

13 saat əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

Qurtuluşdan Quruculuğa

13 saat əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Tarixi missiyanın başlanğıcı

13 saat əvvəl
Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Xüsusi

Şahin İsmayılov: Azərbaycan-Türkiyə müttəfiqliyi ortaq maraqlara əsaslan tərəfdaşlıq modelidir

14 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.