İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
21 Dekabr, 2025 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Prezident İlham Əliyev Şuşada növbəti dəfə həm Ermənistana, həm də onun havadarlarına ciddi mesajlar verdi

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Şuşada yeni tarix başlayır. Artıq Şuşa ilk sakinlərini qəbul etdi. Şuşa sakinləri öz doğma yurd yuvalarında xoşbəxt, firavan yaşayacaqlar. Bu günü biz uzun illər gözlədik və nəhayət arzumuza çatdıq.

2020-ci ildən başlayaraq Azərbaycan qələbəsini təmin etdi və biz 2023-cü ildə suverenliyimizi və ərazi bütövlüyümüzü tam bərpa etdik. Artıq bu gün Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar gedir. Bu uzun müddətdir Azərbaycan tərəfindən irəli sürülən bir təşəbbüs idi. Ancaq bu təşəbbüsün gerçəkləşməsinə mane olan dövlətlər var idi.  Cənab prezidentin də söylədiyi kimi bu Fransa və ABŞ idi. Onlar çox çalışırdı ki, bu görüşlər onların vasitəçiliyi ilə həyata keçsin.Bu dövlətlərin bizim bölgəmizdə maraqları var və onlar  vasitəçilikləri hesabına maraqlarını əldə etməyə çalışırlar.

Cənab prezidentin toxunduğu önəmli məsələlərdən biri də ATƏT-in 30 ilə yaxın fəaliyyəti idi. Prezident bu məsələyə çox dəqiq və konkret fikir bildirdi. Bu 30 il ərzində onlar çalışdılar ki, danışıqlar baş tutmasın, işğal olunmuş torpaqlar Ermənistanda da qalsın. Bizə söyləyirdilər ki, siz müharibə edə bilməzsiniz, siz işğalla barışmalısınız.

Azərbaycan səbirlə, təmkinlə bu danışıqları apardı, gözlədi və nəhayətində cənab prezidentimizin müdrik, uzaqgörən siyasəti, şanlı ordumuzun sücahəti nəticəsində torpaqlarımız işğaldan azad edildi.

Cənab prezidentin də söylədiyi kimi,Ermənistan sülh istəmirdi. Ermənistan və onun havadarlarının məqsədi torpaqların onlarda qalmasına nail olmaq idi. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər.

Bu gün Azərbaycanla təhdid dilində danışmağa cəhd edirlər. Şuşadakı görüşdə prezidentin nitqindəki müharibə ilə bağlı sərt ritorika əslində bir mesaj idi. Ermənistan sülhü pozarsa biz məsələni müharibə yolu ilə həll edəcəyik deyə – bu Ermənistandakı revanşistlərə ünvanlanmış bir mesaj idi və bir də hesab edirəm ki, bu mesaj bəzi qərb dövlətlərinə idi.

Bu gün Ermənistan hakimiyyəti anlayır ki, 2020-ci ildən bu yana hansı yola əl atdılarsa nəticə onlar üçün xoşagələn olmadı və ona görə də onlar sülh danışıqlarını hazırda davam etdirir. Lakin bu gün hakimiyyətin istefasını istəyən aksiyaçıların arxasında dayanan onların havadarları hələ də bilə-bilə ki, Azərbaycan Ermənistandan nə qədər üstündür yenə də Ermənistanı sülhə davam etməkdən çəkindirməyə çalışırlar. Kənar vasitəçilər Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək vermək əvəzinə, daha çox öz geopolitik maraqlarını reallaşdırmağa çalışırlar.

Artıq təşəbbüs bizim əlimizdədir. Bütün proses Prezident İlham Əliyevin irəli sürdüyü şərtlərlə və qaydalarla gedir. Erməni tərəfi bilməlidir ki, əgər bizim şərtlərlə, qoyduğumuz qaydalarla davranmasalar Azərbaycan Ordusu hazır bir şəkildə gözləyir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Deputat: Bizə aid torpaqlarda mədəniyyətimizlə, tariximizlə, mənəvi dəyərlərimizlə yaşayacağıq

Növbəti xəbər

“Məktəbdən Biznesə” layihəsinin iştirakçıları bir neçə müəssisədə olublar – Fotolar

Əlaqədar Xəbərlər

Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir
Xüsusi

Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir

2 gün əvvəl
Elman Nəsirov Cəlilabadın Sabirabad kəndində seçicilərlə görüşüb
Xüsusi

Elman Nəsirov Cəlilabadın Sabirabad kəndində seçicilərlə görüşüb

2 həftə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Kəlbəcərin azad edilməsi Azərbaycanı bölgədə daha güclü hərbi-siyasi aktora çevirdi

4 həftə əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Xüsusi

Şahin İsmayılov: Büdcə dövlətin, həm də güc doktrinasıdır

1 ay əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Xüsusi

Artıq Ağdam öz sahiblərinə qovuşub

1 ay əvvəl
Yeni dönəm, yeni strategiya
Xüsusi

Şuşa – Azərbaycanın ruhu, mədəniyyət beşiyi

1 ay əvvəl
Növbəti xəbər
“Məktəbdən Biznesə” layihəsinin iştirakçıları bir neçə müəssisədə olublar – Fotolar

“Məktəbdən Biznesə” layihəsinin iştirakçıları bir neçə müəssisədə olublar – Fotolar

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib

6 saat əvvəl
Azərbaycan Demokratik Maarifçilik Partiyası parlament seçkiləri ilə bağlı bəyanat yayıb
Gündəm

Milli Məclis Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul edib

2 gün əvvəl
Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir
Xüsusi

Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir

3 gün əvvəl
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir
Gündəm

Dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələri

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.