İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
19 İyun, 2025 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Parlamentdə qadınların təmsilçiliyi

4 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan qadını 8 Mart Beynəlxalq Qadınlar Gününü ruh yüksəkliyi şəraitində qeyd edir, layiq olduğu ictimai diqqət və qayğını məmnunluq duyğuları ilə qarşılayır. Həmişə sülhün, əmin-amanlığın fəal carçısı olmuş Azərbaycan qadınları tarixən ölkə həyatı və taleyi ilə bağlı ictimai-siyasi proseslərin gedişində üzərlərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlmiş, milli dövlətcilik mövqeyindən cıxış etmişlər. Cəmiyyətin sosial-mədəni həyatında və dövlət idarəetmə sistemində fəal mövqe tutan qadınlarımız bu gün də respublikamızın inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə əllərindən gələni əsirgəmirlər. Müsəlman Şərqində və Türk dünyasında ilk demokratik respublikanı yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiq etdi. Azərbaycan qadınının cəmiyyətdə öz layiqli yerini tutması əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən və daha da gücləndirilən siyasət nəticəsində bu gün ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisi kimi demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir. Bütün bunların fonunda qadın hüquqlarının qorunması məsələsi də öz aktuallığını saxlamışdır. Bu, bir tərəfdən qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələrlə bağlıdırsa, digər tərəfdən həyata keçirilən dövlət qadın siyasəti və yaradılan geniş imkanlarla bağlıdır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”. Və bu gün müasir qadın hərəkatının yeni prioriteti qadınların kişilərlə bərabər imkanlara nail olmasıdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə həyata keçirilir. Qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. Ölkə başçısının rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistemlə sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.

Bu gün müstəqil Azərbaycan qadınları parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsildə, səhiyyədə, ölkə iqtisadiyyatının inkişafında sahibkar kimi biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər rəhbər vəzifələrdə təmsil olunurlar.   Mən xüsusi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti nəticəsində Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştirakına marağı artmışdır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr səhiyyə, mədəniyyət, sosial sahə, ekologiya sahələrindən əlavə, idmanı da geniş əhatə edir.İlk Avropa Oyunlarının, eləcə də, IV İslam Həmrəyliyi Oyunlarını  yüksək və peşəkar səviyyədə təşkil olunması və həyata keçirilməsində  Təşkilat Komitəsinin rəhbəri kimi, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın böyük və əvəzolunmaz əməyi vardır.  Mehriban xanımın təşəbbüsü ilə  qadın hüquqlarının müdafiəsi istiqamətində  apardığı işlər xüsusilə qeyd olunmalıdır.

 

Niyaməddin Əsgərov,

YAP Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir

Növbəti xəbər

Azərbaycanın qadınları: Tarixdə və cəmiyyətimizdə əvəzsiz yerləri

Əlaqədar Xəbərlər

Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi – Şuşa Bəyannaməsi

2 gün əvvəl
Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə
Gündəm

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti

2 gün əvvəl
Şuşa bəyannaməsinə aparan yol
Gündəm

Şuşa bəyannaməsinə aparan yol

2 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycan xalqının tarixi nailiyyəti

6 gün əvvəl
“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

7 gün əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Tarixi missiyanın başlanğıcı

7 gün əvvəl
Növbəti xəbər
Hər bir azərbaycanlı üçün birlik, həmrəylik günü

Azərbaycanın qadınları: Tarixdə və cəmiyyətimizdə əvəzsiz yerləri

Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi – Şuşa Bəyannaməsi

2 gün əvvəl
Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə
Gündəm

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti

2 gün əvvəl
Şuşa bəyannaməsinə aparan yol
Gündəm

Şuşa bəyannaməsinə aparan yol

2 gün əvvəl
Deputat: Biz xoşbəxt xalqıq ki, tarix xalqımıza Heydər Əliyev kimi dahi şəxsiyyəti bəxş edib
Xüsusi

Yox olmaqdan xilasa, xilasdan qələbələrə gedən yol

4 gün əvvəl
“Şuşa Bəyannaməsi” Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq.
Xüsusi

“Şuşa Bəyannaməsi” Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq.

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.