İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 İyun, 2025 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Paris Olimpiadasının Azərbaycan üçün özəlliyi

10 ay əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “İdmançılarımız Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edib və Azərbaycan Bayrağını ucaldıb”

2024-cü il Paris Yay Olimpiadası Azərbaycanın bu vaxta kimi iştirak etdiyi olimpiadalar tarixində bir sıra özəllikləri ilə yadda qalacaq. Əvvəla, bu oyunlar bizim ölkəni sevməyən Fransada keçirilirdi. Hətta açılışda da bu ölkə öz düşmənçiliyini göstərdi. İdmandan siyasət olaraq istifadə etdilər. Hərçənd aidiyyəti qurumlara bu nöqsanla bağlı etiraz məktubu yazıldı. Bununla bağlı üzr cavabı da idman qurumları verdilər. Amma belə bir şəraitdə Azərbaycanın qələbə qazanması artıq vacib idi. Cüdoçumuz Hidayət Heydərov öz əzmkar qələbəsi ilə dünya azərbaycanlılarını sevindirdi. Ən önəmli məqam bu idi ki, o, finalda bu qələbəni Fransanı təmsil edən idmançı ilə görüşdə qazandı. Mənəvi baxımdan bu bizim üçün elə Fransa üzərində qazanalmış qələbə kimi idi… İdmançımız qalib elan olunduqdan sonra rəqibinə qarşı ən yüksək səviyyədə etik davranış nümayiş etdirdi. Bununla əsl azərbaycanlı olduğunu göstərdi. Həm bu bir mesaj idi ki, idman üzərindən siyasət oynamaq heç zaman etik sayılmır. Fransa kimi ölkələr öz siyasi çirkinliklərini hər zaman göstərirlər. Təəssüf ki, XXXIII Paris Yay Olimpiya Oyunlarında da Fransa öz ölkəsində bunu nümayiş etdirdi. Azərbaycan idmançıları isə əzmkar və inamlı qələbələri ilə Fransa kimi ölkələrə cavab verdilər. Əlbəttə ki, Azərbaycan idmançıları bu yarışda qələbə məqsədi ilə güclərini sınadılar. Əldə olunan hər bir qələbə də xalqımızın savinci idi. Prezident İlham Əliyev 14 avqust tarixində XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı çıxışında da bu məqamı xüsusi vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, idmançılarımız Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edib və Azərbaycan Bayrağını ucaldıb: “Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq – 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. İdmançıları, onların məşqçilərini bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm”.
Paris Olimpiadasının Azərbaycan üçün əsəs özəlliklərindən biri də bu idi ki, ərazi bötüvlüyümüz tam bərpa edildikdən sonra ilk dəfə idi ki, belə bir mötəbər yarışa qatılırdıq. Olimpiadada cüdo üzrə Azərbaycanın ilk qalib idmançısı olan Hidayət Heydərov bu baxımdan da tarixə düşdü. Daha sonra cüdoçumuz Zelim Kotsoyevin də qızıl medal qazanması Azərbaycan cüdo tarixində bir ilk oldu. Çünki ilk dəfə idi ki, Azərbaycan Olimpiada cüdö üzrə iki medal qazanırdı. Olimpiya cədvəlində cüdo üzrə sıralmada da ikinci yerdə dayandıq. Prezident İlham Əliyev qızıl medalçılarımızın Olimpiya Oyunlarının ilk günlərində qələbə sevincini xalqımıza yaşatmasını xüsusi qeyd edib: “Xüsusilə qızıl medalçılarımızı – Hidayəti və Zelimi ürəkdən təbrik etmək istəyirəm. Onlar Olimpiya Oyunlarının ilk günlərində bu qələbə sevincini xalqımıza bəxş etmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları, əlbəttə ki, hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər. Onların məşqçilərini təbrik edirəm, Cüdo Federasiyasının rəhbərliyini təbrik etmək istəyirəm. Federasiyada işlər, təlim-məşq prosesi düzgün qurulanda, ab-hava gözəl olanda nəticə də əlbəttə ki, göz qabağındadır”.
Xatırladaq ki, XXXIII Paris Yay Olimpiya Oyunlarında ümumilikdə Azərbycanın 48 idmançısı yarışlar qatılıb. Ölkəmiz 15 növ üzrə 17 proqramda təmsil olunurdu. 48 idmançıdan yeddisi Fransa paytaxtında mükafat qazanıb. Cüdoçular Hidayət Heydərov (73 kq), Zelim Kotsoyev (100 kq) qızıl, boksçu Alfonso Dominqes (92 kq), taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) bürünc mükafat əldə edib. Ən sonda sərbəst güləşçimiz Maqomedxan Maqomedov ( 97 kq) da bürünc medal qazanıb. İstərdik ki, bütün idmançılarımız Vətənə medalla dönsünlər. Lakin idmanda udan da olur, uduzan da olur. Məğlubiyyəti də qəbul etmək lazımdır. Cənab Prezident görüşdə qeyd edib ki, daha çox medal qazana bilərdik, bəli, qazana bilərdik: “Amma bu idmandır, idmanda qələbə də olur, məğlubiyyət də olur. Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. Onu da bildirməliyəm ki, bizim idmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Yəni, bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir”.
Paris Yay Olimpiya Oyunlarından medalsız qayıdan idmançılarımız məğlubiyyətlərindən nəticə çıxarmalıdır. Yeni yarışılara daha da mübariz formada qatılmaq üçün hazırlıq işləri görülməlidir. Məşqçilər idmançılarının buraxdıqları səhvləri təkrar etməmələri üçün onlarla ciddi məşğul olmalıdır. Çünki qarşıda onları yeni-yeni yarışırlar gözləyir. Beynəlxalq yarışlar daha çox məsluliyyət tələb edir. İdmançılarımızın qələbə xəbəri xalqımızın hər bir üzvünə sevinc bəxş edir. Beynəlxalq yarışlarda dövlət bayrağımızı ucaldan hər bir idmançımız bizim fəxrimizdir.

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Partiya sədri Qəbələdə görüşlər keçirir

Növbəti xəbər

Azərbaycan dövlətinin idman siyasətinin uğurları

Əlaqədar Xəbərlər

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

14 saat əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Tarixi missiyanın başlanğıcı

14 saat əvvəl
Bəyannamənin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

Bəyannamənin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

16 saat əvvəl
Revanşist qüvvələrə vacib mesaj
Gündəm

Revanşist qüvvələrə vacib mesaj

16 saat əvvəl
“Rusiya – Ukrayna müharibəsi yaxın zamanlarda bitməyəcək!” – DEPUTATDAN SENSASİON YAZI…
Gündəm

“Rusiya – Ukrayna müharibəsi yaxın zamanlarda bitməyəcək!” – DEPUTATDAN SENSASİON YAZI…

1 gün əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi

2 gün əvvəl
Növbəti xəbər
2-ci Şuşa Qlobal Media Forumunun qlobal əhəməyyəti

Azərbaycan dövlətinin idman siyasətinin uğurları

Yekaterinburq şəhərində həmyerlimiz Mirzə Məmmədovun rəsm sərgisinin açılış mərasimi keçirilib
Sosial

Yekaterinburq şəhərində həmyerlimiz Mirzə Məmmədovun rəsm sərgisinin açılış mərasimi keçirilib

14 saat əvvəl
“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

14 saat əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

Qurtuluşdan Quruculuğa

14 saat əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Tarixi missiyanın başlanğıcı

14 saat əvvəl
Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Xüsusi

Şahin İsmayılov: Azərbaycan-Türkiyə müttəfiqliyi ortaq maraqlara əsaslan tərəfdaşlıq modelidir

15 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.