İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
8 Dekabr, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Pakistan, Pakistan xalqı bizim üçün dost və qardaş ölkə, xalqdır

2 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikasının xarici siyasətində Türkiyə Cümhuriyyəti kimi Pakistan İslam Respublikasının da xüsusi yeri və əhəmiyyəti vardır. Qardaşlıq telləri ilə bir-birinə sıx bağlanan xalqlarımızın və dövlətlərimizin həmrəyliyi və birliyi tarixin sınaqlarından çıxmışdır. Bu birlik günümüzün yüksək təqdirəlayiq gerçəkliyi və gələcək qarşılıqlı əlaqələrimizin daha da genişlənməsinin etibarlı təminatıdır. Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini 12 dekabr 1991-ci ildə tanıyaraq bu addımı atan ilk dövlətlər sırasındadır. İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci il tarixində yaradılmış, 1993-cü il martın 12-də isə Pakistanın Azərbaycanda səfirliyi açılmışdır. 1991-ci ilin dekabr ayında Pakis­tanın iqtisadi işlər üzrə Dövlət katibi Sərdar Asif Əhməd Əlinin başçılığı ilə rəsmi nümayəndə heyəti Bakıda ilk dəfə səfərdə olmuş və həmin səfər zamanı ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) qəbul edilməsi məsələsi müzakirə edil­mişdir. 30 aprel 1993-cü il tarixində Pakistanın sədrliyi ilə BMT TŞ-nin erməni silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən ilk – 822 saylı qətnaməsi qəbul edildi. Bundan sonra bütün regional və beynəlxalq forumlar­da Dağlıq Qarabağ məsələsində Pakistan Azərbaycanın haqlı mövqeyini həmişə birmənalı şəkildə dəstəkləmişdir. Pakistan həmçinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində doğma torpaqlarından, yurd-yuvalarından qaçqın düşmüş insanlara dəfələrlə humanitar yardım etmişdir. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev 1993-cü ilin oktyab­rında Azərbaycan Respublikası­nın prezidenti seçiləndən sonra ölkəmizin xarici siyasətində Pa­kistanla dostluq münasibətlərinin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verirdi.

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı ilə tarixi keçmişində, adət-ənənələrində çox bənzərlik olan, eyni dini mənsubiyyətə malik Pakistan xalqına hörmətini də hər fürsətdə ifadə edirdi: “Bu gün Pakistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və sıx əməkdaşlıq əlaqələri mövcuddur… Pakistan, Pakistan xalqı bizim üçün dost və qardaş ölkə, xalqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edən kimi Pakistan ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdəndir”. – Pakistan İslam Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri təyin olunmuş Faiz Məhəmməd Xosonun etimadnaməsini qəbul edərkən nitqindən (23 avqust 2001-ci il).

Pakistan və Azərbaycan arasındakı siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələri üzrə əməkdaşlıq sıxlaşdırıldı. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə oldu. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, “Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə” bağlandı. Həmin zəfər zamanı Pakistan Prezidenti Fərrux Əhməd xan Leqari ilə Azərbaycan Milli Məclisi üzvlərinin görüşündə ulu öndər Heydər Əliyev geniş çıxış edərək Azərbaycan və Pakistan xalqlarının bənzər tarxi keçmişlərinin olduğunu deyib: “Pakistan xalqı ilə Azərbaycan xalqının tarixi keçmişində, adət-ənənələrində çox bənzərlik var və bizim bir dinə mənsub olmağımız xalqlarımızı daim bir-birinə yaxın edib. Bu gün bunların əsasında Pakistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və sıx əməkdaşlıq əlaqələri mövcuddur”.

9 aprel 1996-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistanda rəsmi səfərdə oldu. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə bir sıra sənədlər imzalanıb. Ulu öndər Heydər Əliyev bildirirdi ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. Bütün bunlar Azərbaycanla Pakistanın ikitərəfli münasibətlərinin dərin tarixi köklərinin olmasından irəli gəlir. Çünki hər iki xalq bir-birinə qarşılıqlı hörməti bəsləyir və eyni dəyərlərə malikdir. Pakistan ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə yaradılıb. Azərbaycana ən yaxın və dost ölkələrdən biri olan Pakistan ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl olaraq müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib. Məhz bu güclü əlaqələrin nəticəsidir ki, 44 günlük Vətən müharibəsində Pakistanın Azərbaycana öz dəstəyini göstərdi. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini hər zaman dəstəkləyən Pakistan Vətən müharibəsi dövründən də Azərbaycanın yanında oldu. Hələ 2016-cı ildə qələbə qazandığımız Aprel döyüşləri zamanı qardaş ölkənin rəsmiləri Azərbaycana dəstək ifadə edən bəyanat yaymışdılar.

Pakistan dünyanın və xüsusən Asiyanın böyük və qüdrətli ölkələrindən biridir. Pakistan ilə Azərbaycan arasında bilavasitəəməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlarda da əməkdaşlığımız çox uğurludur. Bizim rastlaşdığımız problemlər də bir-birinə oxşardır. Sizdə Kəşmir problemi, Azərbaycanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi problemi vardır. Siz də, biz də bu məsələləri həll etməyə çalışırıq. Ölkələrimizin ərazi bütövlüyünü bərpa etmək istəyirik. Mən məmnunam ki, bu sahədə biz çox sıx əməkdaşlıq edirik. Birləşmiş Millətlər Təşkilatında bu barədə eyni fikirdəyik. Azərbaycan Pakistanın Kəşmirləəlaqədar problemlərində həmişə Pakistan tərəfindədir.   Təşəkkür hissi ilə bildirmək istəyirəm ki, Pakistan da bütün beynəlxalq təşkilatlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatında, onun Təhlükəsizlik Şurasında Azərbaycan ilə Ermənistan arasında olan münaqişədə Azərbaycanın tərəfindədir.

 

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası

Növbəti xəbər

Dövlətə və dövlətçiliyə müxalifət olmaq olmaz

Əlaqədar Xəbərlər

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib
Siyasət

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib

3 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Azərbaycan və Türkmənistan: qardaşlıqla güclənən münasibətlər

3 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

7 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

12 ay əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

12 ay əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Siyasət

Azərbaycana qarşı əsassız ittihamlar davam edir

1 il əvvəl
Növbəti xəbər
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi

Dövlətə və dövlətçiliyə müxalifət olmaq olmaz

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır
Gündəm

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır

4 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

XƏYANƏT CƏZASIZ QALMAYACAQ

6 gün əvvəl
YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib
Gündəm

YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib

6 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

“Xəyanətkar kvartet!” – deputat yazır…

6 gün əvvəl
Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib

2 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.