İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
6 Avqust, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Öz-özünə danışmaq, daxili nitqin kənardan görünməsi aqressiyanın aşırı dərəcədə olduğunu göstərir

3 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Real həyatda, küçədə və nəqliyyat vasitələrində tez-tez öz-özünə danışan, deyinən və gülənlərə rast gəlmək mümkündür. Bəzən elə adamlar olur ki, sanki kiminləsə müzakirə edirmiş kimi yüksək səslə, jest və mimikalardan istifadə edərək nəyi isə götür-qoy edir, planlar qurur və ya çıxış yolu axtarır. Lakin bunun davamlı xarakter alması psixoloji pozuntuların göstəricisi hesab edilir.

İnformasiya.az AZƏRTACa istinadən xəbər verir ki, psixoloq Səbinə Bayramova daxili nitqdə plan qurmağın, çıxış yolları axtarmağın normal hal kimi qiymətləndirildiyini bildirib. Lakin halından narazılıq ifadə edən cümlələr qurmaq, gününü ancaq öz-özünə deyinməklə keçirmək heç də yaxşı hal hesab olunmur. Eyni zamanda bəzən gərginlik həddini aşır və şəxsin daxili nitqi kənardan görünür və eşidilir. Psixoloq qeyd edib ki, bu, aqressiyanın aşırı dərəcədə olduğunun göstəricisidir: “Başına gələn, ətrafında cərəyan edən hadisələri hər yerdə mənfi dəyərləndirmək və deyinmək hər kəsdən əvvəl şəxsin özünə mənfi təsir edir, çünki istər-istəməz mənfi enerji ilə yükləndiyinə görə ətrafa da neqativ enerji ötürür”.

Onun sözlərinə görə, bununla yanaşı, daxili nitqin bir sıra müsbət tərəfləri də var. Əgər şəxs hər hansı məsuliyyətli görüş və çıxışa hazırlaşırsa, əvvəlcədən plan qurub onun üzərində danışması özünəinam hissinin artmasına təkan vermiş olur. Xüsusilə unutqan insanların tez-tez planlarını özləri üçün təkrarlaması normal hal hesab edilir.

“Öz-özünə danışmaq ətrafdakıları ciddi dərəcədə narahat etmirsə, əslində normal bir davranışdır. Lakin ətrafdakıları narahat edəcək dərəcədə intensiv və sıx şəkildə qarşılanırsa, o zaman bundan xilas olmaq üçün mütəxəssisə müraciət etmək lazımdır. Aqressiyaya hakim olmaq, rahatlanmaq, sakitləşmək üçün öz-özünə danışmaq əslində faydalı və işə yarayan bir davranışdır”,- deyə psixoloq əlavə edib.

Belə bir deyim var: “Yaxşı düşün ki, yaxşı da olsun”. Ona görə də deyinməyin yerinə gələcək planlar quraraq onu müzakirə etmək daha yaxşı olar.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Prezident İlham Əliyev Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədrini qəbul edib VİDEO

Növbəti xəbər

Hər bir məmur, hər bir vəzifəli şəxs işində məsuliyyətli olsa Azərbaycanda istənilən sahəni tez bir zamanda dəyişmək və inkişaf etdirmək mümkündür.

Əlaqədar Xəbərlər

Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

3 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

2 həftə əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Sosial

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

2 həftə əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

3 həftə əvvəl
“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi
Sosial

“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi

1 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

26 İyun – Azərbaycan Ordusunun qüdrət və şərəf günü

1 ay əvvəl
Növbəti xəbər
Hər bir məmur, hər bir vəzifəli şəxs işində məsuliyyətli olsa Azərbaycanda istənilən sahəni tez bir zamanda dəyişmək və inkişaf etdirmək mümkündür.

Hər bir məmur, hər bir vəzifəli şəxs işində məsuliyyətli olsa Azərbaycanda istənilən sahəni tez bir zamanda dəyişmək və inkişaf etdirmək mümkündür.

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

2 gün əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

3 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

3 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Xüsusi

Türk dünyasının inteqrasiyasında mühüm addım

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.