İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
8 Noyabr, 2025 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Onlar uğurlarımızdan isterik vəziyyətdədirlər – Komitə sədri

1 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Oktyabrın 23-də Fransa Senatının Xarici İşlər, Müdafiə və Silahlı Qüvvələr Komitəsində ölkənin xarici işlər naziri Jean-Noel Barrot-un dinlənilməsi keçirilmişdir. Tədbirin məqsədi Fransa XİN-in 2025-ci il büdcəsini və beynəlxalq vəziyyəti müzakirə etmək olsa da fransızlar bu dəfə də ənənəvi olaraq Azərbaycan haqqında cəfəng fikirlər səsləndəndirməyə fürsət tapıblar. Əslində bütün siyasi tribunalardan Azərbaycana qarşı istifadə etməyə çalışan fransız siyasilərin bu dəfə də ölkəmiz haqqında absurd fikirlər səsləndirməsi bizi təəccübləndirmir. Fransanın Azərbaycana qarşı düşmənçilik münasibətinin bir sıra səbəbləri olsa da, burada ən böyük amil ölkəmizin müstəqil, milli maraqlarımıza uyğun siyasət aparmasıdır.

Vətən müharibəsindəki parlaq qələbəmizdən sonra Makron hakimiyyəti ölkəmizə qarşı açıq-aşkar hücumlar təşkil etməyə başlayıb. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etməsinə görə Ermənistandan daha çox Fransa narahat görsənir. Hal-hazırda Ermənistanın xaç atası rolunu oynayan Fransanın fəaliyyəti bütövlükdə bölgə üçün ciddi təhlükələr yaradır. Amma Fransa dəqiq bilməlidir ki, düşünürəm dəqiq bilir də, onun pozuculuq fəaliyyəti nəticəsində bölgədə yaranacaq hər hansı gərginlikdən bu coğrafiyanın ən zəif dövləti olan Ermənistan əziyyət çəkəcək.

O ki qaldı Azərbaycanın Fransanın daxili işlərinə qarışması məsələsinə, Fransadan fərqli olaraq Azərbaycan beynəlxalq hüquqa hörmət edir və heç bir ölkənin daxili işlərinə qarışmır. Amma Azərbaycan həm də güclü dövlətdir və dünyada hüquqları pozulmuş xalqları müdafiə edir. Məhz buna görə də hələ də kolonial siyasət yürüdən Fransa ciddi narahatdır. Onlar Azərbaycanın gücünü, müstəqil siyasət apardığını yaxşı bilirlər. Bu səbəbdən bu cür isterik fikirlər səsləndirirlər.

Biz, əslində COP29 ərəfəsində Azərbaycana qarşı təzyiq cəhdlərinin olacağını gözləyirdik. Hal-hazırda bu işin öndə gedən qüvvələrindən birinin Fransa və dəstəklədiyi şəbəkənin olması hər kəsə məlumdur. Buna baxmayaraq, COP29-a hazırlıq işləri artıq yekunlaşmaq üzrədir və biz bu tədbiri yüksək səviyyədə təşkil edəcəyik. Fransanın və fransakimilərin bütün pozucu fəaliyyətlərinə baxmayaraq, düşünürəm ki, dünya üçün böyük əhəmiyyətə sahib olan COP29 planetimiz üçün tarixə düşəcək.

 

Milli Məclisin gənclər və idman komitəsinin sədri,
YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan sülh gündəliyinə sadiqliyi

Növbəti xəbər

Kazanda baş tutan görüş dövlətlərarası münasibətlərin inkişaf amilində tarixi status daşıyır

Əlaqədar Xəbərlər

Xocalı faciəsi: soyqırım siyasəti və beynəlxalq terror əməli
Gündəm

Tarixi Zəfərin 5 illiyi: möhtəşəm hərbi-siyasi qələbələr və yeni strateji hədəflər

56 dəqiqə əvvəl
Hər bir xalqın varlığını yaşadan onun milli rəmzləridir
Gündəm

Hər bir xalqın varlığını yaşadan onun milli rəmzləridir

22 saat əvvəl
“Müstəqil olmaq yoxsa müstəqil qalmaq?” – Üzeyir Mustafayev yazır…
Gündəm

Milli həmrəylik və “azərbaycançılıq” məfkurəsi

22 saat əvvəl
“Müstəqil olmaq yoxsa müstəqil qalmaq?” – Üzeyir Mustafayev yazır…
Gündəm

Milli həmrəylik və “azərbaycançılıq” məfkurəsi

22 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Milli həmrəylik və “azərbaycançılıq” məfkurəsi

22 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Şuşa şəhərinin baş planının haqqında məlumat

22 saat əvvəl
Növbəti xəbər
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir

Kazanda baş tutan görüş dövlətlərarası münasibətlərin inkişaf amilində tarixi status daşıyır

Xocalı faciəsi: soyqırım siyasəti və beynəlxalq terror əməli
Gündəm

Tarixi Zəfərin 5 illiyi: möhtəşəm hərbi-siyasi qələbələr və yeni strateji hədəflər

56 dəqiqə əvvəl
Hər bir xalqın varlığını yaşadan onun milli rəmzləridir
Gündəm

Hər bir xalqın varlığını yaşadan onun milli rəmzləridir

22 saat əvvəl
“Müstəqil olmaq yoxsa müstəqil qalmaq?” – Üzeyir Mustafayev yazır…
Gündəm

Milli həmrəylik və “azərbaycançılıq” məfkurəsi

22 saat əvvəl
“Müstəqil olmaq yoxsa müstəqil qalmaq?” – Üzeyir Mustafayev yazır…
Gündəm

Milli həmrəylik və “azərbaycançılıq” məfkurəsi

22 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Milli həmrəylik və “azərbaycançılıq” məfkurəsi

22 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.